🥘𝐿𝐸𝑍𝑍𝐸𝑇𝐿𝐼 𝑀𝐸𝑇𝐵𝐸𝑋👩🏻‍🍳
7.45K subscribers
1.39K photos
1.46K videos
144 links
Yemək reseptləri🍲
Şirniyyatlar🥐
Tort reseptləri 🎂
Salatlar🥗
Bir sözlə yeməyə dair hərşey😋❤️
Ödənişli reklam üçün; @alone_in_the_dark2
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
MƏRCİMƏKLİ KÖFTƏ

Lazım olan ərzaqlar:
1 st qırmızı mərcimək
1,5 st incə köftəlik bulgur
1 baş quru soğan
1 dəstə cəfəri
2-3 x.q duru yağ
1 dəstə təzə soğan
2 x.q tomat pastası
3 st su
duz
cirə
pul bibər
istiot

Hazırlanması:
Əvvəlcə mərcimək qazanda 3 st su ilə qaynadılır. Altı söndürülüb bulqur əlavə edilir. Qazanın ağzı qapalı dinlənməyə buraxılır.
Bir tavaya doğradığımız quru soğan ve duru yağı töküb qovururuq ardından tomat pastası əlavə edilir.
Soyuyan mərcimək ve bulgur qarışımına soğanlı tomatlı sos, ədviyyat və duz əlavə edilir.
Yaxşıca yoğurduqdan sonra kiçik-kiçik doğradığımız soğanlar və cəfəri, yarım limonun suyu əlavə edilib yoğrulur.
Dilədiyiniz kimi forma verə bilərsiniz.


Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ZOĞALLI POMİDOR SALATI

Pomidorla zoğal turşusunu bir arada yoxlamamısınızsa, bu reseptə mütləq şans verin!🤗

Lazım olan ərzaqlar:
2 ədəd pomidor
1 dəstə reyhan
1 ədəd qırmızı soğan
Duz
Toz şirin bibər
Sumax
3 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı zoğal turşusu


Hazırlanması:
Pomidorları və qırmızı soğanı doğrayın. Üzərinə xırda doğranmış reyhanı əlavə edin. Duz, şirin toz bibər, sumax, zeytun yağı və zoğal turşusunu əlavə edib yaxşıca qarışdırın.

Hazırlayacaq olan hər kəsə nuş olsun! ❤️

https://t.me/lezzetlimutfakA
❤4👍2
 Belçika vaflisi

yumurta 2 ədəd
süd 350ml
şəkər tozu 90q
ərinmiş kərə yağı 200q
duz 0,5çay qaşığı
qabartma tozu 10q
vanil 10q
un 240q

Hazırlanması:
İlk əvvəl yumurtanın ağıyla sarısını ayırırıq. Ağına duzu elave edərək mikserin köməyi ilə ağaranadək çırpıb kənara qoyuruq. Başqa bir qabda yumurta sarısı, süd, kərə yağı, şəkər tozu, qabartma tozu, vanil və un birlikdə çırpılır. Sonra üzərinə kənara hazırlayıb qoyduğumuz yumurtanın ağı yavaş-yavaş əlavə edilir və spatulanın köməyi ilə qarışdırılır. Üzəri örtülərək 20 dəqiqə dinləndirilir. Vaxtın tamamında xüsusi vafıls aparatına yaxud vafıls tavasına çömçənin köməyi ilə əlavə edilir və üzəri qızaranadək bişirilir. İsti-isti süfrəyə verilir. Zövqünüzə uyğun olaraq şokolad sousu, dondurma və yaxud meyvə sousları ilə süfrəyə verə bilərsiniz.

Hazırlayacaq olan hər kəsə nuş olsun! ❤️

https://t.me/lezzetlimutfakA
❤4👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍪 İNCİRLİ-QOZLU KURABİYƏ

İçlik üçün:
10 ədəd əncir
1 kasa qoz ləpəsi
Yarım çay stəkanı su

Xəmir üçün:
125 q kərə yağı
Yarım stəkan şəkər pudrası
Yarım çay stəkanı duru yağ
1 yumurta sarısı
Yarım paket qabartma tozu
1 paket vanilin
1 ç.q. sirkə
Apardığı qədər un

Hazırlanması:
Əncirləri doğrayıb üzərinə su əlavə edin və suyunu çəkənə qədər bişirin. Soyuduqdan sonra qozla birlikdə blenderdən keçirin.
Xəmir üçün bütün ərzaqları qarışdırıb yumşaq, ələ yapışmayan xəmir yoğurun. Portağal böyüklüyündə kündə götürüb paket arasında çox nazik olmayacaq şəkildə yayın. İçliyi üzərinə yerləşdirib bükün və təxminən 2 barmaq qalınlığında dilimləyin.
Dilimləri soba listinə düzün və əvvəlcədən isidilmiş 160°C sobada yüngül qızarana qədər bişirin. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤6🔥2
Cemli tartalet 😋

Tərkibi📝
100 qr şəkər
150 qr un
2 yumurta
2 x.q. qatıq
120 ml duru yağ
1 ç.q. vanil
1 ç.q. qabartma tozu
qatı cem (mən qaysı cemi istifadə etdim)

Hazırlanması:
1. Şəkər tozu ilə yumurtanı qarışdırın.
2. Un,qatıq,yağ,vanil,qabartma tozunu əlavə edib bir daha qarışdırın.
3.Tartalet və ya keks qablarını yağlayın və üzərinə un səpin.
4. Hər qaba 2 x.q. xəmir töküb üzərinə 2 ç.q. cem əlavə edin.
5.180 dərəcədə 15-20 dəq bişirin.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🤗


https://t.me/lezzetlimutfakA
❤5🔥2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vatruşka resepti! ✨

📝 Tərkibi:
✅ 1 stəkan ilıq süd
✅ 3 yemək qaşığı şəkər
✅ 1 paket quru maya
✅ 1 yumurta + 1 yumurta ağı (sarısı üzəri üçün)
✅ 440 qr un
✅ 40 qr kərə yağı


📝 İçlik üçün:
✅ 300 qr kəsmik
✅ 2 yemək qaşığı xama
✅ 50 qr şəkər
✅ 1 paket vanilin


📝 Üzəri üçün:
✅ 1 yumurta sarısı + 1 qaşıq süd

Hazırlayacaq olan hər kəsə nuş olsun! 🥰

Reaksiya verməyi unutmayın!
❤️

https://t.me/lezzetlimutfakA
❤3😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
*MAKARON SALATI* 😍

Hazırlamayanlara mütləq tövsiyə edirəm. Həm də uşaqlar çox sevəcək! ❤️

📝 *Lazım olan ərzaqlar:*
▫️ Makaron
▫️ Toyuq filesi
▫️ Qarğıdalı
▫️ Xiyar
▫️ Mayonez
▫️ Duz, istiot
▫️ Keşniş

👩🏻‍🍳 *Hazırlanması* :
Makaronu bişirib soyuduqdan sonra üzərinə bişmiş və doğranmış toyuq filesi, qarğıdalı, xiyar və keşniş əlavə edin. Mayonez, duz və istiot əlavə edib yaxşıca qarışdırın. 😋

📌 *Qeyd* : Ərzaqların ölçüsünü dəqiq qeyd etməmişəm. Videoda gördüyünüz kimi, hər birindən təxminən eyni qab ölçüsündə istifadə edə bilərsiniz. ❤️

*Hazırlayacaq olan hər kəsə nuş olsun!* 🤗

❤️ *Bəyəndinizsə, reaksiyanızı əsirgəməyin!* 🫶🏻

https://t.me/lezzetlimutfakA
❤5
Burger Çörəyi və Burger Kotletinin Resepti 🍔

Lazım olan ərzaqlar:📝

Çörək üçün:
500 q un
160 ml süd
2 ç.q. maya
2 ədəd yumurta
75 q kərə yağı
1.5 ç.q. şəkər tozu
1 dolu çay qaşığı duz

Kotlet üçün:
600 q mal ətindən farş
1 ədəd yumurta
2 x.q. suxari
1 x.q. duz
0.5 ç.q. istiot
0.5 ç.q. paprika
1 x.q. Dijon xardalı


Hazırlanması:👩‍🍳
1. Çörəklər üçün xəmir yoğrulur. Süd, şəkər tozu və maya qarışdırılıb maya köpürdülür (15-20 dəqiqə). İnstant maya istifadə edirsinizsə, birbaşa əlavə etmək olar, gözləməyə ehtiyac yoxdur.
2. Daha sonra südə yumurtalar və ərinmiş kərə yağı əlavə olunub qarışdırılır.
3. Una duz əlavə olunur və sulu məhlul əlavə olunaraq xəmir yoğrulur. Üzəri örtülüb, 2 saat isti yerdə mayalandırılır.
4. Xəmirdən kündələr ayrılır (9 kündə alınır) List yağlanıb kündələr düzülür. Üzəri örtülüb 20-25 dəqiqə yenə mayalandırılır. Üzərinə yumurta çəkilir, küncüt səpilir.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️


https://t.me/lezzetlimutfakA
❤2😍1
Media is too big
VIEW IN TELEGRAM
 Bu reseptlə hər kəs evdə lahmacun hazırlaya bilər. 👍

Lazım olan ərzaqlar:
1stəkan ilıq su
1stəkan ilıq süd
3x.q duru yağ
1x.q maya
1x.q şəkər tozu
1ç.q duz
Lazım olduğu qədər un

Bütün ərzaqları qarışdırın. Sonra az-az un əlave edib ələ yapışmayan xəmir yoğurun. Qoyun isti yerə xəmir gəlsin.

Üzəri üçün:
500qr qiymə
2 ədəd pomidor
2 ədəd bibər
1 dəstə cəfəri
1 böyük soğan
1x.q tomat pastası
5x.q duru yağ
Duz, istiot, qırmızı toz bibər

Tərəvəzləri yaxşıca xırdalayıb qiymənin üzərinə əlavə edin. Sonra tomat pastası, yağ və ədviyyatları da əlavə edib yaxşıca qarışdırın.
Xəmirdən kündələr hazırlayın. Kündələri nazik açıb üzərinə hazırladığınız qiymədən yaxşıca vurun.
200°də 4-5 dəqiqə bişirin. Altı qızardıqda sobadan çıxarıb üzərini dəsmal ilə örtün. Çox bişirsəniz quruyacaq.

📌 Bu reseptlə yumuşaq ve çox dadlı lahmacun alınır.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤4👍2😍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Krepin tərkibi 📝
500 ml Süd
3 yumurta
200 qr un
2 x.q. duru yağ
2 x.q. şəkər tozu
1 çimdik duz
22 sm tavada bişirsəniz təxminən 10-12 krep alınacaq

Hazırlanması 👩‍🍳
1.Yumurtanın üzərinə şəkər tozu və duz əlavə edib çənbərlə qarışdırın. Südün bir hissəsini əlavə edib eyni kütlə halına gələnə kimi qarışdırın.
2.Unu ələkdən keçirdin və kütlənin üzərinə əlavə edib qarışdırın. Yağı və südün qalan hissəsini də bitənə qədər hissə-hissə əlavə edib qarışdırın. Xəmir duru qaymağa bənzəməlidir.
3. Əgər krepin nazik olmasını istəyirsinizsə, xəmiri qaynar tavaya tökən kimi tavanı sağa-sola-yuxarı-aşağı edin ki, xəmir tavaya yayılsın.
4.Yaxşı qızmış tavaya 1 qaşıq duru yağ (adətən bu miqdarda yağ hamsını qızartmağa bəs edir) əlavə edib təxminən bir çömçə xəmir tökərək vam xodda hər iki tərəfini qızardın.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤8🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️❤️❤️
Ərzaqlar 📝
250 q istədiyiniz makaron
300 q toyuq filesi
1 dəstə ispanaq
1 dəstə cəfəri
100 q pendir
2 diş sarımsaq
200 ml qaymaq
3 x.q. zeytun yağı
duz
istiot


Hazırlanması:👩‍🍳
Qazanda su qaynadılıb duz əlavə olunur. Qaynar suya makaron əlavə edilib yumşalana qədər bişirilir. Suyu süzülür.
Toyuq filesi kub şəklində doğranıb zeytun yağında 7-8 dəqiqə bişirilir, sarımsaq əzilib əlavə olunur. Üzərinə ispanaq əlavə edilib qarışdırılır. Duz, istiot vurulur. Qaymaq da bura əlavə edilib qarışdırılır. Daha sonra süzülmüş makaronlar əlavə olunur. Sonda sürtkəcdən keçirilmiş pendir və xırda doğranmış cəfəri əlavə edilib qarışdırılır və süfrəyə təqdim olunur.

Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
*SOBADA LAVAŞLI QİYMƏ KABABI* 😍🤌🏻

Evdə lavaş və qiyməniz varsa, bu fərqli və dadlı resepti mütləq sınayın! 🔥

📝 Lazım olan ərzaqlar:
▫️ 500 q orta yağlı çəkilmiş mal əti
▫️ 2 ədəd rəndələnmiş soğan
▫️ Lavaş
▫️ Duz, istiot
▫️ Zövqə görə paprika

Üzəri üçün:
▫️ Bir az yağ
▫️ Paprika


👩🏻‍🍳 Hazırlanması:
Qiyməyə rəndələnmiş soğan, duz, istiot və paprikanı əlavə edib yaxşıca qarışdırın. Lavaşın üzərinə qiyməli qarışığı yayın və bükün.
Üzərinə yağ və paprika qarışığı çəkib 180°C-də əvvəlcədən isidilmiş sobada 20–25 dəqiqə nəzarət edərək bişirin. 😋


Üzəri üçün sous:
Pomidor sousu, ketçup və ya
▫️ 2 x.q. tomat pastası
▫️ 2 x.q. günəbaxan yağı
▫️ 1 ç.q. duz
▫️ Yarım çay stəkanı su
qarışdırılıb bişmiş kababın üzərinə çəkilə bilər.
🌿 Yanında soğan və cəfəri ilə servis etsəniz, dadı daha da möhtəşəm olacaq! 🤤


Hazırlayacaq olan hər kəsə nuş olsun!❤️

*Reaksiyanızı qoymağı və resepti paylaşmağı unutmayın ki, belə fərqli və dadlı reseptlərlə davam edək* ! 🫶🏻

https://t.me/lezzetlimutfakA
❤3😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Özbək Aşı ( Plovu)😊

Lazım olan ərzaqlar:📝
500 q mal əti
1 ədəd böyük soğan
3 ədəd kök
2 stəkan düyü
100 q kərə yağı
1 x.q. zirinc
1 x.q. cirə
Duz, istiot
1 ədəd sarımsaq


Hazırlanması:👩‍🍳
1. Soğan yarım halqa şəklində doğranıb yağda bir qədər qovrulur. Ət doğranıb əlavə olunur (gec bişən ətdirsə, əvvəlcədən qaynatmağınız məsləhətdir)
2. Kök uzun, nazik doğranıb əlavə olunur və qarışdırılır. Üzərinə ədviyyatlar və yarım stəkan su əlavə olunub qapağı bağlı şəkildə 10 dəqiqə bişirilir.
3. Düyü yuyulub qazana əlavə olunur, üzərindən su və duz, lazım olarsa, bir qədər də yağ əlavə olunur. Bir bütöv sarımsaq yuyulub qabıqlı şəkildə düyünün üzərindən qoyulur. Qapağı örtülərək suyu çəkilənə qədər bişirilir.


Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰

https://t.me/lezzetlimutfakA
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
*Pomidor Salatı – Kiçik Toxunuş, Böyük Ləzzət*😋

*Tərkibi:*
Pomidor, Ağ pendir, Cəfəri/Keşniş/Şüyüd, Sarımsaq, Qoz,
Zeytun yağı, Nar şərabı, Duz, Pul bibər, Kəklikotu, Qaraçörəkotu

*Hazırlanması:*
1. Pomidor + pendiri doğrayın.
2. Üzərinə göyərti, sarımsaq, qoz səpin.
3. Zeytun yağı və nar şərabı gəzdirin.
4. Ədviyyatları əlavə edin. Nuş olsun!

*_Qeyd* : Qozu vurmaya da bilərsiz, amma çox yaraşır. Ədviyyatları zövqünüzə görə dəyişə bilərsiniz._

https://t.me/lezzetlimutfakA
❤2👍1
Küncütlü peçenye😋

Tərkibi:📝
- 70 q un
- 60 q kərə yağı
- 120 q şəkər tozu
- 1 yumurta
- 1 paket vanilli şəkər tozu
- 1 ç.q. təzə sıxılmış limon şirəsi
- 160 q küncüt
- 0,5 ç.q. qabartma tozu
- 0,5 ç.q. duz

Hazırlanması:👩‍🍳
1. Un, qabartma tozu və duzu qarışdırın.

2. Yumşalmış yağı şəkər tozu ilə çalın, yumurta, vanil və limon şirəsi əlavə edib mikserlə 20-30 saniyə çalın.

3. Sonra mikserin sürətini azaldın, çalmağı dayandırmadan unu az-az əlavə edin.

4. Küncütü əlavə edib qaşıqla qarışdırın (küncütü əvvəlcədən qovura da bilərsiniz).

5. Sobanı 180 dərəcə qızdırın. Siniyə perqament döşəyin. Çay qaşığı ilə xəmirdən götürüb bir-birindən 3-4 sm aralı olmaqla perqamentin üzərinə düzün.
8-15 dəqiqə bişirin. Diqqətli olun ki, yanmasınlar.

6. Qaynar olanda bu peçenyelər yumşaq və yapışqan, soyuyanda isə quru və xırtıldayan olur.

Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️

https://t.me/lezzetlimutfakA
❤2😍1