🥘𝐿𝐸𝑍𝑍𝐸𝑇𝐿𝐼 𝑀𝐸𝑇𝐵𝐸𝑋👩🏻‍🍳
7.45K subscribers
1.39K photos
1.46K videos
143 links
Yemək reseptləri🍲
Şirniyyatlar🥐
Tort reseptləri 🎂
Salatlar🥗
Bir sözlə yeməyə dair hərşey😋❤️
Ödənişli reklam üçün; @alone_in_the_dark2
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Limonlu tiramisu 👌

✍ Limonlu sous üçün
⚡️ ½ armudu stəkan limon şirəsi
⚡️ 1 çay qaşığı limon qabığı rəndəsi
⚡️ 1 stəkan şəkər tozu
⚡️ 3 ədəd yumurta
⚡️ 50 qr kərə yağı
-------------------------------------------
✍ Krem üçün
⚡️ 300 qr kəsmikli pendir
⚡️ 3 yemək qaşığı şəkər tozu
⚡️ 200 ml qaymaq (33%)
⚡️ ½ armudu stəkan hazırladığımız limon sousu
-----------------------------------------
✍ Şərbət üçün
⚡️ 1 stəkan su
⚡️ 2 yemək qaşığı şəkər tozu
⚡️ ½ armudu stəkan limon şirəsi
⚡️ Savoiardi peçenye
---------------------------------------------
Hazırlayan hər kəsə nuş olsun ❤️
❤9👍3
🍫 Şokoladlı Tort Resepti 🎂

📝 Lazım olan ərzaqlar:

Biskvit üçün:
🥚 4 yumurta
🍬 1 stəkan şəkər tozu
🥛 1 stəkan süd
🌾 1 stəkan un
🍫 2 x.q. kakao
✨ 1 ç.q. qabartma tozu

Krem üçün:
🧈 200 q kərə yağı
🍫 200 q şokolad
🥛 200 ml qaymaq (və ya krem)

Şirələmək üçün:
🥛 1 stəkan süd + 🍬 1 x.q. şəkər

👩‍🍳 Hazırlanması:

1️⃣ Yumurtaları şəkərlə çalın, süd əlavə edin.
2️⃣ Un, kakao və qabartma tozunu qarışdırıb əlavə edin.
3️⃣ Qarışığı formaya tökün və 180°C sobada 35-40 dəqiqə bişirin. 🔥
4️⃣ Qaymağı qızdırıb şokoladı əridin, sonra kərə yağı ilə qarışdırın. 🍫🧈
5️⃣ Biskviti soyudub 2-3 hissəyə bölün, süd+şəkərlə isladın. 💧
6️⃣ Arasına və üstünə krem sürtün. 🎂
7️⃣ Üstünü şokolad, qoz və ya meyvə ilə bəzəyin. 🍓🌰🥥
❤5👍4🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍓Çiyələkli, şokoladlı peçenye 👌

✍ Ərzaqlar
⚡️ 200 qr kərə yağı
⚡️ ¾ stəkan şəkər tozu
⚡️ 2 ədəd yumurta
⚡️ 1 paket qabartma tozu
⚡️ 1 paket vanil
⚡️ 400-500 qr un
⚡️ 7-8 ədəd çiyələk 🍓
⚡️ 80 qr şokolad 🍫
-----------------------------------
Hazırlayan hər kəsə nuş olsun ❤️
❤7👍4😍2
Türk mətbəxinin ləzzətli yemeklerinden👌
HÜNKAR BƏYƏNDİ 🍆

500 q dana əti
1 baş soğan
2 diş sarımsaq
3 ədəd pomidor
1 ədəd yaşıl bibər
1 x.q. tomat pastası
1 ç.q bibər pastası
2 stəkan su
3 x.q. zeytun yağı
Duz, istiot

Bəyəndisi üçün:👌

4-5 ədəd orta boy badımcan
1.5 st. süd
1.5 x.q. un
2 x.q. kərə yağı
0.5 st. sürtgəcdən keçirilmiş holland pendiri
Duz
İstiot

Hazırlanması:👌
1. Badımcanlar çəngəl ilə bir neçə yerdən deşilib sobada 200 dərəcədə 30 dəqiqə bişirilir. Soyuduqdan sonra qabığı soyulur.
2. Tavaya zeytun yağı əlavə olunur, ətlər quşbaşı doöranır, 5-10 dəqiqə qızardılır. Daha sonra üzərinə xırda doğranmış soğan, bibər əlavə edilir.
3. Bir qədər bişdikdən sonra tomat və bibər pastası, xırda kub formada doğranmış pomidor əlavə olunur, qarışdırılır. Sarımsaq əzilib qatılır.
4. Üzərinə su əlavə edilir, duz, istiot vurulur və az odda ətlər yumşalana və suyu çəkilənə qədər bişirilir.
❤7👍2🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
*Xırt-xırt Toyuq Resepti*☺️

*✅ İnqredientlər:⤵️*
✅ * 2 ədəd toyuq sinə əti (uzun-uzun doğranmış)
✅ Marinad:
✅ * 1 stəkan (100 ml) süd
✅ * 1 ədəd yumurta
✅ * 1 ç.q duz
✅ * 1 ç.q qara istiot
✅ * 1 ç.q pul bibər
✅ * Yarım ç.q qırmızı istiot
✅ * Yarım ç.q sarımsaq tozu
✅ Pane üçün:
✅ * 1 stəkan un
✅ * 1/2 stəkan qarğıdalı nişastası (xırt-xırtı daha güclü edir)
✅ * 1 ç.q paprika
✅ * 1 ç.q pul bibər
✅ * 1/2 ç.q sarımsaq tozu
✅ * 1 ç.q duz

Hazırlanması video izah😊

https://t.me/lezzetlimutfakA
❤9👍3🔥3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şokalad bombası 🍫😇

✅ Krem üçün:➡️

✅ 2 stəkan süd 🥛
✅ Yarım stəkan şəkər tozu 🍚
✅ 3 xörək qaşığı un 🥄
✅ 3 xörək qaşığı kakao 🍫
✅ 50 qr kərə yağı 🧈
✅ Biskvit üçün:
✅ 4 ədəd yumurta 🥚
✅ 1 stəkan şəkər tozu 🍚
✅ 1 paket vanilin 🌸
✅ 1 stəkan duru yağ 🥄
✅ 1 stəkan süd 🥛
✅ 1 stəkan un 🥄
✅ 3 xörək qaşığı kakao 🍫
✅ 1 paket qabartma tozu ✨
✅ Bu desert şokolad sevənlər üçün əsl möhtəşəm seçimdir 🤤

✅ Mütləq sınayın 😇

✅ Sevdiklərinizlə bölüşün ☺️

https://t.me/lezzetlimutfakA
❤11👍5🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍎😍 Almalı Peçenye – Forma verməkdə çətinlik çəkənlər üçün ən asan üsul!
Çayın yanında ağızda dağılan, ətri ilə hər kəsi valeh edən möhtəşəm peçenye. ☕❤️
📌 Lazım olacaq ərzaqlar:
🔸 120 qr kərə yağı (otaq temperaturunda)
🔸 1 ədəd yumurta
🔸 1 çay stəkanı şəkər pudrası
🔸 1 çay stəkanı nişasta
🔸 Yarım çay stəkanı duru yağ
🔸 3 x.q. qatıq
🔸 1 ç.q. qabartma tozu
🔸 1 paket vanilin
🔸 3 stəkan un
🍏 İçlik üçün: 🔸 4 ədəd alma
🔸 5 x.q. şəkər tozu
🔸 Darçın
🔸 İstəyə görə qoz
✨ Hazırlanması:
Almaları rəndələyib şəkərlə birlikdə suyunu çəkənə qədər bişirin, darçın və qoz əlavə edib soyudun. Xəmiri hazırlayıb iki hissəyə bölün, yayın, içliyi əlavə edib rulet formasında bükün. Dilimləyib 170°C sobada qızılı rəng alana qədər bişirin. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.

Hazırlayacaq hər kəsə nuş olsun!🥰

https://t.me/lezzetlimutfakA
❤5👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kəsmik dolgulu piroq 👌

✍ Xəmir üçün
⚡️ 150 qr kərə yağı
⚡️ 50 qr xama
⚡️ 1 ədəd yumurta
⚡️ 5 yemək qaşığı şəkər tozu
⚡️ 1 paket vanil
⚡️ 1 paket qabartma tozu
⚡️ 300-350 qr un
---------------------------------------------
✍ İçlik üçün
⚡️ 200 qr kəsmik
⚡️ 1 ədəd yumurta sarısı
⚡️ 2 yemək qaşığı şəkər tozu
⚡️ 1 yemək qaşığı qarğıdalı nişastası
⚡️ 1 paket vanil
⚡️ Ərik və ya şaftalı 🍑
-----------------------------------------
📌 İçliyi hazırlayana qədər xəmiri soyuducuda saxlayın.
📌 Öncədən qızdırılmış sobada 180 © 30-35 dəqiqə bişirin.
Hazırlayan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsti havalarda edə biləcəyiniz ən yaxşı şorba. Həm çox doyurucu, həm də dadlıdır.😍

Soyuq şorba (Ayran peyvəndi şorbası)

4 stəkan qatıq
1 stəkan su

1 stəkan qaynadılmış yarma (buğda)
1 çay stəkanı qaynadılmış yaşıl mərcimək
1 -1,5 çay stəkan qaynadılmış noxud
1 xörək qaşığı duz
bir qədər təzə şüyüd (doğranmış)
bir budaq təzə nanə (incə doğranmış)
3 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı quru nanə
buz kubları

Qatıq, su, qaynadılmış paxlalılar, duz, nanə və şüyüd. Hamısını bir qabda qarışdırın. Zeytun yağını tavada qızdırın, qurudulmuş nanəni əlavə edin və qızdırın, çox yandırmadan soyudun. Şorbaya əlavə edib qarışdırın. İstəyirsinizsə 1 stəkan buz əlavə edib, mənim kimi buz kimi dadına baxa bilərsiniz. ✨


Duz və suyu zövqünüzə uyğun balanslaşdırın. Quru nanə də yağda yandırmadan əlavə edə bilərsiniz.


Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤2👍2
"Toyuqlu pizza"👩‍🍳

Xəmir üçün🍕
2 stəkan un
0,5 x,q maya
2 x,q zeytun yağı
1 ç.q duz
Apardığı qədər ilıq su

Üzəri üçün👩‍🍳
200 qr toyuq filesi
1 ədəd pomidor
1 ədəd bibər
100 qr qara zeytun
200 qr mozzarella pendiri
Duz, istiot

Sousu üçün
1 x,q pomidor tomatı
1 x,q ketçup
1 x,q zeytun yağı
1 ədəd (diş) sarımsaq
1 ç.q oregano
Bir qədər ilıq su
Duz, istiot, pulbibər

Hazırlanma qaydası👩‍🍳
İlk öncə xəmiri yoğurub, mayalandırırıq. Mayalanmış xəmiri sobanın listinə nazik bir şəkildə yayırıq. Hazırladığımız sousu üzərinə çəkirik. Bişirilmiş və doğranılmış toyuq filesi və tərəvəzləri sırası ilə düzürük. Duz, istiot səpib, sobada 200'C də 15 dəqiqə bişiririk. Sobadan çıxararkən isti-isti süzgəcdən keçirilmiş pendiri pizzamızın üzərinə səpirik.
Nuş olsun!
🌸

https://t.me/lezzetlimutfakA
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍫😍 *Şokoladlı Biskvitli Kuplarda Şirniyyat* – Hazırlaması çox asan, dadı isə möhtəşəm! 🤤
Çay süfrələriniz üçün yüngül və ləzzətli desert! ❤️
📌 *Lazım olacaq ərzaqlar:*
🥣 Kremi üçün: 🔸 1 litr süd
🔸 1 yumurta sarısı
🔸 1 stəkan şəkər tozu
🔸 3 dolu x.q. un
🔸 2 dolu x.q. nişasta
🔸 1 ç.q. kərə yağı
🔸 1 paket vanilin
🔸 Yarım paket qaymaq
🍪 Arası üçün: 🔸 Cici Bebe və ya Burçak peçenyesi
🍫 Şokoladlı sous üçün: 🔸 1 paket qaymaq
🔸 80 qr südlü şokolad
✨ *Hazırlanması* :
Bütün hazırlanma mərhələləri videoda ətraflı göstərilib.

*Hazırlayacaq olan hər kəsə nuş olsun! ❤️*

https://t.me/lezzetlimutfakA
❤5👍1🔥1
🥔 Türk mətbəxindən
Kartoflu siqara börəyi

🥗Tərkibi:
4 ədəd lavaş
duru yağ (qızartmaq üçün)

🫕İçlik üçün:
3 ədəd orta boy kartof
1 ədəd kiçik boy quru soğan
1 şaxə cəfəri
istiot
qırmızı istiot
duz

🌭Hazırlanması:
Soğanları doğrayın, kartofları sürtgəcdən keçirin. Soğanları duru yağla birlikdə tavaya qoyun və çəhrayiləşənə qədər qovurun. Üstünə kartofları əlavə edin. İstiotları və duzu əlavə edərək 2-3 dəqiqə qovurun. Qazın üstündən götürdüyünüz kartoflara doğradığınız cəfərini əlavə edərək qarışdırın. İçlik soyuyarkən, lavaşları üst-üstə qoyun və üçbucaq formasında parçalara ayırın.Lavaşların geniş hissəsinə içlikdən qoyun. Kənarlarını içəri qatlayaraq rulet formasında sarıyın. Lavaşın nazik ucuna su çəkib lavaşı yapışdırın. Bütün lavaşları sarıdıqdan sonra isti yağda qızardın. Qaba kağız dəsmal yerləşdirin. Qızarmış börəkləri üzərinə qoyun, biraz gözlədikdən sonra servis edin.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️


https://t.me/lezzetlimutfakA
❤3
“Düşbərə”

Xəmir üçün⬇️
Un
İlıq su
Duz

İçlik üçün⬇️
Çəkilmiş mal əti və ya qoyun əti
Soğan
Duz, istiot

Suyu üçün⬇️
Sarıkök
Kərə yağı
Su və ya bulyon
Duz

Üzəri üçün⬇️
Quru nanə və ya şüyüd

Hazırlanma qaydası⬇️
Əvvəlcə xəmir yoğrulur. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın. Xəmir nazik şəkildə yayılır. Kvadrat formasında kəsilir. Hər kvadratın ortasına bir çimdik iç qoyub, bükürük. Unlayıb, kənara qoyuruq. Düşbərənin suyunu hazırlayın. Qazana yağ və sarıkök əlavə olunur. Qovrulduqdan sonra bulyon tökülür, duz atılır. Qaynamağa qoyulur. Qaynayan suya düşbərələri əlavə edib, 7-10 dəqiqə ərzində bişiririk. Hazır düşbərəni kasalara qoyub, üstünə zövqə görə doğranılmış şüyüd, ya da quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin.
Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️


https://t.me/lezzetlimutfakA
❤3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sobada üç bacı dolması..

5 ədəd bibər 🫑🫑🫑🫑🫑
5 ədəd pomidor🍅🍅🍅🍅🍅
4 ədəd badımcan 🍆🍆🍆🍆
Qızartmaq üçün duru yağ

[Ərzaqları ailə üzvlərinizin sayına görə artırıb azalda bilərsiniz.]

500qr- qiymə
2 ədəd soğan
2x.q kərə yağı ( əti qovurmaq üçün)
reyhan (zövqə görə)

Badımcanların acı suyunu çıxarın sonra duru yağda qızardın. Bibərləri də qızardın. Pomidorların içini də çıxarıb əti qovuranda üzərinə əlavə edib qovura bilərsiniz. Ət qovrulduqdan sonra tərəvəzləri doldurub soba listinə yığıb biraz su, biraz da kərə yağı əlavə edib sobada bişirin.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤4👍3🔥1
Media is too big
VIEW IN TELEGRAM
Bu reseptlə çox dadlı Ekler hazırlaya bilərsiniz 😋

Lazım olan ərzaqlar👩‍🍳
0,5-stəkan süd
0,5-stəkan su
1x.q-şəkər tozu
100qr-kərə yağı
3-yumurta(balaca olarsa dörd)
150qr-un(stəkanın başından biraz aşağı)

Hazırlanma qaydası👩‍🍳
Qazana südü, suyu,şəkər tozunu və yağı əlavə edib qazın üzərinə qoyun ara-ara qarışdırın yağ ərisin (qaynamasın).Sonra unu əlavə edib qarışdırın. Dayanmadan qarışdırmaq lazımdır. İki-üç dəqiqə bişirin. Videoda gördüyünüz kimi xəmir toparlandıqda qazın üzərindən götürün. Başqa bir qaba əlavə edin biraz soyusun.
Sonra tək-tək yumurta əlavə edib qarışdırın.
Məndə üç yumurta getdi. Əgər yumurta balaca olarsa dörd ədəd də ola bilər. Hazırladığınız xəmiri krem torbasına tökün.
Yağlı kağız sərilmiş soba listinə aralı olaraq yığın.
Əvvəlcədən sobanı 180°də isidin 30-35 dəqiqə bişirin. Bişənə kimi sobanı açmayın. Üzəri tam qızarmalıdır.
Soyuduqdan sonra krem ilə doldurun.
İstədiyiniz kremden istifadə edə bilərsiniz.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤6
Toyuqlu bükmə🥟 🥟🥟

Lazım olan ərzaqlar:
Toyuq filesi-250 qr
Xama-3 x/q
Keşniş
Şüyüd
Duz
İstiot
Lavaş
Süd-60 ml
Yumurta-1 ədəd
Duru yağ-50ml

Hazırlanma qaydası:👩‍🍳
Toyuğun filesini suda bişirirk,duz,istiot vururuq.Sonra didirik,içinə biraz keşniş,şüyüd,xama vurub qarışdırırıq. Sonra südü, yağı, yumurtanı bir qabda çalırıq.Lavaşları üçkünc kəsirik. Əvvəl birinci lavaşı fırça ilə bu qarışımla isladırıq üzərinə ikinci lavaşı qoyuruq və toyuq ətini əlavə edib bükürük. Qazanda bol duru yağda qızardırıq.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️


https://t.me/lezzetlimutfakA
❤7👍2
🥧Şokoladlı,qozlu,limonlu keks🥧

Lazım olan ərzaqlar:
4 yumurta
1 st şəkər tozu
1 st qatıq
1 st duru yağ
2 paket qabartma tozu
1 paket vanel
Yarım limonun suyu
1 st un
zövqə görə qoz,kişmiş və s.

Hazrlanması qaydası:
Əvvəl yumurtadan başlayaraq un və qabartmadan başqa, hamısını əlavə edib mikserlə qarışdırın.Un və qabartma tozunu əlavə edib qaşıqla qarışdırın. Bişirəcəyiniz qabı yağlıyıb, xəmiri əlavə edin. 180 °də 20-25 dəq. bişirin.Üzərini istəyə görə bəzəyib servis edə bilərsiniz.

Hazrlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤3
Lahmacunu evdə özünüz bişirin👌

Ərzaqlar:✍
- 7-8 ədəd lavaş
- 300 qram az yağlı qiymə
- 3 ədəd rəndələnmiş pomidor
- 2 ədəd yaşıl bibər
- 1 ədəd quru soğan
- 1/3 dəstə cəfəri
- Yarım stəkan duru yağ
- Duz, qara bibər, pul bibər, razyana, yarım qaşıq bibər tomatı

Hazırlanma qaydası:✍
1. Cəfəri, soğan və bibəri nazik doğrayın. Digər ərzaqlarla birlikdə qarışdırın.
2. Hazırlanan içliyi lavaşların üstünə yayın.
3. 200°C dərəcədə əvvəldən qızdırılmış sobada bişirin.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤3
Milli mətbəximizdən yarpaq dolmasının hazırlanması.

Lazım olan ərzaqlar:
500 qram çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd çəkilmiş soğan
½ stəkan yumru düyü
½ stəkan xırda doğranmış keşniş
½ stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış nanə
1 çay qaşığı duz
¼ çay qaşığı və yaxud zövqə görə istiot
Təxminən 80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı kərə yağı

Hazırlanması:

Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.

Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə (təxminən 10 ədəd olmaq şərtilə) qaynayan suda təxminən 1 dəqiqə və yaxud da yarpağın sərtliyinə görə daha az/çox tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıca süzün və bükün.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🤗

https://t.me/lezzetlimutfakA
😍3❤2