𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.02K subscribers
1.14K photos
216 videos
2.69K files
220 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
👤Uğur Zeren
https://youtu.be/Phrw1xaxPbU

🔖Həddən artıq ümumiləşdirmək

📍Bir ümumi dəyərə, qaydaya inanmaq və qəbul etməkdir.

📍Kədər, əsəb, gərginlik yaradır.

📍Anlıq düşüncəni yenidən düşün.
                              ⬇️
📍Elə həmin an digər yanlış düşüncələrdən xilas ola bilərsən.

📍Düşüncəni dəstəkləyən və dəstəkləməyən dəlilləri gözdən keçir.
👍3
Şəkilə baxarkən ilk nə gördünüz? 👀

Qarğa, daşlar, gül, insan

#psixolojitest
İnsanlar özlərini təsəvvürlərindəki "mən"ə uyğun görmək istədikləri üçün arzuolunmaz hesab edirlən hisslər keçirdikdə təzyiq və ya inkar kimi müdafiə mexanizmlərindən istifadə edirlər.

📒Psixo 101

#alıntı
❤2
Niyə? Yerinə Necə? Sualını verdiyiniz zaman dəyişimə və inkişafa addım atmış olarsınız. "Bu niyə mənim başıma gəldi?" Yox ❌ "Bu mənə nə öyrətmək istəyir?"✅
❤1
İnsanların dedikləri sənin pozitiv enerjini düşürməsin. Unutma sən hər halda Gözəlsən🗣💙
👍4🔥2
Psixoloji filmlər❤️‍🔥
Psixoloji testin nəticələri 🥰

❤️‍🔥Daşlar- Daima həyatda yaşamaq üçün bir məna, səbəb axtarırsınız. Daha çox qəlbinizi deyil, düşüncələrinizi dinləməyə üstünlük verirsiniz. Sizin üçün karyera qurmaq, iş həyatında irəli getmək böyük əhəmiyyət daşıyır. Şəxsi həyatınızda çox vaxt problemlər və boşluqlar yaşanır. Öz duyğularınızı qarşı tərəfə bildirməkdə çəkinirsiniz. Ani qərarlar almağı, riskə getməyi sevmirsiniz, stabil həyat tərzi, qabaqcadan planlaşdırılmış görüşlər tam sizlikdir. “Komfort zona”nı tərk etməyi xoşlamırsınız.

❤️‍🔥İnsan - Özünüqiymətləndirmə ilə bağlı problemlər yaşayırsınız. Səhvlərinizi çox böyüdür, hər zaman hər kəs üçün ideal olmağa çalışırsınız. İstirahət yerinə daima inkişaf edib, öyrənməyə üstünlük verirsiniz. Çox işləyir, özünüzü yorursunuz. Həyatda ən çox əhəmiyyət verdiyiniz insanların sizin haqqınızda olan düşüncələridir, bəzən onların sevgisini qazana bilmək üçün fədakarlıq belə edirsiniz.

❤️‍🔥Qarğa- Azadlığınızı, müstəqilliyinizi çox sevir, məhdudiyyətlərə qarşı çıxırsınız. Emosional düşüncə ilə hərəkət edirsiniz. Bəzən eqoist davranaraq insanlara qarşı kobud və qəddar davranırsınız. Heç kəsə bənzəməməyə, fərdilik və fərqlilik ilə seçilməyə çalışırsınız. Kiminsə sizə kömək etməsinə icazə vermirsiniz, buna acizlik kimi baxırsınız.

❤️‍🔥Gül- Siz sakit, daxili tərazlığınızı qoruyan, diqqət mərkəzində olmağı sevməyən birisiniz. İnsanlara güvənməkdə çətinlik çəkirsiniz, onları sevir, lakin yaxın münasibət qurmaq ehtiyacı duymursunuz. Çox mehriban, qayğıkeş ruhunuz var. Dost və yaxınlarınızı tez bağışlaya bilirsiniz.

#psixolojitest
🤗2
Bəlkə də hər şey elə sənin əvvəllər dediyin kimidir - biz hamımız çat vermişik. Doğulandan hər birimiz su keçirməz gəmi kimi yola çıxırıq. Sonra belə şeylər baş verir - bu adamlar bizi ya atır, ya sevə bilmirlər, ya onları başa düşmürük və beləliklə, biz bir-birimizi itiririk, aldadırıq, pis vəziyyətdə qoyuruq, bir-birimizin xətrinə dəyirik. Və bizim gəmimiz çat verir.

📒Kağız şəhərlər
❤️🧠
❤6❤‍🔥3👍2