🥘𝐿𝐸𝑍𝑍𝐸𝑇𝐿𝐼 𝑀𝐸𝑇𝐵𝐸𝑋👩🏻‍🍳
7.45K subscribers
1.39K photos
1.46K videos
144 links
Yemək reseptləri🍲
Şirniyyatlar🥐
Tort reseptləri 🎂
Salatlar🥗
Bir sözlə yeməyə dair hərşey😋❤️
Ödənişli reklam üçün; @alone_in_the_dark2
Download Telegram
QARABAĞ KƏTƏSİ RESEPTİ..

_ kərə yağı 150 qr
_ un 5 st
_ yumurta 3 ədəd
_ şəkər tozu ½ st
_maya 1 ç.q
_ duz 1ç.q
_ sarıkök azacıq
_ vanil 1 paket
_ süd aparana qədər

İçlik üçün
_ 150 qr kərə yağı
_ 2 st un
_ 130 qr şəkər tozu
_ 1 paket vanil

Hazırlanması :
Süd dərin qaba tökülür üzərinə maya əlavə olunur biraz qalıb aktivləşir. Undan başqa bütün ərzaqlar əlavə olunub qarışdırılır. Sonda un ələnib əlavə olunur, xəmir yoğrulur. Xəmirin üzərini örtürük 2 saat qalıb acıyır. Acıdıqdan sonra kündələrə ayırırıq 15 dəiqə qalıb mayalanır. Sonra əlimizlə 1sm qalınlığında açıb ortasına iclik qoyub büküb yastılayırıq. (bükdüyümüz tərəfi alt hissəsidir) Yağlanmış listə düzüb 20 dəqiqə listdə mayalandırırıq. Üzərinə yumurta sarısı çəkib çəngəllə naxış vururuq . 180 dərəcədə 25 dəqiqə qızaranadək bişiririk.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤3👍2
*Qızartma badımcan salatı*

Lazım olan ərzaqlar:
1 kq badımcan
200 qr toyuq əti
50 qr qoz ləpəsi
1 dəstə keşniş
200 qr mayonez
İstiot
Duru yağ (badımcanları qızartmaq üçün)

(Toyuq əti duzlu suda bişdiyi üçün və mayonez duzlu olduğu üçün duz vurmağa ehtiyac duymuram,siz istəsəniz azca vura bilərsiniz)

Badımcanların qabığı soyulub lay-lay doğranılır və yağda hər iki tərəfi qızardılır. Qızarmış badımcanlar yağının çəkilməsi üçün salfet üzərinə yığılır. Toyuq əti duzlu suda bişirilib doğranılır.Qoz ləpəsi və keşniş xırda doğranılır. Mayonez bir dəfəlik krem torbasına yığılır. Qızarmış badımcanlar hissələrə kəsilir (bir lay 3 hissəyə) və badımcanların bir hissəsi qaba yığılıb üzərinə mayonez sıxılır. Sonra isə qalan ərzaqlar da bu qayda ilə aralarına mayonez sıxılaraq bir-birinin üzərinə qat-qat düzülür.

Hazırlayacaq olan hər kəsə nuş olsun
🥰

https://t.me/lezzetlimutfakA
❤5
Toyuq ətli və tərəvəzli plov

Ərzaqlar 📝
1 kq toyuq
1 baş soğan
1 ədəd kök
1 ədəd bolqar bibəri
1 ədəd pomidor
200 q konservləşdirilmiş qarğıdalı
200 q dondurulmuş yaşıl noxud
1 diş sarımsaq
1 stəkan düyü
2 stəkan su
Duz, istiot, ədviyyatlar
Qızartmaq üçün yağ

Hazırlanması:
1. Toyuq hissələrə bölünür. Duz, istiot, ədviyyatlar vurulur. Yağda qızardılır. Kənara qoyulur.
2. Tavaya yağ əlavə olunub xırda doğranmış soğan şəffaflaşana qədər bişirilir. Bir diş sarımsaq əzilib əlavə olunur.
3. Üzərinə xırda doğranmış bibər, sürtgəcdən keçirilmiş kök əlavə olunub qovrulur.
4. Pomidor kub formada doğranıb bura əlavə edilir, 5 dəqiqə daha bişirilir.
5. Düyü yuyulub tərəvəzlərin üzərinə əlavə olunur və su tökülüb duz vurulur. Qapağı bağlı şəkildə 30 dəqiqə suyu çəkilənə qədər bişirilir.
6. Düyünün bişməyinə 10 dəqiqə qalmış yaşıl noxud, qarğıdalı əlavə olunub qarışdırılır.
7. Qızardılmış toyuqlar da düyünün üzərinə yığılır və qapağı bağlı şəkildə 10 dəqiqə az odda bişirilir.

Nuş olsun
🥰

https://t.me/lezzetlimutfakA
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fərqli qarışıq salat 👌
📍Əgər istəsəniz soğan və ya kolbasa istifadə etməyin👩‍🍳

Tərkibi:
2 əd soğan (orta)
4 ədəd qaynadılmış yumurta
150 q qaynadılmış mal əti
2 ədəd bolqar bibəri
150 q kolbasa
mayonez
duz, qara bibər

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️ Ürək bulkası ❤️

Tərkibi 📝
➖ Süd 250 ml (ilıq)
➖Şəkər 100 qram
➖7 qram maya
➖Yumşaq kərə yağı 50 qr
➖1 yumurta
➖ Un 450-500 qr


📌 Bütün inqrediyentləri qarışdırın, 15 dəqiqə isti yerdə saxlayın.
📌 Sonra kərə yağı, yumurta, unu əlavə edib xəmir yoğururuq. 1-1,5 saat istidə mayalandırırıq.
📌 Sonra 10 bərabər hissəyə bölürük, oval formada biraz yayıb bitki yağı ilə yağlayırıq, üzərinə şəkər tozu səpirik. Daha sonra rulo formasında yuvarlayırıq və videoda göstərildiyi kimi kəsik açırıq.
📌 Sonra üzərini dəsmal ilə örtürük, 15 dəqiqə çörəklərimiz biraz qabarana qədər gözləyirik, sonra yumurta ilə yağlayıb 180-200°də isidilmiş sobada bişiririk.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
👍4❤3
Bananlı puding😍

Ərzaqlar📝
1 litr süd
1 x.q nişasta
1 x.q un
3 x.q kakao
0,5 st pesoq
50 qr kərə yağı
3 ədəd banan
1 paket vanil

Bişirəcəyimiz qazana süd, pesoq, nişasta, un və kakao əlavə edilir. Nişasta, un və kakao süzgəcdən keçirilməlidir ki, topacıqlar parçalansın. Çırpıcı ilə yaxşıca qarışdırılıb qaza qoyulur və əlimizi dayandırmadan qaynayana kimi qarışdırmağa davam edilir. Qaynamağa başlayanda qaz vam oda endirilir. Bananların qabıqları soyulur və blenderlə əzilib püre halına gətirilir. Qaynayan qarışımın içərisinə əzilmiş banan, yağ və vanil əlavə edilib 3-4 dəqiqə qarışdıraraq bişirilir. Kənarda təxminən 10 dəqiqə qalmalıdır ki, ilıq hala gəlsin. Bu müddətdə hərdən qarışdırmaq lazımdır ki, üzəri qaysaqlamasın. İlıq hala gəldikdə qablara tökülür.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤5
Urfa kababının hazırlanma qaydası

Lazım olan ərzaqlar:
500 q yağsız qiymə
1 ədəd baş soğan
1 ədəd qırmızı bibər
1 diş sarımsaq
1 yemək qaşığı pomidor tomatı
1 yemək qaşığı kərə yağı
Duz, istiot

Hazırlanması:
Soğan, sarımsaq və qırmızı bibəri blenderdən keçirin. Qiymə, duz, qara istiot, tomat və soğanı qarışdırıb yaxşıca yoğurun. Qiyməli qarışığın içərisinə xırda doğranmış kərə yağını əlavə edib yoğurun. Qiyməni şişlərə keçirib 230°də öncədən qızdırılmış sobada qızarana qədər bişirin.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤4
KOJİK HALQALARI

Resepti📝
200 qr kərə yağı (otaq tempraturunda )
150 qr şəkər tozu
1 p vanil
1 ədəd yumurta
duz (bir çimdik )
1 paket qabartma tozu
380 qr un

Üzərinə üçün:
1ədəd yumurta ağı
100 qr yer fıstığı və ya qovrulmuş fındıq qırıntıları

Hazırlanması :
Otaq tempraturunda olan kərə yağını dərin qaba əlavə edib üzərinə şəkər tozu, vanil əlavə edib qarışdırırıq. Şəkər tozu əridikdən sonra üzərinə yumurta və duz əlavə edib təkrar qarışdırırıq. Sonda qabartma tozu və unu ələkdən keçirib əlimizlə yumşaq xəmir yoğururuq. Yumşaq və yağlı xəmir alınır. Pinqivin kloka xəmiri qoyub 10 dəqiqə soyuducuda saxlayırıq yağlı xəmir olduğu üçün biraz özünü tutsun.
Xəmiri iki yerə bölüb yayırıq xəmir kəsən forma ilə kəsirik. Orta hissəsini krem ucluğunu xəmirin üzərinə batırıb kəsə bilərsiniz. Kojiklərin üzərinə fırça ilə yumurta ağı çəkib fındıq qırıntıları səpirik. Yağlı kağız sərilmiş soba listinə düzüb öncədən qızdırılmış sobada 180 °də 15 dəqiqə üzəri saralanadək bişiririk.

Nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤4
Mini pizza 😋

Lazım olan ərzaqlar:
2st. ilıq süd
yarım st. duru yağ
1 ç/q maya
1 x/q pesok
1 ç/q duz
2 yumurtanın ağı xəmir üçün, sarısı üzəri üçün
6 stəkana yaxın un

Üstü üçün:
pomidor, holland pendiri, bibər, sosiska (kalbasa da olar), zeytun.

Hazırlanması:
Bir qaba südü, pesoku və mayanı töküb qarışdırırıq. Sonra yağ, duz, yumurta ağı və unu yavaş-yavaş əlavə edib yumşaq ələ yapışmayan xəmir yoğurub 1 saat mayalandırırıq. Sonra xəmiri kiçik kündələrə ayırıb aralı-aralı listə yığırıq. 30 dəqiqə bu vəziyyətdə saxlanılır. Üzərinə yumurta sarısı çəkilir və doğranmış pomidor, bibər, holland pendiri, sosiska (və ya kolbasa) və zeytunu düzüb əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada üzü qızarana qədər bişirilir.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤6
Kəsmikli piroq

Ərzaqlar 📝
4 ədəd yumurta
1st şəkər tozu (xrustal st )
200 qr kəsmik
1st bitki yağı
1 paket qabartma
1 paket vanil
2 st un


Üzərinə düzmək üçün mövsümə uyğun sevdiyiniz meyvələrdən hazırlayın.

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə ağaranadək mikserlə qarışdırırıq. Üzərinə kəsmik əlavə edib təkrar yüksək sürətlə mikserlə qarışdırırıq içərisində düyünlər qalmasın. Daha sonra bitki yağı və vanili əlavə edib qarışdırırıq. Sonda un qabartma tozu ilə qarışdırılır və ələkdən keçirib duru xəmirin üzərinə töküb qarışdırırıq. Yağlanmış kek qəlibinə töküb üzərinə doğranmış meyvə dilimləri düzüb öncədən isidilmiş sobada 180 °də üzəri qızaranadək bişiririk.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤5
Tərəvəzli toyuq salatı 👌

Tərkibi 📝
4 ədəd rəngli bibərlər
4 ədəd kök ( bişmiş )
250 qr toyuq sinə əti (bişmiş)
2 ədəd kartof (bişmiş)
350 qr qarğıdalı (konservant )
4-5 yarpaq kahı
mayonez
duz, istiot


Hazırlanması :
Rəngli bibərlər yuyulur suyu çəkildikdən sonra şəkildə olduğu kimi uzunsov şəkildə doğranır.
Bişmiş kök doğranır, file soyuduqdan sonra didilir, bişmiş kartof kub şəklində doğranır üzərinə qarğıdalı əlavə edib doğranmış kahını da əlavə edirik. Sonda duz, istiot, mayonez vurulub qarışdırılır. Tərəvəzlər duz vurulduqdan sonra su saldığı üçün mayonez az əlavə edin. Salatımız  hazırdır
. 😋

Nuş olsun ❤️


https://t.me/lezzetlimutfakA
❤4👍2🔥1
SNİKERS TORTU 🍰

Biskivit: qabın ölçüsü 30sm
10 yumurta
2st şəkər tozu
2st un
2 qabartma tozu
2 vanil

Krem olaraq:
3st decor up qaymağı
1ədəd qatılaşdırılmış süd

Karamel:
1st şəkər tozu
1x/q kərə yağı
1st qaymaq və ya yağlı süd

Şokolad sosu üçün:
1.5st süd
1st şəkər tozu
2x/q kakao
1ç/q nişasta

Ara qatlar üçün qovrulmuş yer fındığı

👩🏻‍🍳Hazırlanması:

Biskiviti hazırlayıb 160°də 40 -45 dəqiqə bişiririk. Soyuduqdan sonra 2 və ya 3 yerə bölüb arasını kremləyirik. Yer fındığı səpib üstündən karamel, şokalad sosu gəzdirib tortumuzu bu ardıcıllıqla yığırıq. Üst bəzəyini zövqə görə necə istəyirsiniz o cür edə bilərsiniz.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰


https://t.me/lezzetlimutfakA
❤4
Şokoladlı Blinçik Tortu 😋

Tərkibi:
Blinçiklər üçün:
250 ml süd
6 xörək qaşığı un
2 xörək qaşığı şəkər tozu
1 ədəd yumurta
1 xörək qaşığı bitki yağı

Krem üçün:
250 qr kəsmik
150 ml 33%-lik qaymaq
1/2 stəkan şəkər tozu
2 çay qaşığı vanil
50 qr südlü şokolad


Üzəri üçün:
150 qr südlü şokolad
2 xörək qaşığı 33% -lik qaymaq
1 ovuc qovrulmuş fındıq


https://t.me/lezzetlimutfakA
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
*BADAMLI ULDUZ PEÇENYƏ*

Ərzaqlar :
100 q soyuq kərə yağı
⅔ stəkan şəkər pudrası
1 yumurta
Bir çimdik qabartma tozu
Bir çimdik duz
2 stəkan un
Limon qabığı (istəyə görə)
Badam
Bəzəmək üçün şokolad


Hazırlanması:
Un və badamdan başqa bütün ərzaqları qarışdırın. Unu əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. Üzərini örtüb 30 dəqiqə soyuducuda saxlayın.
Xəmiri yağlı kağız arasında təxminən 0,5 sm qalınlığında yayın və ulduz formasında kəsin. Ulduzun bir ucuna badam qoyub videodakı kimi bükün.
175°C-də 8–10 dəqiqə üzəri çox qızarmadan bişirin. Soyuduqdan sonra əridilmiş şokoladla göz və ağız formasında bəzəyin.


Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤4😍1🤗1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
MƏRCİMƏKLİ KÖFTƏ

Lazım olan ərzaqlar:
1 st qırmızı mərcimək
1,5 st incə köftəlik bulgur
1 baş quru soğan
1 dəstə cəfəri
2-3 x.q duru yağ
1 dəstə təzə soğan
2 x.q tomat pastası
3 st su
duz
cirə
pul bibər
istiot

Hazırlanması:
Əvvəlcə mərcimək qazanda 3 st su ilə qaynadılır. Altı söndürülüb bulqur əlavə edilir. Qazanın ağzı qapalı dinlənməyə buraxılır.
Bir tavaya doğradığımız quru soğan ve duru yağı töküb qovururuq ardından tomat pastası əlavə edilir.
Soyuyan mərcimək ve bulgur qarışımına soğanlı tomatlı sos, ədviyyat və duz əlavə edilir.
Yaxşıca yoğurduqdan sonra kiçik-kiçik doğradığımız soğanlar və cəfəri, yarım limonun suyu əlavə edilib yoğrulur.
Dilədiyiniz kimi forma verə bilərsiniz.


Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ZOĞALLI POMİDOR SALATI

Pomidorla zoğal turşusunu bir arada yoxlamamısınızsa, bu reseptə mütləq şans verin!🤗

Lazım olan ərzaqlar:
2 ədəd pomidor
1 dəstə reyhan
1 ədəd qırmızı soğan
Duz
Toz şirin bibər
Sumax
3 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı zoğal turşusu


Hazırlanması:
Pomidorları və qırmızı soğanı doğrayın. Üzərinə xırda doğranmış reyhanı əlavə edin. Duz, şirin toz bibər, sumax, zeytun yağı və zoğal turşusunu əlavə edib yaxşıca qarışdırın.

Hazırlayacaq olan hər kəsə nuş olsun! ❤️

https://t.me/lezzetlimutfakA
❤4👍2
 Belçika vaflisi

yumurta 2 ədəd
süd 350ml
şəkər tozu 90q
ərinmiş kərə yağı 200q
duz 0,5çay qaşığı
qabartma tozu 10q
vanil 10q
un 240q

Hazırlanması:
İlk əvvəl yumurtanın ağıyla sarısını ayırırıq. Ağına duzu elave edərək mikserin köməyi ilə ağaranadək çırpıb kənara qoyuruq. Başqa bir qabda yumurta sarısı, süd, kərə yağı, şəkər tozu, qabartma tozu, vanil və un birlikdə çırpılır. Sonra üzərinə kənara hazırlayıb qoyduğumuz yumurtanın ağı yavaş-yavaş əlavə edilir və spatulanın köməyi ilə qarışdırılır. Üzəri örtülərək 20 dəqiqə dinləndirilir. Vaxtın tamamında xüsusi vafıls aparatına yaxud vafıls tavasına çömçənin köməyi ilə əlavə edilir və üzəri qızaranadək bişirilir. İsti-isti süfrəyə verilir. Zövqünüzə uyğun olaraq şokolad sousu, dondurma və yaxud meyvə sousları ilə süfrəyə verə bilərsiniz.

Hazırlayacaq olan hər kəsə nuş olsun! ❤️

https://t.me/lezzetlimutfakA
❤4👍3