𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.56K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
✨02.05.2020✨
Contact: @gnlyl 🤍🌸
Download Telegram
Sizcə hansı? Mən hamısını sevdim 😫😍😍😍 Anket qoyacam sadəcə birini yox bir neçəsini seçə belərsiz anketdə. Bilirəmki, mənim kimi qərarsız xanımlar olacaq🥳🥰
Söhbət qrupunda qızlar bir daha konturlamaya aid şəkil istədilər. Bu foto işinizə yarar güman edirəm❣️
👍1
Apteklerde satılan vazelin mazının bir çoxu saxtadır. Orijinal vazelinin qoxusu çox xoşagələndi. Orijinal vazelin sözünün sağ tərəfindəki ulduzun üzərində dairənin içərisində R hərfi var. Rəngi ağdır. Vazelin alarkən bunlara diqqət yetirin. .
Daha çox faydalı postlar üçün kanalımızı izləməyə davam edin ❤
👍1
Salammmm canlarımm♥️♥️🥳, nə vaxt idi paylaşım etmirdim və ən əsası bitkilər,yağlar,tərəvəzlər haqqında məlumat paylaşmırdım. Üzrlüyü sayasız🥺 Bu günki, mövzumuz “Gənəgerçək” yağı haqqında olacaq. Xahiş edirəm axıra qədər oxuyasız.

🤍Nənələrimiz gənəgərçək yağını üz və saçlarına qulluq etdikdə də çox geniş istifadə edirdilər. Təəssüf ki, hal hazırda bu yağ və onun faydalı xüsusiyyətləri ədalətsiz olaraq unudulub. Gənəgərçək yağının faydalı xüsusiyyətləri haqqında sizə məlumat vermək istərdim.


🤍Qidalandırıcı maska: 
2 çay qaşığı gənəgərçək yağı, 1 çay qaşığı sürtgəcdən keçirilmiş çiy kartof, 1 xörək qaşığı süd, 1 yumurtanın sarısı. Maskanı yaxşı qarışdırmaq və təmiz üz dərisinə çəkmək lazımdır. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.


🤍Yağlı dəri üçün ağardıcı maska:
 2 çay qaşığı gənəgərçək yağı, 2 çay qaşığı kəsmik, 1 çay qaşığı limon şirəsi yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maska üz dərizini ağardır, piqment ləkələrini daha az görünən edir, dəri məsamələrini yığır.

🤍Gənəgərçək yağı kirpiklər və qaşlar üçün də çox xeyrlidir. Kiçik təmiz fırça ilə (tuş fırçasından istifadə etmək olar) gənəgərçək yağını kirpiklərə və qaşlara sürtün. Bir müddət keçdikdən sonra kirpik və qaşlarınız daha sıx olacaq.
✅🍌Banan qabığı ilə üzünüzü ovun .

Banan qabığı 🍌
Banan möcüzəvi meyvədir. Bananın qabığı antioksidant, mineral və kalium qaynağıdır. Banan qabığında dərini gəncləşdirən gizli düstur var. Təmizlənmiş dərini banan qabığının içi ilə ovalayın. Yarım saat bu formada saxlayın və sonra soyuq suyla durulayın. Hər gün üzünüzə çəkin. Q​ısa müddətdə müsbət nəticələr verəcək.
Salam xanımlar, sizin ağlınızda nə cür challenglər var?😊 Bizə fikirlərdə yardım edin 😄. Hər hansı bir challeng varsa ağlınızda adminkalara yazın zəhmət olmasa ya da qrupa yazıb birlikdə müzakirə edə bilərik♥️
𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️ pinned «Salam xanımlar, sizin ağlınızda nə cür challenglər var?😊 Bizə fikirlərdə yardım edin 😄. Hər hansı bir challeng varsa ağlınızda adminkalara yazın zəhmət olmasa ya da qrupa yazıb birlikdə müzakirə edə bilərik♥️»
Bir qadının makyaj çantasında olması gərəkən məhsullar 😁 olmazsa olmaz dediyiniz hansıdı?👌🏻
👍1
Axşamınız xeyir əzizlərim. Bu gün sizlərlə üzdəki piqment ləkələrinə qarşı super ağardıcı bir maska paylaşıram. Bu maskanı siz 3 şəkildə istifadə edə bilərsiniz.
1.Üzdəki piqment ləkələrini aradan qaldırmaq və dəri rəngini açmaq üçün.
2.Bədəndəki (qolaltı,dirsək və s.) ləkə və qaraltıları aparmaq üçün.
3.Dişlərinizi maximal ağartmaq üçün.
Bizə lazım olan vasitələr:
✅Qarğıdalı nişastası-1 ç/q
✅Çay sodası-1 ç/q
✅Limon-yarım limonun suyu
✅Kokos yağı-1 ç/q
✅Sarıkök-1 ç/q
Üzə çəkməzdən öncə biləyinizdə yoxlayın. Bu maskanı həssas dərilərə,səpkili, yaralı, kuperoz ,akne,rozasea və s. kimi dəri problemləri olan üzə tətbiq etmək olmaz.
✅Üz nahiyyəsində maskanı 15 dəqiqə saxlayırıq, həftədə 1 dəfə istifadə edə bilərsiniz.
✅Bədən,qolaltı,dirsək nahiyyələrində maskanı 20 dəqiqə saxlayırıq. Həftədə 2-3 dəfə istifadə edə bilərsiniz.
✅Diş ağartma üçün hazır qarışım bitənədək dişlərinizi firçalayırsınız.Sonda adi diş pastası ilə dişinizi fırçalayın. 10-14 günündən bir edə bilərsiz❤️
👍1
Oğlanlar bu mesajı diqqətlə oxuyun.! Biz bu kanalı xanımlar üçün açmışıq, abunə olursuz yaxşı edirsiz, minnətdarıq. Amma anlamadığım niyə qrupa gəlirsiz? Gələndə zatən xanımlar mədəni şəkildə çıxın deyir o ayrı amma mənim sözüm bəzi sırtıq oğlanlaradı, özüvüzə hörmət qoyun sizə deyirlərsə çıxın deməli çıxında!!! Nə özüvüzü düşüy yerinə qoymusuz?! Yaxşılardan iraq əlbəttəki.
𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️ pinned «Oğlanlar bu mesajı diqqətlə oxuyun.! Biz bu kanalı xanımlar üçün açmışıq, abunə olursuz yaxşı edirsiz, minnətdarıq. Amma anlamadığım niyə qrupa gəlirsiz? Gələndə zatən xanımlar mədəni şəkildə çıxın deyir o ayrı amma mənim sözüm bəzi sırtıq oğlanlaradı, özüvüzə…»