𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.02K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
🌈Ruhun dəyanəti heç nə ilə müqayisə edilməyən bir bəxşişdir. Kimdə bu varsa və bu dəyanət böyük inam və ümidlə birləşərsə, o bəxtiyardır.🌈
❤‍🔥1
Çünki... yəni demək istəyirəm ki... yəni bir qadının belə işlər görə bilməsi yaxşı şeydir. - Razı deyiləm, - Sara dedi. - Bir insanın insanlığa xeyir verməsi yaxşı şeydir. Bunun kişi və ya qadın olmasının fərqi yoxdur. Düz demirəm?

Agatha Christie, Ölümlə görüş
❤2
Həmişə kiminsə məzarına gedəndə öz ölümümüzü düşünürük. Biz də bir gün öləcəyik... Məndə isə tam tərsinə bir fikir yaranır. Həmin adamın necə öldüyünü düşünürəm. Onun ölümünün ağırlığını dəyərləndirib öz başıma gəlib-gəlməməsinə qərar verirəm. Sanki öz ölümümü özüm seçəcǝyǝmmiş kimi.

📔 Muzafferus - M-66
❤1
#məqalə
Bu sualın cavabını qruplar haqqında əsas nəzəriyyələrdə tapa bilərik. İnsan fərqinə varmasa da, qrupların davranışları üzərində ciddi və güclü təsirə malikdir. Hər kəs insanların yanında və tək olduqda fərqli davranır.
Sosial psixologiyaya dair əsas nəzəriyyələrdən biri odur ki, insan yalnız olanda rahat olur və necə davranacağı barədə narahat olmur. Təkliyə bir nəfər belə əlavə edildikdə isə davranış dəyişməyə başlayır və insanlar ətrafda baş verənlərə qarşı daha diqqətli olur.
Qrup düşüncəsi. Əksər məsələlərə dair razılıq əldə edən qrup, adətən, etiraz səslərini boğmağa meyilli olur. Burada həmişə harmoniya gözlənilir. Əgər hamı razıdırsa, insanlar daha müxalif fikirlər eşitmək istəmirlər. Bütün mübahisəli tərəflərin dinlənilməsi və ya müəyyənləşdirilməsi mümkün olmadığı üçün qrup düşüncəsi çox böyük fəlakətlərə səbəb ola və impulsiv qərarların verilməsinə aparıb çıxara bilər. Qrup düşüncəsinin mənfi nəticələrinə nümunə kimi qiyamlar və linç hərəkatları daxildir. Qrup düşüncəsi ilə mübarizə aparmaq üçün otantik etiraz inkişaf etdirilməlidir.
Qrup qütbləşməsi. Bu, qrup tərəfindən qızışdırılan və fərdlərin təkbaşına olduqları təqdirdə heç vaxt tutmayacaqları ekstrim mövqelərin yaradılması zamanı baş verir. Məsələn, qərar vermə prosesinin əvvəlində, bəlkə də, qrup üzvləri qismən hansısa məsələyə qarşı çıxırlar. Birlikdə müzakirədən sonra isə bütün qrup məsələyə kəskin şəkildə etiraz edir və qarşıdurmanı ifrat həddə çatdırır. Qrup qütbləşməsini azaltmaq üçün homogenlikdən uzaq durulmalıdır.
ŞAHID EFFEKTİ
Şahid effekti, bəlkə də, qrup içində baş verəcək ən faciəli fenomendir. Məlum olmuşdur ki, qrup böyüdükcə ehtiyac içində olan insanlara kömək üçün daxili meyil azalır. Bu hal "sosial tənbəllik anlayışına bənzəsə də, "şahid effekti" zamanı insanlar tamaşaçı kimi baxır və yalnız kiminsə birinci kömək etdiyini gördükdən sonra ona qoşulurlar.
Qeyd: bu, qəti şəkildə qrupa xas bir fenomendir. Hadisə qurbanının yanında yalnız bir nəfər varsa, həmin şəxs adətən zərərçəkənə kömək edir.
"Şahid effekti"nə dair ən məşhur nümunələrdən biri:
1964-cü il 13 mart tarixində gecə saat 3:20-da işdən evə gələn iyirmi sakkiz yaşlı Ketrin "Kitti" Cenovezeya mənzilinin girişində bir kişi yaxınlaşdı. Həmin kişi qıza hücum edib onu bıçaqladı. Cenoveze dəfələrlə kömək üçün yalvarsa da, onun haraylarını eşidən və hadisələrin baş verməsini izləyən qırx şahiddən heç biri polisi çağırmadı. Onların hamısı bu işi başqasının görəcəyinə ümid edirdi. Nəhayət, polisə xəbər veriləndə saat artıq 3:50 idi.
#psixologiya #qruppsixologiyası #sosialpsixologiya #şahideffekti #düşüncə #könüllüməqalə #psixolojixidmətvəreabilitasiyamərkəzi
"Təşəkkür etmək" - təşəkkür etməkdir.
Yəni rifah - bağışlamaqdır.
Yeru gəlmişkən, yunan dilində bu söz "evxaristor" adlanır. Hərfi mənası "sevinc bəxş etmək" deməkdir. 💛🥰
👍3
İçinizdəki işığı söndürməyin ❤️
❤7👍1
Xoş gəldin 11 ayın sultanı😍❤️
Allah tutulan orucları qəbul etsin🤲💗
🕊8❤2