Forwarded from Aliyev'space
Qulaqlarının böyüklüyü ilə seçilən Galileydən rəqiblərindən biri soruşur:
-Qulaqlarınız,bir insan üçün çox böyük deyilmi?
Galiley cavabında:
-Doğrudur,mənim bir insan üçün böyükdür amma,səninkilər bir eşşək üçün çox kiçik deyilmi?

👍7
Forwarded from Aliyev'space
Vaxtı ilə zərdüştlüyün, sonra xristianlığın, ardınca müsəlmanlığın, ardınca ateizmin, ardınca da sekulyarizmin dadına baxmış, inanc cəhətdən beyinləri həftəbecər şorbasına dönmüş bir xalq düşünün.
Mədəniyyət cəhətdən də həm tutucu Şərqin, həm də tərəqqiçi Qərbin, eyni zamanda da konservativliyin mərkəzi olan Qafqazın dadına baxmış bir xalq.
Kapitalizmi və Sovetdən sonrakı Azərbaycanı heç qarışdırmadan rahatca demək olar ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti aqressivdir, emosionaldır, empatiyadan məhrumdur, kimsə qarşısındakını anlamaq istəmir, kimsə güzəşt etmək istəmir, hər kəs bir bad boy.
Bunu hər yerdə görə bilərsiniz, svetoforda sarı işıqdan yaşıl işığa keçid etməmiş siqnala abanırlar, sıra mədəniyyəti də yoxdur. Əslində disiplinli olsalar hər şey daha rahat olar.
Həyat onsuz da çətindir, Azərbaycanda daha çətindir, bonus olaraq burada insanlar özünü və ətrafındakıları sinirləndirir.
Danışıq mədəniyyəti yoxdur, demirəm hər kəs üslubiyyat / natiqlik dərəcəsində danışsın Aztv kimi, ən azından səs tembrinə diqqət etmək lazımdır.
Azərbaycan insanı gərəksiz şeylərə çox baş ağrıdır, hələ də şortikə, uzun saçlı oğlanlara pis baxanlar var. Necə baxmaları önəmli deyil, sadəcə ətrafa saçdıqları mənfi enerjilər xoş deyil və sağlam düşüncəyə sahib olmayan valideynlərin övladları ölkə üçün təhlükədir.
Burada qızını oxutmağa pulu olmadığını bildirib, amma onu gənc yaşda evləndirərkən bahalı cehizlər ala bilən atalar var hələ də.
Burada hələ də əksər bəylər egolarını qadınlar üzərindən tatmin edir, evin, məhəllənin, qəsəbənin, kəndin, rayonun namusu falan modunda fırlananlar var hələ də, soruşsan ən son oxuduğu kitab əlifba olub bəlkə də.
Hələ birini söyüş söyəcək həddə qədər əsəbiləşdirib, söyüldükdən sonra "budu da mədəniyyətin" deyə özünü haqlı çıxarmasından danışmıram.
Məsələn deyirsən ki,
- yox, mümkün deyil.
+ sən canı bax gör neynirsən.
Hər şeyə konspirasiya qurub beynini yoranları da unutmadım)
Hələ də tək arzusu evlənmək olan qadınlar çoxluq təşkil edir, sonrası hüsran təbii ki, xəyanət / boşanma kombosu qaçınılmazdır, adətən bərbad saç kəsimi bacarığı olan adamlarla evlənirlər.
Hər şey əvvəlcədən planlanıb, amma qızlarını bəzəyib toyda podyuma çıxardan da, oğullarına kasetdən qız seçən də analardır. Nə deyib Tağızadə? "Anaları savadsız, təhsilsiz olan millətin gələcəyi yoxdur".
Başqalarının etdiyi hərəkəti qınamaq və qınadığından artığını etmək.
Bir məsələ olan kimi yaşlı nəslin öz yaşını qabardaraq üstün durumda olduğunu vurğulaması.
İzlədiyi seriallarda tabularına zidd şeylər olsa da, vay o günə ki, kimsə mental cizgidən azca fərqli bir şey etsin - o saat əxlaqsız, alçaq, və s. tipli sifətləri yaraşdırır.
Niyə isə heç kəsin bəyənmədiyi applikasiyalar, ifalar trend olur 😄
Bu onların işidir əlbəttə, amma ayağına görə olmayan yorğanı kreditlə alıb nəsə etmək huyları xoş keçən bir neçə gündən sonra uzun müddətli aqressiv birinə çevrilmələrinə səbəb olur, bəzən intihara.
Problemi zaman həll etməyəcək, özümüz yaxşı olmalıyıq ilk öncə.
Norveçi Norveç edən əhalisidir.
Mən nə dinçiyəm, nə də təbliğatçı, sadəcə dəyərli izləyicisi olan kanalın admini kimi düşüncələrimi çatdırmaq istədim, sevgi ilə qalın, əsən qalın..
@buzzplaylist

👍3
Forwarded from Aliyev'space
"Düşüncələr və Mövcudluq"
Düşüncə anlayışı çox vacib bir anlayışdır. Düşüncələr insanın mövcudluğunun var olma göstəricisidir. Belə ki, müasir dövr fəlsəfəsinin banisi Rene Dekart dediyi kimi, "Mən düşünürəmsə mövcudam".
Ancaq mən bu düşüncələri incəliklərə görə fərqləndirərdim:
1. İdeal düşüncə..,
2 . Xəyali düşüncə..
İdeal düşüncə: varlığın müsbət fikirlər üzərində özünü göstərməsi kimi qavrayışdır. Bu düşüncələrin insana və insanlığa xidmət göstərən fikirlərin mövcudluq göstəricisinin ali hissələrindəndir. Bu düşüncə insanı yaradan Uca Varlığın varlığıdır..
Xəyali düşüncə - xəyaletmə gücünün göstərisindən irəli gələn qavrayışdır. Onların bir çox növləri var. Mən bunları nəzərə alaraq deyə bilərəm ki, xəyalgücü reallığa əsaslanmırsa fantastik xəyallar(xəyalpərəst) sürən insanların düşüncələri geniş olsada həqiqəti dərk etmirlər..

👍5
Bir insanın düşüncəsi reallığı əks etdirmədikdə və müsbət bir düşüncə kəsb etmədikdə onun mövcudluğunu yox saymaq olar. Məhz yaşasalar belə onların sadəcə bir maketi olduğuna işarədir. Şüurlu düşünməyən varlıq bir canlı olaraq heyvandır. Bişüur insanların düşüncəsi absurddur..
@buzzplaylist
@buzzplaylist
🔥2
Forwarded from Aliyev'space
ölüm
İnsanoğlunun qorxduğu o dəhşətli an - ölüm.Ölənə qədər etməyə çalışdıqlarımızın görəsən nə qədəri etməli olduqlarımız idi?! Görəsən sadəcə fiziki həyatda qalacaq şeyləri bacarmaqla nə qədər mənalı bir ömür yaşaya bilmişik?!
Ölümün qorxulu tərəfi insanın yenə də bilinməyən bir boşluğa addım atmasıdır.Fiziki bədəndən sonra ruh olaraq hara gedəcək: cənnət yoxsa cəhənnəm? Çətin sualdır, xüsusilə son nəfəsini verən insan üçün lap çətindir.
Əslində insanların qorxmalı olduğu ölüm yox, yaşamaqdır.Çünki ölüm belədir ki artıq fiziki bədəni tərk edirsən və hər şey bitir.Olan olub, keçən keçib.Yaşamaq isə daima imtahanlarla doludur, nəyi səhv və ya düz etdiyini sorğulamalı olursan, ya da başqaları bunu sorğulayıb sənin haqqında mühakimə yürüdürlər.
Ölüm əslində insan üçün pis ya da yaxşı qurtuluşdur.Suallardan azad olmaq üçün artıq bir şansın var: Tanrının var olub-olmadığını biləcəksən, həqiqətin nələrdən ibarət olduğunu və ən önəmlisi hansı məkana gedib çatmış olduğun.
Fiziki olaraq ölüm deyək ki 70-80 yaşda gerçəkləşir.Bəs insan əslində nə vaxt ölür? İnsanın mənəvi dünyası çökəndə və sadəcə fiziki varlığından bərk-bərk yaoışanda o zaman elə ölümü gerçəkləşmiş olur.
Bəlkə də ölüm hər gün, hər saniyə içimizdə gerçəkləşir və biz bunu bilmirik.Kim bilir, bəlkə də ölüm bizim bu dünyaya atılmağımızdır.Bu dünyada fiziki bədənlərə sahib olmaq bəlkə də ölümün öz adıdır.Sadəcə bir bədən 70-80 il orta ömür və dayanmadan işləyən zəngli saat.Zəngli saat vurur və səni hansısa mələk gəlib aparır.Bu qədər və sən insanlar üçün öldün.
Kim bilir, bəlkə ruh bədənə məhkum olunduğu zaman ölür və fiziki bədən öləndə isə əsl diriliş yaşanır?! Bəs nəyə görə insan uşaqkən təmiz yaddaşla doğulur?! Bəlkə də ruh Tanrıdan qoparkən ölür və Tanrıya yenidən qovuşarkən yenidən canlanır.
Çox güman ki biz insanlar elə ölənə qədər ölüm anlayışını fiziki sərhədlərlə primitiv görməyə davam edəcəyik.Biz gözümüzün önündə olanı görməzkən, axı görünməyən həqiqəti necə görək?!..

👍4