𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.01K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
Sevgisizlik

Sevgisizlik və ya dəyərsizlik <> erkən uşaqlıq dövründə başlayan, bizim nəzarətimiz altında olmadan yaranan bir duyğu və inanc durumudur.

🪷 "Bizim nəzarətimiz altında olmadan" dedim, buna bir açıqlama verirəm:
Çünki körpəlik və erkən uşaqlıq dövründə bizim şüurlu zehniniz hələ formalaşmamışdır. Ancaq şüuraltı zehniniz aktiv bir şəkildə çalışır və o yaşlarda hiss etdiyiniz duyğular və bu duyğulara uyğun yaratdığımıx inancları saxlamaqdadır.
Yəni, kiçik bir uşağın doğulduğu ailə, o uşağa sevgi göstərməyəcək təməldədirsə o uşaq daha həyatın ilk illərində sevgisizlik, bir digər anlamı ilə dəyərsizlik duyğuları ilə qarşılaşacaq. Bu əsasda bir inanc inkişaf edəcək və iləridə yüksək ehtimalla "sevgisiz böyüyən insan" kateqoriyasına daxil olacaqdır, bu da bizim cəmiyyətdə nadir rastlanan bir vəziyyət deyildir.

🪷 Bəs sevgisiz böyüməyin nəticəsi nə olur?
Sevgisizlik niyə psixoloji problemlərin təməl səbəblərindən biridir.

🪷 Sevgisizliyin nəticələri:
Sevgisizliyin nəticələrini anlatmadan öncə bunu anlamalıyıq ki, həyatda hər şeydə olduğu kimi duyğu durumlarımız arasında da birbaşa bir bağlantı vardır. Duyğularımız elə-belə özlüyündən formalaşmaz.

🪷 Sevgisizlik vəziyyətinin yaradacağı nəticələr:
Özgüvən əskikliyi, özünü qəbul edə bilməmək, mənlik duyğusunu ortaya qoymamaq, biabr olmaq qorxusunu şiddətli yaşamaq.
Sevgisizlik nəticəsində bu duyğu və durumların yaranmasının təməl səbəbi isə sevgisiz böyüyən insanın özünü dəyərsiz hiss etməsi, görməsidir.

🪷 İndi bunu düşünün: sevgisiz böyüyən insan başqalarını öz gözündə böyütməyə meyillidir. Çünki onun düşüncəsinə görə özü dəyərsiz biridir, yəni digər insanlardan şüuraltı səviyyədə özünü daha aşağıda görməkdir.

🪷 İndi əsas suala gəlirik: sizcə özünü dəyərsiz hiss edən bir insanın özgüvəni yüksək ola bilərmi? Sosial münasibətlərində mənlik duyğusunu ortaya qoya bilərmi? Demək istədiklərini rahat bir şəkildə dilə gətirə bilərmi? Təbii ki, xeyr!
Çünki yuxarıda dediyim kimi özünü dəyərsiz görür. Özünü dəyərsiz görən insan bunları necə edə biləcək və ya necə özgüvən sahibi ola biləcək?

🪷 Bu insan sevgi əskikliyindən dolayı öz güvəni olmadığı üçün bu əskikliyi bağlamaqdan ötrü narkotik maddələrinə baş vura bilərmi? Ona zərər verən dostlarının olmasına rəğmən sırf özlərini sevir deyə onlarla dostluğuna davam etdirmə ehtimalı yüksəkdirmi? Əlbəttə, yüksəkdir!🤦🏻‍♀️

Bir insan ya içəridən özünü olduğu kimi dəyərli hiss edər, özünü sevər ya da bunu xaricdən axtarar və onu tapdığında o sevgi ona zərər versə belə buraxmaq istəməz.

🪷Bir kiçik uşaq uşaqlığında ən çox ailəsindən sevgi görmək istəyir.❤️
Əgər uşaq kiçik yaşlarda bunu görməzsə, həyatının digər illərində, yetişkin bir insan olduğunda belə bu sevginin arxasından qaçar.

🪷Sevgisizlik nəticəsində yaranan dəyərsizlik hissinin ən pis tərəflərindən biri də budur ki, bu insan hər zaman "çöldən" dəyər axtaracaq. Və "çöldən" daim onaylanmağı istəyəcək.😐
👍2
Əlavə məlumat istəyənlər + göndərə bilər.❤️

Beynəlxalq sertifikatlıdır.
✍3
Zehni psixoloji hazırlığın 2 kritik ünsürü vardır:
1. Motivasiyanı müəyyənləşdirmək (öyrənməyə həvəs yaratmaq)

2. Diqqəti cəmləmək (mövzuyla maraqlanmaq)

🎈 Öyrənəcəyiniz mövzuya dair istək və maraq yaradın.

🎈 Mövzunun əhəmiyyətini müəyyən edin.

🎈 Hazırlıq prosesinə çox da ilişib qalmayın, hərəkətə keçin.
👍3
Günlük tutmağın özəllikləri🧡

Bəs səncə başqa hansı özəllikləri var? 🤩

#günlük #gündəlikyazmaq

https://www.instagram.com/p/CqK2Fgojwd4/?igshid=YmMyMTA2M2Y=
👍1
🔍Şəxsi inkişaf qrupu- təlimlər, vebinarlar, marafonlar, kitab&film tövsiyələri, kanal/qrup/kurs tövsiyələri, motivasiyaedici paylaşımlar, psixoloji söhbətlər...

https://chat.whatsapp.com/HwZIq1lvmnN9icSc7SxRjn

✌Qrup həftədə 1-2 dəfə müzakirə üçün açıq olacaqdır.
✌Sizi narahat edən məqamlar olarsa, inzibatçıya bildirə bilərsiniz.
✌Əgər məqsədiniz şəxsi inkişaf deyilsə, səhv ünvandasınız.

Paylaşaraq, daha çox dostunu Bizlə inkişafa dəvət edə bilərsən🥂
👍4
Salam, mənə müraciət edə bilərsiniz💙✅
Bəzən mənə elə gəlir ki, əksinə, dünyada o qədər ağıl dəryası var ki, heç birində mehribanlıqdan əsər-əlamət yoxdur.🌾🤎

Con Steynbek “Siçanlar və adamlar”
😁3❤‍🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uşaqların çəkdiyi rəsmlər əslində bizə onların psixologiyalarından xəbər verir..
Günlük tutmağın özəllikləri🥰

🪸Arnold Schwarzenneger həmişə gündəliyində bodibildinq məqsədlərini qeyd edib.

🪸Benjamin Franklin elmi nəzəriyyələrini gündəliyinə yazmağı da laqeyd qoymadı.

🪸Jane Austen personajlarını və romanlarını yaratarkən ilham aldığı ideyaları gündəliyinə yazdı.

🪸Çe Gevara səyahətlərini belə sənədləşdirdi.

🪸Ralph Waldo Emerson dünyagörüşünü bölüşdü.

⛱ Daha diqqətli və mütəşəkkil olursunuz.
Reallıqda gündəlik saxlamaq uğurlarınızı və uğursuzluqlarınızı görməyə və izləməyə kömək edir. Daimi jurnal saxlamaq sizi daha mütəşəkkil və diqqətli bir insan edəcək.

⛱ Fikirlərinizi aydınlaşdırır
Düşüncələriniz günlər, həftələr və hətta illər boyu şəkillər, səslər, duyğular arasında sıçrayır. Ancaq problem ondadır ki, bu düşüncələrə söz demək üçün heç vaxt kifayət qədər vaxtımız yoxdur.
Günlük saxlamaq həm də təbii olaraq özünüzü və fikirlərinizi başqalarına ifadə etməyi asanlaşdıracaq və daha açıq edəcək.

⛱ Stressinizi azaldır
Gündəlik saxlayan insanlar üzərində aparılan araşdırmalar bu insanların daha az stress və narahatlıq keçirdiklərini ortaya çıxarıb. Aydındır ki, bu, gündəlik müalicəvi prosesdir. Başqa bir maraqlı məqam isə odur ki, stressin zehni və fiziki təsirləri bizim stressə necə baxdığımızla bağlıdır. Gündəlik saxlamaq travmatik hadisələrdə belə müsbət cəhətləri görməyə kömək edir və bununla da stressin təsirini azaltmağa kömək edir.

⛱ Yaradıcıllığınızı artırır
Bütün yazı formaları yaradıcılığınızı artırmağa kömək edir. Daimi jurnallar məlumatı daha asan qavramağa və emal etməyə imkan verir. Yazarkən beyninizin sol hissəsindən, rasional və analitik hissəsindən istifadə edirsiniz.

⛱ Yaddaşınızı yaxşılaşdırmağa kömək edir
Gündəlik tutarkən hadisələr haqqında yazmaq və yazdıqlarınızı vaxtaşırı oxumaq hadisələri qısa müddətli yaddaşınızdan uzunmüddətli yaddaşınıza köçürməyə kömək edir.

⛱ Özünüzə olan hörmətin artmasına kömək edir
Beynin təbiətində tez-tez mənfi meyllər var. Təəssüf ki, bu vəziyyət özünüzü pis hiss etdiyiniz zaman sizə fayda deyil, zərər gətirir. Bu səbəbdən uğurlarınızı tez-tez unudursunuz və uğursuzluqlarınızı tez-tez xatırlayırsınız. Gündəlik tutmaq, əldə etdiyiniz bütün böyük qələbələri xatırlamağa, özünüz haqqında mühakimələrinizi balanslaşdırmağa və hazırda belə hiss etməsəniz belə, sizə nələr qazandığınızı göstərməyə kömək edir.

⛱ Emosional intellektiniz yüksəlir
Emosional intellekt zamanla qazanılan bir bacarıqdır. Öz emosiyalarınız üzərində düşünmək təkcə psixoloji cəhətdən daha sağlam olmağınıza kömək etməyəcək, həm də öz duyğularınızdan daha çox xəbərdar olmağa və emosiyalarınızın sizə nə dediyini başa düşməyə kömək edəcək.
Həyatımız hər zaman təlaş içində olduğundan və həmişə çox məşğul olduğumuzdan, çox vaxt özümüzü dinləmək imkanımız olmur. Gündəlik yazmaq özümüzü və deməli, başqalarını anlamaq qabiliyyətinizi artırır.
👍2