𝓚𝓲𝓽𝓪𝓫𝓵𝓪𝓷𝓭𝓲𝔂𝓪𝓪📚♥️
1.13K subscribers
1.76K photos
294 videos
103 files
626 links
📚Kitablardan Alıntılar
📃Şeirlər
🌈Motivasiya
🎨İncəsənət - @artetthrerapy
📖PDF Paylaşımları
🎬Filmlərdən parçalar
📝Məlumatlar
👀Başqa? İzlə və gör😉

👥Əlaqə üçün : @Vislamovaa , @lalalaluna_R , @Axadoffa @by_nemo13
Download Telegram
Pis insanların etdiyi şeylərlə baş etməyi öyrənmək üçün , yaxşı insanların psixoloqa getməsi gərəkdiyi bir dünyada yaşayırıq.

•August Pullman.
🎞Wonder.
👍4
Yoxluqlar , xəyallara əngəl deyildir.

•Viktor Hügo.
#motivasiya
👍2
Əziz kitab sevərlər , bayramınız mübarək!💜🪐
👍2
Hər kəsə içindəki yaxşılıq qədər , yaxşı həyat diləyirəm.


•Səbahəttin Əli.
👍6
Forwarded from Aliyev'space
heçlik

Varlıqla başlayanda heçliyin nə olduğunu düşünürdüm.Ölümdən sonrasıdırmı heçlik? Ya da hər şeyin sonu gələndə mi heçlik yaranır? Ruh varlıqdırsa, o zaman heçlik dediyimiz elə fiziki varlığımız deyilmi?

Bütün kainat yox olsa o zaman heçlik mövcud olarmı? Yoxsa elə Tanrının varlığı heçlik anlayışını yox mu edir?

Heçlik deyəndə insanın böyük bir boşluğunu nəzərdə tuturam.Düzü bu anlayışı insanın var olub-olmamasına dair şübhələrlə də izah etmək olar.Yəni ki gördüklərimiz illüziyadır və s..

Heçlik əslində insanı var edən əsas məfhumdan - ruhdan ayrı düşməkdir.O ruh ki bizi Tanrıya bağlayır və sevgi kimi bir hissi var edir.Elə ki insanın Tanrı ilə bağları qopur, o zaman özünü böyük bir heçlikdə tapır.Çünki artıq həyatda heç nə yoxdur.Fiziki varlıq mənasızdır, Tanrı ilə bağlar da qopub. Daimi axtarış və yol tapmağa çalışmaq cəhdləri isə eynən hörümçək toruna düşmüş bir həşəratın həyatda qalmaq cəhdlərinə bənzəyir.

Kim bilir bəlkə də heçlik elə bu dünyadır, bütün kainatın çox kiçik bir parçası olaraq əslində biz bir heçik.Təsəvvür edin o qədər qalaktikalar var və bizimki sadəcə sonsuz çoxluğun sadəcə bir parçasıdır.

Gəlin fərz edək ki biz kainatda yaşayan tək varlıqlarıq.O zaman biz heç deyilik, bir önəmimiz var.

Bəlkə də biz səhvlərimizə görə heçliyə məhkum edilmişik. O heçlik ki çirkinliklərlə doludur. O heçlik ki Tanrıdan tamamilə uzaqdır, əlimiz çatmır, gözümüz görmür və qulağımız eşitmir.

Sevgi və nifrətin bir-birinə qarışdığı heçlikdəyik, sonsuz bir dövr ki xeyir və şəri fərqləndirmək olmur.Daimi olaraq qaranlıq yolda işığı gözlədiyimiz heçlik.

Bəlkə də insan heçliyə düşməli idi, düşməsəydi varlığınım dəyərini anlamayacaqdı.Sevginin dəyərini ondan məhrum olduqda, varlığın dəyərini heçlikdə, Tanrının dəyərini isə rasional insanlar bu vəziyyətlərin hər birini yaşadıqda anlayır.

Çünki hər bir heçlik halı, Tanrının yoxluğu və ya bizim ondan ayrı düşməyimizlə yaranır.Hər komponent Tanrını yaradır və bir komponent əskik olduqda çarx fırlanmır.

Beləliklə varlıq heçlik olur və sonsuzluqda yolunu itirir..
@buzzplaylist
👍3
İnsanların artıq başa düşməyə zamanları yox!
Marketlərdən hər istədiklərini alırlar.Amma dostluq satan bir market olmadığı üçün , dostları yoxdur.


•Balaca Şəhzadə.
👍5
Oxumağı sevmək , həyatdakı can sıxıcı saatları ən gözəl saatlara dönüşdürməkdir.

•Montesquieu.
👍2
Kitab sonsuza qədər xəyanət etməyən bir dostdur.Kitabı ilk dəfə oxuyarkən bir dost qazanarsan.İkinci oxuyuşunda köhnə bir dosta rastlarsan.

•Aydın Boysan.
👍1
İçte tutulan göz yaşları akıtılanlardan daha acıtıcıdır.

•Korku.
Stefan Zweig.
👍2
Forwarded from Art is therapy🎨♥️
🖌Edmund Blair Leighton
🎨Sweet to the Sweet (Şirindən Şirinə)

💞Art is therapy
👍1
Mənim xəstəliyim , yalan danışanlara inanmaq.

🎞7.Koğuştaki Mucize.
👍5
Forwarded from Art is therapy🎨♥️
🎨Kraliça Eleanor
🖌Frederick Sandys
⏳1829 - 1904
🖋
Art is therapy
📌
#Məlumat :

Rossetti'nin şagirdi olan Sandys, gözəl, lakin tez-tez dağıdıcı qadınların yarı uzunluqlu fiqurları üzərində ixtisaslaşmışdır. Detallara diqqətlə yanaşması Pre-Raphaelit məktəbinə xasdır. 

Kraliça Eleanor , İngiltərə Kralı II Henrinin həyat yoldaşı, Akvitaniya Kraliçası Eleanorun ərinin məşuqəsi Rosamund Cliffordu zəhərləmək yolunda təsvir edilib.
👍1
Forwarded from Art is therapy🎨♥️
Ənənəvi hekayə:
Kral Henry'nin, əlaqəsini karmaşık bir labirentin içərisindəki boşluqlar içərisində apararaq kraliça Eleanora'dan gizlətdiyini izah edir. Kraliça Eleanor, mövzunun sol əlində göstərilən qırmızı bir ipdən keçərkən labirintə nüfuz etdi və rəqibini bir xəncərlə zəhər qabı arasında seçim etməyə məcbur etdi. Rosamund zəhəri seçdi və öldü.
.
👍1
-Bax Mathilda , insanlar üçün gözlərini fəda etsən , zatən kordu deyərlər..
👍2
Bəyəndiyiniz bədənlərə xəyalınızdakı ruhları qoyub aşiq olduğunuzu zənn edirsiz.

•William Shakespeare.
👍3