𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.04K subscribers
1.14K photos
216 videos
2.69K files
218 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
•Olğunlaşın artıq. Canınızı yandıran insanların arxasınca qaçmayın. Getməyi gözə alan hər hansı biri üçün əlinizi belə tərpətməyin. Filmlər duyğulandıra bilməsin, mahnılar uzaqlara aparmasın. İncidə bilməsin heç kim sizi. Biri sizə kərpic verəndə onlardan divar hörməyi, gül verəndə bağça düzəltməyi bacarın. İnsanlar çox üzəcək sizi,həyatınızda pis-yaxşı izlər qoyacaqlar. Sizi öldürməyən hər zərbə güc,edilən hər səhv dərs verəcək. Ümidsizliyə qapılmayın, amma çox da ümid bağlamayın nəyəsə. Bilirsiz axı, ümid həmişə ağrıların pisidir😊 Dik durun,yıxılsanız belə hakim 10a qədər sayır,mütləq ayağa qalxın. Özünüzə dəyər verin. Sizə ilk öncə siz dəyər verməlisiniz. Özünüzü sevin,hörmət edin. Edin ki, başqaları da etsin. Sizi qarşılıqsız sevən biriləri var bundan əmin olun. Özünüzə inanın,siz möhtəşəmsiniz!
Sevgiylə qalın..🌼
👍2🥰2
*Özünüz üçün ən yaxşı ilham  özünüzsüz.Bu həyati əhəmiyyət kəsb edən yoldan və tarixdən sizdən başqa heç kim keçməyib.  Özünüz üçün ən yaxşı məsləhət sizin özün məsləhətinizdi.  Beləliklə, özünüz üçün məsuliyyət daşıyırsınız və düzgün istiqamət tapa biləcəksiniz.  Hər səhv bir təcrübədir.  Bunun üçün özünü günahkar hiss etmək lazım deyil, başa düşmək və onu buraxmaq lazımdır.  Özünüzü təkrarlamadan yaşayın.  Bu, yalnız sizin hekayənizdir və unikallığınızdı.*🍀

Sabahınız xeyir.❤️
📢Əziz müəllimlər, sizinlə möhtəşəm layihəmizi bölüşürük.

Siz də bölüşün ki, Azərbaycana səs salacaq layihəmizdən xəbərsiz olan müəllim qalmasın. 😉

📌29 aprel tarixindən başlayaraq hər həftənin şənbə günü, onlayn şəkildə 4 müxtəlif spiker sizinlə görüşə gələcək.

29 aprel- ünsiyyət bacarıqları üzrə təlimçi, Zaur Cahangirov ✔️"Müəllimin nitqi"

6 may- Beynəlxalq təlimçi, şüuraltı terapiya mütəxəssisi, Vəsilə İbadlı Əlif ✔️"Şüuraltına təsir edən cümlələr"

13 may- Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə ✔️"Müəllimin danışığında orfoepiya"

20 may- Pedaqogika üzrə fəlsəfə doktoru Eminova Gülşən, ✔️"Sinifdə ünsiyyət"

💚Qeyd edək ki, 4 həftəlik proqram müəllimlərimiz üçün ödənişsizdir.

😊Siz bizim dəyərlilərimizsiniz, bu da bizdən sizə hədiyyə olsun!

Qeydiyyat üçün👇🏻

https://bit.ly/41ctqOA
𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
Photo
*Ourgroup möhtəşəm təlimlə qarşınızda* ❤‍🔥

*Ramazan ayı üçün xüsusi təşkil edilmiş təlimlə uşaqların üzündə təbəssüm olmağa nə deyirsiniz?*

❗ *Bu təlimdən yığılan gəlir birbaşa Ümid uşaq evinə göndəriləcəkdir*

🧭 *Mövzu:* Auditoriyada çıxışın sirləri
👤 *Təlimçi:* ÜTÜ QRUP MMC rəhbəri, natiqlik və ünsiyyət bacarıqları üzrə təlimçi *Zaur Cahangirov*
📆 *Tarix:* 20 Aprel 2023
⏰ *Saat:* 18.00
📍  *Görüş:* online (ZOOM)
💰 *Yardım üçün məbləğin miqdarı  sizin istəyinizə  bağlıdır.*
💌Təlimin sonunda yardım layihəsi üçün təşkil edilən təlimdə  iştirakınıza görə *sertifikat* veriləcək

Təlim barədə ətraflı məlumat üçün (Ourgroup rəhbəri *İlhamə Bayramova* - 077 404 50 37)

(Uşaq evinin instagram hesabı- https://instagram.com/umid__yeri?igshid=YmMyMTA2M2Y= )
🪄Maraqlı sorğu

Düşüncənizi müsbətə dəyişmək üçün nələr edirsiniz?
İnsan əvvəlcə özünü sevməyə başlamalıdır. Tolstoyun uşaqlığımızdan bizə aşıladığı kimi: “İnsan sevgi ilə yaşayır"🧚
Sabahınız xeyir, gününüz sevgi dolu olsun!❤️💜
👍1
🌾Siz öz həyatınızı özünüz yaradırsınız.  Enerjinizi nəyə xərcləyəcəyinizə siz qərar verirsiniz - yaradılış və ya məhv, sevgi və ya nifrət.Özünüzə müsbət və ya mənfi bir parametr verirsiniz ... Kim sizə nə deyirsə - Onları dinləmək və ya etməmək yalnız sizin seçiminizdir.
Uğursuzluqlarınızı minlərlə başqaları arasından “indicə oldu” və ya “tale belə gətirdi ” demək ilə günahlandırmayın.🫵💫
Daha sürətli və daha yaxşı öyrənməyin 4🦩 yolu

🦩Ətraf mühiti dəyişdirin. Fərqli şərtlərdə öyrənin, ən rahat olduğunuz yeri anlamaq üçün təcrübə edin.

🦩Təlimləri fasilələrə bölün. Hər şeyi bir anda öyrənməyə çalışmayın. Təlimləri qısa fasilələrə bölmək daha faydalıdır.

🦩Öyrəndiklərinizi kiməsə təkrarlayın. Biliklərinizi bölüşmək üçün birini tapın. Beləliklə, öyrənilən material başınıza daha yaxşı uyğunlaşacaq.

🦩 Öyrənmənizi şaxələndirin. Materialın hər təkrarı ilə yanaşmanızı dəyişdirin. Bu, məlumatı daha tez mənimsəməyə kömək edəcək.
Özünüzün yeni öyrənmə üsullarını kəşf edin
Özünü kəşf etmək nədir,necə olur?
İnsanın özünü kəşf etməsi əslində çox sevdiyi,lakin bunu yenicə bildiyi bir andır.
Sizdə belə olubmu?
Məsələn,mən kitabları sevdiyimi bir o qədər də bilmirdim,ta ki bir gün bir kitab rəfiylə tanış oldum və fikir verdim ki onlardan ayrıla bilmirəm,sanki nəsə məni özünə çəkir.Anladım ki,mənim maraq dairəm,özümü daha da tanıdığım zaman kitablarla tanışdığım və daha da birlikdə zaman keçirdiyim vaxtmış.
Həmçinin insanlarla söhbət etməyin,onları anlayan biri olduğumu da kəşf etmişdim və bu kəşflər özümün ən möhtəşəm versiyasını tapmağa hələ indiyə qədər də yardım edir.
Yenilik axtardıqca,sanki özümü tapmış kimi oluram,bu da bir növ insanın özünü kəşf etməsində gizlidir☕️
Uca məqsədə gedən yolda sənə qarşı olan insanlara qalib gəlməlisən!🫳
Qarşınıza başqa məqsəd qoymaq və yeni arzularınızı həyata keçirmək üçün heç vaxt gec deyil!💦
Media is too big
VIEW IN TELEGRAM
Səhvlərinizi doğrularınızdan daha çox sevin, daha çox fəxr edin. Daha çox qürurlanın. Səhv etməmiş insan heç bir şey etməmiş insandır. O baştan məğlub olmuşdur. Təcrübəli olmaq istəyirsinizsə, RİSK edin. Və ən mühümü özünüzü səhvlərinizlə sevin 🤍🤍🤍
👍2
🔍Şəxsi inkişaf qrupu- təlimlər, vebinarlar, marafonlar, kitab&film tövsiyələri, kanal/qrup/kurs tövsiyələri, motivasiyaedici paylaşımlar, psixoloji söhbətlər...

🪐Whatsapp link- https://chat.whatsapp.com/HwZIq1lvmnN9icSc7SxRjn

🪐Telegram link- https://t.me/ourgroupp01
Davam edirik, dostlar, dəstəyinizi uşaqlardan əsirgəməyin🤍
❤3