𝓚𝓲𝓽𝓪𝓫𝓵𝓪𝓷𝓭𝓲𝔂𝓪𝓪📚♥️
1.13K subscribers
1.76K photos
294 videos
103 files
626 links
📚Kitablardan Alıntılar
📃Şeirlər
🌈Motivasiya
🎨İncəsənət - @artetthrerapy
📖PDF Paylaşımları
🎬Filmlərdən parçalar
📝Məlumatlar
👀Başqa? İzlə və gör😉

👥Əlaqə üçün : @Vislamovaa , @lalalaluna_R , @Axadoffa @by_nemo13
Download Telegram
"Kişilər mi daha ağıllıdır yoxsa qadınlar?"
Əlbəttə ki, qadınlar, çünki ayağı gözəldir deyə heç bir qadın asılı olmaz bir kişiyə.


🖋William Shakespeare.


@kitablardan_v
Bir insanı,susduğu yerlərdən tanıya bilərsən.


🖋Halil Cibran.


@kitablardan_v.
Bir qadını sırf gözəlliyinə görə sevmək mümkündürmü?
Bir heykəli sevmək kimi olmazmı?
‐"Deyə soruşdu Tolstoy"
-"Viktor Hüqqo'da,
Sadəcə bədənlərin görüntüsün sevənlərə yazığım gəlir, ölüm hər şeyi məhv edəcək Ruhları sevin dedi"
@buzzplaylist
Savaşan uduza bilər,ancaq savaşmayan çoxdan yenilmişdir.


🖋Bertolt Brecht.


@kitablardan_v
Tənhalıq başlayır burdan o yana,
keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
ölçdükcə ölçülməz, atam balası.

Daha çoxlarıyla aram sərinlər,
çoxları boyuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmmez daha.

Mən axı nə Çöləm,
nə Yol,
nə Küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü - ölüncə
23 yaşımda qala bilmərəm.

Nə qədər sözlər var sözümdən cavan,
daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
şeirlər yazmağa həvəsim gəlmir.

Kiriyir, yumşalır şeirlərim də,
qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,
qocalmaq istəmir dostlar mənimlə.

İlahi, qocalıq buymuş deməli,
dostlardan səssizcə qırılır adam.
Ömür bir bulantıq suymuş deməli,
ömür azaldıqca durulur adam.

İçimin-çölümün yuyulur pası,
sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
nə yaxşı, ölmədim bu aralıqda.

Sözlər ürəyimdən elimə yetdi,
bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
heç kəs qınamasın, yoldu, nə olar.

Daha balta kəsməz ağlım kəsəni,
dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi
ağacdan meyvətək derirəm daha.

Son nəfəs dünyada hər şeydən şirin,
şair də qocalır, ölür, bilirəm.
Sözündən qan iyi gələn şairin
ağzından süd iyi gəlir, bilirəm.

Bu dünya bir qaynar qazanmış demə,
söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
çətini dünyayla barışmağımış...


🖋Ramiz Rövşən.


@kitablardan_v
#şeir
Bir səhvi 2 dəfə təkrar etməyən insan,ən mükəmməl insandır.


🖋Albert Einstein.


@kitablardan_v
"Ölümə məhkum olunmuş bu gülərüzlü,sağlam adamlar sabah başlarına nə gələcəyini ağıllarına gətirmədən yataqlarına girib arxayınca yatacaqlar.Sonra tezdən oyanacaq,zümzümə edə-edə geyinəcək və elə düşenəcəklər ki,işə gedirlər,əslində isə öz labüd ölümləri ilə qarşılaşmağa yollanacaqlar."🌾


🖋Aleksandr Belyayev.
📙Professor Douelin Başı.

@kitablardan_v
Forwarded from Aliyev'space
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həyat buradır🤎
Bilmem hangi tozlu kitab arasında birisine ithaf edilmiş cümle vardır şimdi burda

@buzzplaylist
❤1👍1
Bəlkə də yeni bir başlanğıc etməyin vaxtıdır. Yeni bir başlanğıc üçün hər şeyi yıxmanın vaxtı...



•Sabahattin Ali
@kitablardan_v✨
Sadəcə özündən qaçmaq yox, yox olmaq, bir daha qayıtmamaq istəyirdi...


•Fyodor Dostoyevski
@kitablardan_v
Forwarded from Aliyev'space
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Eşq öpüşüylə canlanan ruh (pysche)

📌Antonio Canova~Ermitaj muzeyi

Əsərdən iki parça düzəldilib və gips üçün qəlib tökülüb. Əsərin birincisi Luvr muzeyində, digəri isə Ermitaj muzeyindədir. 1822-ci ildə vəfat edən Antonio Canova "Mikelancelo və Berninidən sonra ən böyük heykəltəraş" kimi şöhrət buraxıb.
@buzzplaylisit
#art
Ağıllarıyla deyil ki, gözləriylə sevirlər. Ona görə də günahın deyil, cəzanın ağır olduğunu düşünürlər...

•William Shakespeare
@kitablardan_v
Mən xoşbəxt bir kəpənəyəm.
Yaşasam da ölsəm də...


📚Ovod
@kitablardan_v
Bizi artıq uşaqlıqdan əhlilləşdiriblər. Bala, sən əvvəlcə məktəbdə oxumalısan, sonra universitetdə. Universiteti bitirən kimi əsgərliyə gedəcəksən. Qayıdanda işləməyə başlayacaqsan. O illər yəqin ki, nişanlanarsan. Bir az imkan tapan kimi evlənəcəksən. İlk iki ildə uşağınız olacaq. Sonra uşaq böyüyəcək. Onu məktəbə qoyacaqsınız. Sonra uşaqlarınız evlənəcək, sən nəvənlə oynayacaqsan. Qocalanda da ki, vərəmdən, şəkərdən bir xəstəlik tapıb öləcəksən. Bu etalondur. Həyat standartı.


•📚A
•Qaraqan
@Kitablardan_v
👍4