Forwarded from Alo Karyera | Karyera fürsətləri
🔵 Regionlarda yaşayan tələbələrin faydalana biləcəyi 3 ödənişsiz layihə.
1. Tələbə İnkişaf Platforması - TİP
çərçivəsində regionlardakı universitetlərdə seminarlar keçirilir. Bu seminarlarda iştirak edən tələbələr "Əmək bazarı dəyərimizi necə artıraq?” , “Gələcəyin peşələri”, "Düzgün karyera planlaması", "Müsahibəyə hazırlıq" mövzuları istiqamətində məlumatlar əldə edə, peşəkar karyera məsləhətçilərinə suallar ünvanlayaraq cavab tapa bilərlər.
2. Alo Karyera dəstək xidməti (online)
Bu xidmətdən yaşadığı ünvandan asılı olmayaraq bütün Azərbaycan vətəndaşları istifadə edə bilər. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
🔹 karyera planlaması, məqsədlərin təyin olunması,
ixtisas seçimi,
🔹 əmək bazarı və iş axtarışı,
🔹 rezümelərin hazırlanması ilə əlaqədar tövsiyələrin verilməsi və qiymətləndirilməsi,
🔹 müsahibəyə hazırlıqla əlaqədar zəruri köməkliyin göstərilməsi.
Proses:
✔️ Vətəndaşlar qeyd olunan link vasitəsi ilə öz müraciətlərini edirlər;
✔️ Müraciətlər peşəyönümü məsləhətçilər tərəfindən yoxlanılır və mütəxəssis tərəfindən vətəndaşla əlaqə saxlanılaraq görüş üçün vaxt təyin edilir;
✔️ Vətəndaşla Zoom proqramı vasitəsilə görüşülərək dəstək göstərilir.
3. Peşələr Festivalı
“Peşələr festivalı” iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaradan bir layihədir. Festivalda bütün yaş qruplarından olan şəxslər iştirak edərək müvafiq peşələr haqqında məlumat əldə edə bilər. İlk dəfə 2022-ci ildə baş tutan festivalın hər il keçirilməsi planlaşdırılır.
Bütün bu fürsətlərdən doğru zamanda xəbərdar olmaq üçün instagram səhifəmizi izləyərək bildirişləri aktiv edə bilərsiniz.
Instagram: https://www.instagram.com/alokaryera/

👍1