𝓚𝓲𝓽𝓪𝓫𝓵𝓪𝓷𝓭𝓲𝔂𝓪𝓪📚♥️
1.13K subscribers
1.76K photos
294 videos
103 files
626 links
📚Kitablardan Alıntılar
📃Şeirlər
🌈Motivasiya
🎨İncəsənət - @artetthrerapy
📖PDF Paylaşımları
🎬Filmlərdən parçalar
📝Məlumatlar
👀Başqa? İzlə və gör😉

👥Əlaqə üçün : @Vislamovaa , @lalalaluna_R , @Axadoffa @by_nemo13
Download Telegram
📜Pisxoloqların fikirincə 4 temperament tipi var: sanqvinik; xolerik; fleqmatik və melanxolik

➣Sanqvinik
Bu tipə aid insanlar zirək və diribaş olurlar. Tələskən,ünsiyyətcil,təşəbbüskardərlar. Oturaq işi sevmədiklərindən daim hərəkətdədirlər. Ətrafda baş verənlər onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər və onların maraq obyekti tez-tez dəyişir. Böyük həvəslə başladıqları işi asanlıqla yarımçıq qoya bilərlər. İstənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilirlər. Son dərəcə emosionaldırlar. Onlar tez sevinib, tez də kədərlənirlər. Bu tip insanlar təsir altına tez düşür

➣Xolerik
Bu tipə aid insanlar son dərəcə coşqun və hövsələsizdirlər. İstənilən məsələyə dərhal reaksiya verirlər. Bu xasiyyətlərinə görə ətrafdakılarla yola getmir, tez-tez münaqişəyə girirlər. Adətən, səbirsiz, tündməcaz olurlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxş yolu tapırlar. Bu tipə aid olan insanlar sadiqdirlər. Yaxınlarına son dərəcə bağlı olduqları olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə alışmaları zaman alır.

➣Fleqmatik
Bu tip insanlar qaradinməz, sakit, təmkinli olurlar. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyildir. Onları həyacanlandırmaq və ya hirsləndirmək elə də asan məsələ deyil. Bu tip insanlar istənilən halda hadisələrə hamıdan gec reaksiya verirlər. Bu xüsusiyyətlərinə baxmayaraq, pisxoloqların fikirincə , fleqmatik insanlar mehriban və istiqanlı olurlar. Sadəcə onları yaxından tanımaq üçün bir qədər vaxt lazımdır. Zaman keçdikcə alışdıqları insanlara qarşı diqqətli və mehriban olur, rəfiqələri və dostlarına sevgi ilə yanaşırlar. Onlar vaxtı ilə incik düşdükləri insanlara da sayğısızlıq etmirlər

➣Melanxolik
Bu tip insanlar sakit, ancaq həsasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılıq hadisəsini uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayır, kədərlənir, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər " yüz ölç, bir biç " məsəlinə riayət etmir. Özlərindən çox narazı olduqlarından heç bir bacarıqlarını dəyərləndirmir və şəxsi kifayyətlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdəndə bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır.
👍8
📜Bu 3 şeyi heç vaxt etmə!

✬Xoşbəxtkən söz vermə
✬Kədərliykən cavab vermə
✬Əsəbiykən qərar vermə
👍12
|•💎🕯 Almaz kimi ol. Yandığın zaman nə yerdə külün qalsın, nə də göydə tüstün
👏11👍6
➣Dünyanın ən keyif verən hisləri🦋

★Ağac kölgəsində yatmaq🌝
★Kiminsə səni dəstəklədiyini hiss etmək✨
★Dəniz kənarında dalğaların səsini dinləmək🌊
★Gözəl bir yuxu görmək👑
★Xəyallarının gərçəkləşdiyini anlamaq🪐
★Öz pulunu qazanmağa başlamaq💰
👍28❤6👏1
🧠|• Ağıl və ruh sağlamlığını qorumanın yolları
★Başınızı qarışdıran insanlardan uzaq durun👥
★Qəsdən və təkrar-təkrar sizi incidən insanlardan qaçın🍂
★Üzr istəyə bilməyən insanlardan qaçın🦂
★Qaldıra bilməyəcəyiniz məsuliyyəti üzərinizə götürməyin💫
★Dedi-qodudan uzaq olun🗣
★Heç kimlə özünüzü müqaisə etməyin👑
★Əsəb, kin nifrət kimi neqativliklərdən uzaq durun🕸
❤12👍8🔥2
🎯|~Heç kim sənə inanmaya bilər
və ancaq uduza bilərsən təkrar və təkrar. Bütün işıqlar sönmüş ola bilər. Amma xəyallarını görəcək işığa sahibsən. Hər gün özünə "QAZANANA QƏDƏR! HƏLƏ BİTMƏDİ! " deməlisən:
👍10🥰3
📚~Kitab oxumaq vərdişini qazanmaq üçün gecikmiş deyilsən. Hər gün 10-20 səifə marağını cəlb edəcək mövzuda kitab oxu.

~Yaşın neçə olur olsun, yeni şeylər öyrənə biləcəyini bil. Özünə Tolstoy'un 67 yaşında velosiped sürməyi öyrənidiyini xatırlat!
👍12❤1
📜🕯~Tolstoy deyir ki, "Sadəcə dərin sevgisi olanlar, dərin acıları hiss edə bilər". Dostoyevski də əlavə edir və deyir: "Böyük bir ağıla və dərin bir ürəyə sahib olanlar üçün acı çəkmək qaçınılmazdır "
👍10🔥6🤩1
🗝📝~Çox oxuyan çox zəngin olar kimi bir nəticə çıxarda bilmərik amma bəlli ki, çox zənginlərin çoxu çox oxuyanların arasından çıxır.
👍15
🧩|• BU SÖZÜ AĞLINDA TUT
Həddindən çox düşünərək, ən xoşbəxt anını belə cəhənnəmə çevirə bilərsən
👍22
🕯Və unutma işıqlar yalnız qaranlıqda yanar...
❤8👍3
Hani yârınlar güzel olurmuş diyorlardı, Orlic
Bu yaşadığımız gün de dün'ün yârın'ı değil mi?
Kandırıyorlar Efendim
Kandırıyorlar...
~Oğuz Atay
👍15😢5🔥4
YAXŞI Kİ
VARSAN...
"Çox gec olmadan sevdiklərimizə
deyilməsi gərəkən halda geçikib
deyilə bilməyən, boğazda düyüm bıraxan sevgi sözcüyü"
👍16
Bəziləri qələbəni sadəcə xəyal edərkən, Sən erkəndən oyanıb xəyalının yollarını qət etməyə başlamalısan. Unutma:Həyatda gözəl olan hər şey çətinliklə qazanılır... ✨🦋
👏18👍3
Çətinliyə düşəndə üzülməyin. Unutmayın hər dərdin bir dərmanı vardır. Sadəcə tapılmağı zaman alır...
Bir gün hər şey çox yaxşı olacaq.Amma mütləq olacaq🤍🕯
❤16👍2
📚Kitab oxumaq bizə nəlləri bəxş edir?
📘Oxumaq;
🗣Danışıqda canlılıq,
👩🏻‍🦱İnsanda olqunluq,
✍🏻Yazmada açıqlıq verir
~BACON🕯
❤14🥰5
📕|•Təhsil almaq hər bir tələbənin üzərinə düşən vəzifədir, bu, nizam-intizam və fədakarlıq tələb edir, lakin bu, müntəzəm və düzgün taktikalarla aparılırsa, uğur əldə edilir. Hər bir tələbənin dərs tərzi fərqli olduğu üçün bu məsuliyyəti hər bir şagird müxtəlif yollarla yerinə yetirir. Ancaq hər şeydə olduğu kimi, təhsildə də nizam çox mühüm rol oynayır.

✨🌸Sizin üçün bəzi məsləhətlər hazırladım⬇️🌸✨
👍8
◉|• Anlayın ki, önəmli olan çox çalışmaq deyil, səmərəli işləməkdir!📚
𖤐|• Önəmli olan 5-6 saat işləmək deyil, səmərəli işləməkdir. 2 saat məhsuldar dərs 5 saat məhsuldar dərsdən qat-qat faydalı və daha az yorucudur. Bu, proqram hazırlayarkən diqqət etməli olduğunuz ilk və ən vacib addımdır.

◉|• Texnoloji Alətləri Otaqdan Çıxarın!💻
𖤐|• Mütəxəssislər kompüter, noutbuk, planşet, televizor və ya telefon olan mühitdə təhsil almamağı tövsiyə edir. Xüsusilə televizorun səsi olan mühitlər tələbələri dərsdən çəkindirir və diqqət problemi yaradır. Həm də dərs oxuyarkən telefonu söndürmək həll yolu deyil.
Telefonunuzu və kompüterinizi söndürüb başqa otağa qoymalısınız. Bundan əlavə, masanızda həmişə stolüstü saatın olmasını təmin edin.

◉|• Həftə içi və həftə sonu intensivliyinizi təyin edin!📊
𖤐|• Əhəmiyyətli olan səmərəli işləməkdir, ona görə də həftə içi məktəbdən evə gəldikdən sonra saatlarla istirahət etmədən oxumaq yalnız vaxtınızı itirəcək. Bu səbəbdən həftə içi və həftə sonları neçə saat boş vaxtınız olduğunu müəyyən etməli və onun bir hissəsini sosial həyata, bir qismini də dərsə ayırmalısınız. Həftə sonu məktəb olmadığı üçün daha rahat olduğunuzu fərz etsək, həftə sonu üçün daha sıx bir cədvəliniz ola bilər.

◉|• Günün ən məhsuldar vaxtını təyin edin!🌆🏙
𖤐|• Bəzi insanlar gecə oxumaqla daha məhsuldar olur, bəziləri isə gündüz. Bu insandan-insana dəyişir. Günün hansı saatında daha rahat və səmərəli oxuduğunuzu kəşf etməli və həmin saatlara uyğun proqram hazırlamalısınız. Günün ən məhsuldar olmayan anlarını da ictimai həyatınıza həsr edə və bu sayədə tarazlıq qura bilərsiniz.

◉|• Dərslərin və Mövzuların Siyahısını Yaradın!🧾
𖤐|• Dəqiq nəticələr əldə etmək sizi həmişə motivasiya edir. Əvvəlcə bütün dərsləri və mövzuları bir kağız parçasına yazmalı və sizi nələrin gözlədiyini görməlisiniz. Daha sonra, ən məhsuldar olduğunuz günün saatlarını nəzərə alaraq, onları kurrikulumda günlərə, həftələrə və aylara bölməli və özünüzə kiçik və böyük hədəflər qoymalısınız.

◉|• Ardıcıl olaraq hansı dərsləri oxumaq lazım olduğunu müəyyənləşdirin!📝
𖤐|• Bütün ədədi dərsləri bir gündə, şifahi dərsləri bir gündə proqramlaşdırmaq sizi və beyninizi yoracaq. Odur ki, əgər gündə 2 dərs oxumaq kimi bir məqsəd qoymusunuzsa, rəqəmsal dərslərdən birini, şifahi dərslərdən birini seçməlisiniz.Bu sayədə tarazlıq qurar və özünüzü daha az yorarsınız. Bundan əlavə, mütəxəssislər tərəfindən bu yolla daha çox səmərəliliyin əldə edildiyi müşahidə edilmişdir.

◉|• Formula Kitabı yaradın!📋
𖤐|• Rəqəmsal dərslərdə dərs dəftərindən başqa kiçik düstur dəftərinə sahib olmaq tövsiyə edirəm

◉|• Özünüzə vaxt ayırmağı unutmayın!💗
𖤐|• Təhsil almaq hər bir tələbənin qaçınılmaz borcudur, lakin özünüzü xarici dünyaya bağlamaq və çox oxumaq sağlamlıq cəhəddən yaxşı deyil və uğurlu nəticələr vermir.
Bu səbəblə təhsil almaq və ictimai həyatda vaxt keçirmək kimi həyatınızda bir tarazlıq qurmalısınız. Hər iki hala (təhsil&əlavə vaxt) laqeyd yanaşmamalı və hər iki halda keyfiyyətli vaxt keçirməyə diqqət etməlisiniz.

Hər kəsə uğurlar💜📜
👍7
🕯|• Vətəndaşları ən çox kitab oxuyan 10 ölkə:

10-Macarıstan- Həftə ərzində hər insan orta hesabla 6, 4 saat kitab oxuyur;📓

 9-Fransa- fransızlar əylənməklə yanaşı kitaba da vaxt ayırır. Hər fransız orta hesabla 6,9 saat kitab oxuyur;📔

8-İsveç- Skandinaviya ölkəsinin əsrarəngiz mənzərəsi insanları kitaba da sövq edir. Həftə ərzində bir isveçli 7 saat kitab oxuyur;📕

 7-Rusiya- Şimal qonşumuz siyahının yeddinci pilləsindədir. Hər rus həftədə 7,1 saatını kitaba ayırır;📗

6-Çexiya- Çexlərin kitaba vurğunluğuna söz ola bilməz. Bir çex həftəsinin 7,4 saatını kitaba ayırır;📙

 5-Misir-Bəziləri ərəb ölkəsi hara, kitab hara deyə bilər. Amma Misirdə uzun illərdən bəri formalaşan kitab oxuma ənənəsi var. Bir misirli həftəsinin 7,5 saatını kitaba ayırır;📖

 4-Filippin- Bəlkə də, təəccüblənəcəksiniz. Amma xarici mənbələrə də müraciət etsəniz hər Filippin sakininin həftədə 7,6 saat kitab oxuduğunu görə bilərsiniz;📔

 3-Çin-Dünyanın hər 6 sakinindən biri bu ölkədə yaşayır. Amma orta hesabla hər çinli həftədə 8 saat kitab oxuyur;📚

2-Tailand-Şərq ölkəsinin hər vətəndaşı orta hesabla həftənin 8,5 saatını kitaba bağışlayır;📘

 1-Hindistan- birinci yerin sahibi yəqin, hamınızı təəccübləndirdi. Hindistanın ucqar vilayətlərində heç oxuma-yazmaları olmayan insanların olduğunu deyəcəksiniz. Mən də  sizinlə razı. Amma Hindistanın böyük şəhərlərində kitab oxuma ənənəsi o qədər vərdiş halına çevrilib ki, hərf tanımayan insanların çoxluğu belə bu ölkəni liderlikdən məhrum etmir. Hər hindlinin payına həftə ərzində orta hesabla 10, 7 saat kitab mütaliəsi düşür.📚
👍9