MƏNHƏC.NET
344 subscribers
141 photos
1 file
341 links
menhec.net saytının rəsmi telegram kanalı

Müxtəlif mənhəc məsələləri barədə suallara cavab, məqalələr
Download Telegram
Bidət əhlinin Əhli Sünnəyə etdiyi dörd ittiham və onlara cavab

Dördüncü ittiham: Əhli Sünnəni murciəlikdə ittiham etmişlər. Təkfir və xavaric əhli təkfir edilməyən insanları təkfir etmədiklərinə görə Əhli Sünnədən olanları təkfir etmiş və belə demişlər: “Siz artıq murciə şübhələrinə daxil olmusunuz və siz Allahın hökmü ilə hökm verməyən hakimləri təkfir etmədiyinizə görə murciə olmusunuz”. Bu isə böyük bir yalan və batil ittihamdır. Bunu deyənlər Əhli Sünnə ilə murciələr arasında təkfir məsələsində olan fərqi bilmir. Bəzi zəlalət firqələrinin Əhli Sünnəyə müvafiq olmaları Əhli Sünnə uçun ayıb sayılmır. Murciələr də bəzi məsələlərdə Əhli Sünnəyə müvafiq olmuşlar. Lakin digər məsələlərdə müxalif olaraq bidət firqəsi olmuşlar. Elə bir azmış firqə yoxdur ki, onların bəzi fikirləri Əhli Sünnəyə müvafiq olmasın, lakin digər məsələdə olan müxalifliyi onları bidətçi etmişdir.

http://menhec.net/node/721

#mənhəc #rəhbərlərə_itaət #bidətçilərin_üslubları
👍1
Rəhbərlərə nəsihət necə olmalıdır?

İmam ət-Tahavi (Allah ona rəhm etsin) demişdir: “Biz - zülm etsələr belə - imamalarımıza və əmr sahiblərimizə qarşı xurucu icazəli görmürük. Biz onlara qarşı bəd dua etmirik, onlara olan itaətdən əl çəkmirik (imtina etmirik), nə qədər ki, asiliyi əmr etmirlər - onlara olan itaəti fərz olaraq Allaha olan itaətdən sayırıq. Onların islahı və salamat olmaları üçün Allaha dua edirik”. (əl-Aqidətut-Tahaviyyə, səh. 47-48, 379). Yəni, asilik olan şeydə onlara itaət olunmur, digər şeylərdə itaət olunur. Yoxsa, müəyyən asiliyi əmr etdiyinə görə ona itaətdən tamamilə əl çəkilmir.

Rəhbərlərə qarşı çıxmaq, onlara itaətdən əl çəkmək və onlardan ayrı düşmək böyük fəsadlar, onların münkərlərindən daha böyük münkərdir.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim öz rəhbərinin xo­şagəlməz bir hərəkətini görsə, qoy buna səbir etsin. Çünki kim (mü­səl­man) camaatından bircə qarış kənara çıxıb ölərsə, cahilliyət dövründə ol­du­ğu kimi ölmüş olar”. (əl-Buxari, 7054). Bu məqamda – rəhbəri asiliyi baş verdikdə - rəhbərə qarşı çıxmağı Peyğəmbər (salləllahu aleyhi və səlləm) camaatdan ayrılmaq adlandırdı. Çünki camaat hakim və alimlərin ətrafında birləşən deməkdir. Kim ayrıldısa, camaatdan ayrılmış sayılır.

http://telegram.me/menhecnet

#rəhbərlərə_itaət
👍2
Rəhbərlərə nəsihət necə olmalıdır?

Hakimlərə itaət mövzusunda yüzə yaxın hədis var. Hakimlərə itaət edərək onlara olan itaətdən əl çəkməmək Əhli Sünnənin üsul qaydasıdır və buna müxalif olmaq Əhli Sünnənin mənhəcindən çıxmaq deməkdir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Əmr sahiblərinin zülmünə səbr etmək Əhli Sünnə vəl-Cəməanın üsullarından bir üsuldur”. (Məcmuul-Fətava, 28/ 179). Dəvətçilər bu məsələdə xətaya düşərsə, onlara nəsihət olunur və alimlərin sözü ona göstərilir. İsrar edərsə, sələf mənhəcindən çıxır.
Minbərlərdən hakimlərin pis əməllərinin ifşası, onların münkər əməllərinin bəyanı sələf mənhəcinə uyğun deyil.
Mitinqlər də itaətdən çıxmağa aiddir. İstər bu sülh mitinqi olsun, istər etiraz mitinqi. Bunlar hamısı Əhli Sünnə əqidəsinə ziddir və rəhbərlərə itaətsizlikdən sayılır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tu­tur: sizin yalnız Ona ibadət edib, heç nəyi Ona şərik qoşma­ma­ğı­nız­dan, hamılıq­la Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın si­zə nəsib etdiyi ix­tiyar sahiblərinə nəsihət verməyinizdən razı qalır. Dedi-qodu yaymağını­za, çox sual verməyinizə və malı israf etməyi­nizə isə qəzəbi tutur”. (əl-Buxari “Ədəbul-Mufrad” 442. əl-Albani səhih olduğunu bildirmişdir).

http://instagram.com/menhecnet

#rəhbərlərə_itaət
👍2
Rəhbərlərə nəsihət necə olmalıdır?

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Din nəsihətdir!”– deyə buyurdu. Səhabələr: “Kimin üçün?”– deyə soruşdular. O buyurdu: “Allah üçün, Onun Kitabı üçün, Onun Rəsulu üçün, habelə, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün” (Muslim, 82, 205).
İbn Həcər (Allah ona rəhm etsin) bu hədisi izah edərkən demişdir: “Burada “müsəl­manların rəhbərləri üçün nəsihət” deyildikdə, idarəçilikdə onlara dəstək vermək, bixəbər olduqları məsələlərdən onları agah etmək, səhvlərini gördükdə onlara yaltaqlanma­maq, əksinə, bu səhvi hikmətlə onlara başa salmaq, onların şəriətə müvafiq olan bir sözünü iki eləməmək, onları camaata sevdirmək və gözəl tərzdə onları zülm etməkdən çəkindirmək qəsd edi­lir. Qeyd etmək lazımdır ki, rəhbərlər deyildikdə bura alimlər də aid edilir və on­lara nəsi­hət et­mək deyildikdə elmlərinə ehtiram göstərmək, onların yaxşı əməlləri barə­də da­nışmaq və barə­lərində yaxşı zənn etmək nəzərdə tutulur”. (Fəthul əl-Bari, 1/ 89).
Əbu Mu­həmməd əl-Bərbəhari (Allah ona rəhm etsin) demişdir: “Bir adamın rəhbərlərə qarşı bəd dua etdiyini gör­sən, bil ki, o, bidət əhlindəndir. Habelə, bir kimsənin Allahdan rəhbərlərin islah olunmasını dilədiyini görsən, bil ki, o, Allahın izni ilə Sünnə əhlindəndir”. Həmçinin, rəvayət edilir ki, Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Bilsəydim ki, mənim bir duam qəbul olacaq, onu ixtiyar sahibinin islah olunmasına yönəldərdim” (Şərhus-Sünnə, 116).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Üç xislət vardır ki, bunları özündə cəm edən möminin qəl­bi əsla dönük çıxmaz: əməli səmimi-qəlbdən Allah üçün etmək, müsəlmanların rəhbər­lə­ri­nə nə­sihət etmək və müsəlman camaatdan ayrılmamaq”. (Əhməd, 5/ 183; Silsilə­tul-Əhadisis-Sahiha, 404); digər hədisdə o, demişdir: “Allahdan qorxun, beş vaxt na­maz­larınızı qılın, ra­mazan ayının orucunu tutun, malınızın zəkatını verin və (müsəlman) rəhbə­rinizə itaət edin, beləliklə də, Rəbbinizin Cənnətinə daxil olarsınız”. (ət-Tir­mizi, 2/ 516; Silsilətul-Əhadisis-Sahiha, 867).
Günümüzdə bütün yollar özlərinin haqlı olmasına Quran, Sünnə və sələflərin sözlərindən dəlillər gətirirlər, lakin doğru yerində gətirmədilər. Necə ki, xavariclər çıxıb ayə ilə dəlil gətirdilər “Allahın hökmü il hökm verməyən kafirdir” (əl-Maidə 44). Əli ibn Əbu Talib (Allah ondan razı olsun) onlar üçün dedi: “Haqq sözdür, amma o haqla batil qəsd olunur”. Yəni, lazım olan yerdə gətirmədilər.
Əmr sahiblərinə ən layiqli nəsihət edənlər alimlərdir. Uca Allah buyurur: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər”. (ən-Nisa, 83). Yəni, hakimlərə olan nəsihət böyüklərin işidir. İnsanlardan olan hər bir kəs hakimlərə qarşı nəsihət etmək üçün yararlı deyil. Bu kimi şeylər, hakimlərin eyiblərini insanlara yaymaq, yaxşı niyyətlə edilsə belə hamısı münkəri yaymaq qismindəndir.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Sizdən biriniz günah edildiyini görsə, bunu əli ilə dü­zəlt­­sin, bacarmasa, dili ilə (düzəltsin), bunu da bacarmasa, qəlbi ilə (bu­na nifrət etsin), bu da imanın ən zəifidir”. (Muslim, 70, 186).
Burda Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları üç qismə bölür;
Birincisi, münkəri əli ilə dəyişmək əmr sahiblərinə aiddir. Məsələn, rəhbər idarə etdiyi məmləkətdə müəyyən bir iş kimə həvalə edilibsə, həmin şəxs, ailədə - ailənin başçısı və s. Ailə başçısı ailə üzvlərindən bir münkər gördükdə bunu əli ilə düzəldir. Qonşuda bunu edə bilməz, çünki qonşunun ailəsində əmr sahibi deyil. Əgər başa sala bilərsə, gözəl şəkildə izah edib, qonşunun etdiyi günahdan çəkindirə bilər. Bu da mümkün olmasa, üçüncü qismə daxil olur ki, bu da münkəri qəlblə inkar etməkdir.
İkincisi qism alimlər münkəri gördükdə bəyan, nəsihət, hikmətli yollarla - dilləri ilə münkəri inkar edirlər.
Üçüncü qism isə nə hakimiyyəti var, nə də elmi var – bu insan qəlbi ilə münkəri inkar edir, bu münkərə qəlb ilə nifrət edir. 

http://menhec.net/node/463

#rəhbərlərə_itaət
👍1
Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır - Birinci hissə

Bidət insanı zəlalətə və parçalanmaya aparır. Bidətin çox təhlükəli olduğunu bilmək lazımdır. Bunun səbəbilə bidətin nə olduğunu, onun qisimlərini, ümmətə təhlükəsi və bidətə dəvətin necə olmasını bilmək lazımdır. Bu, birbaşa böyük alimlərin, sünnəni gözəl şəkildə bilənlərin işidir. Bu məsələdə səhlənkar davranmaq olmaz. Elmi olmayanın bidət əhlini dəvət etməsi icazəli deyil. Bidət əhlini dəvət edən insan Əhli Sünnənin üsul qaydalarını və hansı məsələlərdən uzaq durmağı bilməlidir.

Bidət dindən olmayan sonradan ixtira edilərək şəriətə daxil edilmiş və onun vasitəsilə Allaha ibadət edilməsi qəsd edilən bir yoldur. Şər olan bidət yalnız dində olan məsələlərə aiddir. Bidətin şər olması cəhətdən biri-birindən fərqlənən dərəcələri var. Qısa şəkildə bidətin bir neçə forması var:
Etiqad bidəti - Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiyinin əksinə etiqad etməkdir. Məsələn, xavariclərin müsəlmanlardan günah edənlərin təkfir edilməsi bidəti kimi, Allaha cism verənlərin və müşəbbihənin - Allahı məxluqlara bənzətmək bidəti kimi.
Əməli bidət – fiqhi (zahiri) məsələlərdə olan bidət. Məsələn, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) qılmadığı bir namazın qılınması kimi.
Sözdə olan bidət – Uca Allahın Kitabı və Onun Elçisinin (sallallahu aleyhi və səlləm) sünnəsində gələn şeylərin dəyişdirilməsi bidəti. Bura bidət əhlinin - rafizi, əşari, mötəzilə və s. Quran və Sünnədə olan sözlərin dəyişdirilməsi kimi sözləri aiddir.  
Bunlar hamısı hədislərdə qeyd olunan “Firqatun-Nəciyə” (Nicat Tapan Firqə), “Taifətul-Mənsura” (Kömək Olunmuş Tayfa) – yəni Əhli Sünnə val-Camaanın etiqadına, mənhəcinə və dedikləri sözlərə müxalifdir.
Allah Elçisi (sallallahu aleyhi və səlləm) bundan sizi çəkindirib: “Kim bizim bu işimizdə ondan olmayan bir şeyi sonradan ona əlavə edərsə, (bu şey) rədd olunar”. (əl-Buxari, 2499, 2697; Muslim, 3242, 4589).

Bəzi alimlər bidəti iki qismə ayırmışlar:
Sözlərdə və etiqadlarda olan bidət;
Feillərdə və ibadətlərdə olan bidət.
Bidətin öz sahibini yönəltmə etibarı ilə də bidət iki qismə bölünür:
Küfr olan, edilməsi ilə küfrə səbəb olub təkfir edilən bidət;
Küfr olmayan, edilməsi ilə küfrə səbəb olmayan və təkfir edilməyən bidət.
Bu məsələdə etdiyi bidətlərə görə müəyyən şəxsə tətbiq edilən hökmlər fərqlənə bilər. Müəyyən bidəti etməsinə baxmayaraq insana bidətçi hökmü verilməyə bilər. Bu da həmin şəxsə hüccətin çatması, şərtlərin olması və manelərin aradan qalxması ilə bağlıdır. Hər bir halda həmin şəxsin halına baxmaq bizə vacibdir.

http://telegram.me/menhecnet

#bidətçilərlə_münasibət
👍4
Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır - Birinci hissə

Bidətin təhlükəsi

Bidət günahlardan daha şiddətlidir. Onun dinə zərəri bir neçə yöndəndir.

1. Bidət qəlbi korlayır;

Bidətin sünnəni sıxışdırması insanların zərərinə olar. Bidətin misalı pis yeməyin bədənə təsiri kimidir. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Şəriət və onun əhkamları qəlbin qidasıdır. Qəlblər bidətlə qidalandıqda, həmin qəlblərdə sünnənin fəziləti və ona ehtiram qalmaz. Həmin bidətlər qəlb üçün pis və murdar qidanın mislində olar. Pis qidanın bədənə faydası olmadığı kimi, bidətin də qəlbin qidalanmasına faydası olmaz”. (İqtida əs-Sıratal-Mustəqim, 1/281).

Bidətlər din libası geyindirilmiş əməllərdir. Bidət edənlər bu əməlləri ilə savab qazandıqlarını zənn edirlər. Bunun üzərində insanlar dostluq və düşmənçilik qurur, bidətə görə savab və günahları ayırırlar. Bununla da sünnənin yerinə darlaşdırırlar.

2. Hər bir bidət özünün müqabilində bir sünəni aradan qaldırır. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Bu fasiq etiqadlar və pis halların səbəbi şəriətdən və Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) göndərilmiş mənhəcdən kənara çıxmaqdır. Şübhəsiz ki, bidətlər küfrə düşməyin ən böyük yollarındandır. Necə ki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnələri imanın zahir edilməsi və gücləndirilməsidir, çünki iman itaətlərlə artır, asiliklərlə azalır”. (“Məcmuul-Fətava, 10/565). Onun üçün bidətçinin mənhəci Kitab və Sünnəyə qarşı gəlmək və ona etiraz etmək üzərində qurulmuşdur. İbn Teymiyyə (Allah ona rəhm etsin) bunu “Təarud əl-Aql vən-Nəql” (1/149) qeyd etmişdir.

http://facebook.com/menhec.net

#bidətçilərlə_münasibət
👍4
Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır - Birinci hissə

Bidətçi ilə davranış

Əksər hallarda bidətçilər bidətlərini Allaha yaxınlaşmaq üçün çıxaran şəxslərdir. Onlar haqqı axtaran və Allaha yaxınlaşmaq istəyən şəxslərdir. Uca Allah bu haqda buyurur: “Sonra onların ardınca dalbadal el­çilərimizi yolladıq. Sonra Mər­yəm oğlu İsanı gön­dərib ona İncil bəxş etdik. Onun ardınca ge­dənlə­rin qəlblərinə şəf­qət və mərhəmət saldıq. Ra­hibliyi isə on­lar özlərin­dən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. On­lar bu­nu Allahın razılığını qazanmaq üçün etdi­lər, lakin ona la­zı­­mın­ca ria­yət etmədilər. Biz onlar­dan iman gətirənlərin müka­fat­la­rını ver­dik. Onla­rın çoxu isə fasiq­lər­dir” (əl-Hədid, 27). Bu, haqqı istəməkdə bidətçi yolunu azmışdır. Əksər hallarda onlar etdiklərini haqq olaraq görür və bu etiqaddan möhkəm yapışırlar. Ona görə də bidətçi kafir sayılmır. Bidətçi şirk və küfr edənlərdən daha üstün sayılır, lakin bidətin təhlükəsinə baxdıqda, onun İslam ümmətinə vurduğu zərərin kafir və müşriklərin vurduğu zərərdən daha dəhşətli olduğunu görürük. Onlar İslamın içərisindən ümməti batil dəstələrə və firqələrə parçalayırlar. Bu haqda Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bir çox hədislər rəvayət edilmişdir. Bu hədislərdən:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “...Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun. Həqiqətən də hər bir bidət zəlalətdir”. (İbn Macə, 42. əl-Albani səhih olduğunu bildirmişdir). 

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Allah hər bir bidət sahibi ilə tövbə arasında pərdə qoyub”. (əl-Beyhəqi “Şuabul-İman” 6846, 9010, 9011. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (1620) səhih olduğunu bildirmişdir).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Siz özünüzdən əvvəl­ki­lə­rin yo­lunu tutub qarış-qarış, ərəş-ərəş gedəcəksiniz. Hətta onlar kərtən­kələ yuva­sı­na gir­sələr belə, siz də ora girəcək­siniz” Biz dedik: “Ya Rəsu­lul­lah, yə­hu­diləri və xristianlarımı (qəsd edirsən)?” Dedi: “Başqa kim (ola bilər ki)?!” (əl-Buxari, 3456).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “...İsrail övladları yetmiş iki yola ayrılmışdı. Mənim ümmətim yetmiş üç yola ayrlacaq. Bunlardan birindən başqa hamısı Cəhənnəmdə olacaq”. Səhabələr soruşdular: “O hansı millətdir, ey Allahın Elçisi?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Mən və mənim səhabələrimin üzərində olduğu yol”. (ət-Tirmizi, 2641, 2853. əl-Albani həsən olduğunu bildirmişdir).

http://telegram.me/menhecnet

#bidətçilərlə_münasibət
👍6
Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır - Birinci hissə

Bidətçi ilə davranış

Bu yetmiş üç firqənin əmələ gəlməsinə səbəb bidətlərdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də onların hamısının Cəhənnəmə düşəcəyini demişdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) sünnəsindən uzaq düşüb həddi aşanları gördüyü zaman sərt bir mövqe ortaya qoyar və onlara əzabın olacağı ilə xəbərdar edərdi. Bu da onun mənhəcindən idi.
Cəmiyyətlərin belə bir qaydası var: cəmiyyətin fərdlərinə, onların mallarına, ailələrinə zərər verə biləcək bir şəxs və ya xəstə bir adam olduqda, bu zərərinin onlara toxunmaması üçün həmin adamı təcrid edib kənar tuturlar. Əgər bir insanın cinayətkardırsa, onu təcrid edərək cəmiyyətə zərər vurmamaq üçün həbsxanaya salırlar. Ona görə bidət əhlinin təcrid olunması, ondan salamın kəsilməsi və ondan çəkindirilməsinə etiraz edən səhv edir. Çünki bu da xəstəliyi olan insan qismindədir. Sadəcə bir fərq var ki, həmin xəstə adamın fiziki deyil, mənəvi cəhətdən qəlbinin xəstə olmasıdır. Əgər bir insan xəstəlik daşıyıcısı və ya cinayətkar olduqda, insanların canına zərər vurmamaq üçün onu təcrid edirlərsə, insanların qəlblərini azmaqdan qorumaq daha mühüm məsələ olmalıdır. Bu tədbir İslamın bidət əhlinə qarşı olan tədbiridir. Bidət edən şəxs bu əməldən çəkindirilməli, bu çəkindirmənin xeyri olmasa bu adamın özündən çəkindirilməlidir. Bu təcrid həmin adamın tərbiyə olunması tədbiridir. Bu, bidətçi ilə davranış sayılır. Bunun özü iki yerə bölünür:
Bidətçi ilə belə davranışda məqsəd onun batil yoldan əl çəkməsi, qəlbinin müalicə olunmasıdır.
Onun gətirdiyi bidətin cəmiyyətə yayılmasının qarşısının alınmasıdır.
Xəstə adamların halı bir-birindən fərqli olduğuna görə həkimlər tərəfindən fərqli müalicə təyin olunur. Bidətçinin də diaqnozları və bu diaqnozlara görə müalicəsi müxtəlifdir. Bidətçi ilə davranışın əsas məsələlərindən biri də onun dinə müxalif olmasının dəlillərlə bəyan edilməsidir. İnsan etdiyinin yaxşı bir əməl olmasını zənn etdiyi müddətcə, bu əməli etməyə davam edər. Həmin bidətçiyə dəlil ilə sübut olunmasa, o, bu zəndə olacaq. Necə ki zina etmək üçün Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) izin istəyən bir cavana, zinanın necə çirkin bir əməl olmasını izah etməsi kimi.

Rəvayət edilir ki, Qureyşli bir gənc Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın elçisi izn ver zina edim”. Səhabələr ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Yaxın gəl!” O yaxına gəldikdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: “Öz anana rəva edə bilərsənmi?” O dedi: “Allaha and  olsun ki, yox!” O buyurdu: “İnsanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına rəva bilərsən?” O dedi: “Allaha and olsun ki, yox!” O (salləllahu aleyhi və səlləm) buyurdu: “İnsanlar da bunu öz qızlarına rəva bilməzlər. Bunu öz bacına rəva bilərsən?" O dedi: “Allaha and olsun ki, yox!” O buyurdu: “İnsanlar da bunu öz bacıları üçün rəva bilməzlər. Bunu bibin üçün rəva bilərsən?" O dedi: “Allaha and olsun ki, yox!” “İnsanlar da bunu öz bibiləri üçün rəva bilməzlər. Bunu öz xalan üçün rəva bilərsən?” O dedi: “Allaha and olsun ki, yox!” O buyurdu: “İnsanlar da bunu öz xalaları üçün rəva bilməzlər”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) əlini onun çiyninə qoyub dedi: “Allahım Onun günahlarını bağışla, qəlbini təmizlə və ismətini qoru. Bu hadisədən sonra o gənc heç vaxt zinaya meyl etmədi”. (Əhməd, 5/256).

http://instagram.com/menhecnet

#bidətçilərlə_münasibət
👍3
Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır - Birinci hissə

Bidətçi ilə davranış

Bidətçiyə nəsihət edilməsi, ona şəfqətin göstərilməsilə yanaşı, onun nə qədər böyük azğınlıqda olmasını başa salmaqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun səhabələri bu qayda ilə azan insanları tərbiyə etmişlər. Abdullah ibn Abbas (Allah ondan razı olsun) xavariclərlə söhbət etmək üçün onların yanına gedir və onların necə çirkin bir yolda olduqlarını izah edir. Bu da onlara qarşı şəfqətdən, etdiklərinin ümmətə necə böyük bir zərbə vurmaqlarını başa salmaqdan irəli gəlir. Bidətçiyə etdiyi əməlin nə qədər böyük azğınlığa gətirməsini izah etmək önəmlidir. Çünki ola bilər bidət edən insanın yoluna tabe olub daha böyük azğınlıqlar edilsin. Necə ki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbirlərə ibadətə aid hədislərdə bunu bildirmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbirlərə ibadətin qəbir üzərində ibadətgah tikilməsindən başladığına işarə edərək demişdir: “Allah yəhudilərə və nəsranilərə lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər”. (əl-Buxari, 417, 435). Peyğəmbər (sallallahu aleyhi və səlləm) əksər hallarda onun yanına gəlib pis bir şey haqda soruşana, o əməlin nə qədər çirkin bir əməl olduğunu izah edərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) müşriklərə, münafiqlərə, kafirlərə qarşı necə də səbir edirdi. Ona görə də bidətçini də gözəl əxlaqla haqq yola çağırmaq lazımdır. Amma elə bidətlər var ki, onlarla daha sərt şəkildə davranmaq lazımdır.
Bəzi bidət əhlinin ümmətin birliyinə, cəmiyyətə və dinə təhlükəli olan məqamları var ki, belə olanda həmin bidət əhli ilə ciddi şəkildə davranılmalı və ona qarşı sərtlik tətbiq olunmalıdır:
Təkfirə səbəb olan bidətlər edilərsə; Əli ibn Talibin (Alla ondan razı olsun) ona “Allah” deyənləri yandırması kimi.
 Küfrə çatdırmayan bidət, lakin onun təsiri ümmətin birliyinə , əmin-amanlığına və sabitliyinə zərər verəcəksə, belə olan halda onlara qarşı sərtlik tətbiq edilir. Necə ki Əli ibn Əbu Talib xavariclərə qarşı döyüşmüşdür. Əli ibn Əbu Talib (Alla ondan razı olsun) onları təkfir etmədən onlarla vuruşmuşdur.

#bidətçilərlə_münasibət

http://facebook.com/menhec.net
👍1
Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır – İkinci hissə

Bidət əhlinin tərk edilməsi (həcr)
 
Bu, bidət əhlinə təsir edə biləcək gözəl müalicə üsuludur. Bununla həm cəmiyyət sağalır, həm də həmin bidətçilərin sağalmaq ehtimalı artır. Bu, bidətin və əhlinin təsir dairəsinin darlaşdırılması və cəmiyyətə vura biləcəkləri böyük fəsadın qarşısının alınması üçündür. Ona görə bidətçilərin tərk edilməsi cəmiyyətin onlardan xəbərdar edilməsi üçün ən əsas üsullardan biri sayılır. Tərk edilmə qaydası həmin bidətçinin öz qəflətindən ayılması üçün edilir.
Bunu tətbiq etdikdə əldə edilən əsas faydalar:

1. Tərk etməni - həcri tətbiq etdikdə, müsəlmanların arasında bidətə düşmələrinin qarşısının alınması və bu bidətlərdən çəkindirmə var. Belə olduqda müsəlmanlar ayıq-sayıq olurlar. Bidətçilərin belə cəzalanmaları müəyyən bir şəxsin bidətə meyl etdiyi təqdirdə onu da elə davranışın gözlədiyini bilməsi, nəticədə onun belə fikirlərdən uzaq durmasına gətirib çıxarır. Çünki, bu bidətin müsəlmanlar tərəfindən heç bir vəchlə qəbul edilməyəcəyi fərqində olur.

2. Bidətin qarşısının alınması və bidətə qarşı olan hücum.

3. Peyğəmbərin – sallallahu aleyhi və səlləm - sünnəsinə qoruyucu zəmanət verilməsi və bidətin kökdən kəsilməsi. Bu, bidət və onun əhlinin tərk edilməsi, sünnənin zəmanətdə və qorunma halında olmasına, bidətin isə məhv olmasına gətirib çıxarır.

4. Bidətçinin üzərinə belə təzyiq edilməsi, onun tərk edilib insanlar içərisində hörmətinin aşağı salınması və bidətinin yayılmasının qarşısının alınması üçündür. Bidətçi ilə otururb-durmaq, onunla birlikdə məclislərdə olmaq, onun söhbətlərini dinləmək, insanları ondan çəkindirməmək – hamısı bidət əhlinin qəlbində arxançılıq yaradır və gözəl bir şey üzərində olmasını zənn edir. O, düşünür ki, əgər pis əməl sahibi olsaydım, mənimlə mehriban olmazdılar, mənimlə birlikdə çörək yeməz, oturub-durmazdılar.
 
İnsanların əksəriyyəti sünnəni bidətdən ayıra bilmədiklərinə görə bidətçinin hərəkətlərini sünnə kimi bilib zəlalətə düşür. Bidət əhlinin tərk olunmasının faydaları etiqadın qorunması və dinin əldən getməməsi, cəmiyyətin qorunması üçündür. Bu karantin – tərk etmə - sağlamlığın qorunması üçün lazım olan karantindən daha önəmlidir.
İmam Şatibi (Allah ona rəhm etsin) deyir: “Bidətçi ilə birlikdə olmaq, onunla oturub-durmaq onun üstün tutulması deməkdir. Onun üstün tutulması da həmin bidətin üstün tutulması deməkdir... Şəriətin bizim üçün qoyduğu bu qaydaya riayət etməmək şəriətə zidd bir haldır”. (əl-İtisam, 1/85).

#bidətçilərlə_münasibət #mənhəc

http://telegram.me/menhecnet
👍2
Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır – İkinci hissə

Tərk etməyin üç növü var:

1. Etiqadi və dini tərk etmə. Bu, təqva əhlinin əməllərindəndir. Bu, bir möminin etiqadı üçün günahları, həmin günahı edəni tərk etməsidir. İstər bu günah sahibi günah əhli, istərsə də bidət əhli olsun. Bu tərk etmə vacibdir. Uca Allah buyurur: “Pis şeyləri tərk et!” (əl-Muddəssir, 5); “Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaq­laş” (əl-Muzzəmmil, 10); “Ayələrimizi məsxərəyə qo­yanları gördüyün zaman, on­lar baş­qa söhbətə keçənə qə­dər on­lardan üz çevir. Əgər şey­tan bunu sənə unutdursa, xatırla­dıq­dan son­ra zalım tayfa ilə birgə otur­ma” (əl-Ənam, 68); “Allah Kitabda sizə na­zil et­miş­dir ki, Allahın ayələ­rinin in­kar edil­di­yi­ni, yaxud onlara is­teh­za olunduğunu eşit­di­yi­niz za­man, kafirlər başqa bir söh­­bə­tə keçməyincə, onlarla bir yerdə otur­ma­yın. Yoxsa siz də onların tayı olar­sı­nız. Şübhəsiz ki, Allah mü­na­fiq­lərin və kafirlərin hamısını Cə­hənnəmdə toplaya­caqdır” (ən-Nisa, 140).
Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - belə buyurmuşdur: “...Mühacir Allahın qadağan etdiyi şeyləri tərk edəndir”. (əl-Buxari “Ədəbul-Mufrad” 1144. əl-Albani səhih olduğunu bildirmişdir).

1. Çəkindirmək həcri - tərk etməsi. Dünya məsələlərinə görə bir insanı tərk etmək bu növdən sayılır. Bu növ tərk etmə üç gündən artıq olmamalıdır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyur­muşdur: “Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-bi­rinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun! Heç bir müsəl­ma­na üç gündən artıq qardaşı ilə küsülü qalması halal deyildir”. (əl-Buxari, 5612, 6076; Muslim, 2558, 4641, 6690).

2. Hökm vermək tərk etməsi. Bu da tərk etmədə həddini aşanların cəzalandırılması üçün tətbiq edilən bir növdür. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bu tərk etməni iki növə bölərək buyurur: “Şəriətdən olan tərk etmək iki növdür. Birinci, günah əməllərin, pisliklərin tərk edilməsi. İkincisi, həmin pisliklərə görə onu edənə cəzanın verilməsi. Birinci tərk etmə əl-Ənam surəsinin 68-ci ayəsində də qeyd edilmişdir. İkinci növ pislik edənlərin tərk edilməsi onların ədəbləndirilməsü üçündür. Bu da pislikləri nümayiş etdirənlər üçündür. Onlar etdikləri əməldən tövbə edənə qədər tərk olunur. Necə ki Peyğəmbər – sallallahu aleyhi və səlləm - döyüşdən geri qalan üç nəfər haqda, Allahın onların tövbəsini qəbul etməsini xəbər verənə qədər etdiyi tərk etmə kimi. Onlar hər kəsə fərz olan cihaddan heç bir üzr olmadan geri qalmışdılar”. (Məcmuul-Fətava, 20/28).

https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE

#bidətçilərlə_münasibət #mənhəc
👍2
ardı.

Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır – İkinci hissə

Tərk etməyin necəliyi

Bidətçinin tərk edilməsi deyildiyi zaman onunla oturub-durulmasının, onunla yanaşı gəzməyin, onun təzim edilərək üstün tutulmasının, onun olduğu mərtəbənin uca göstərilməsinin, ona salam verilməsinin, ona qulaq asılmasının, onun adının hər hansısa bir məclisdə tərif olaraq çəkilməsinin, ona gülər üzlə qarşılıq verilməsinin, onun sözlərinə və danışdıqlarına qulaq asılmasının, onunla hər hansısa bir işdə məşvərət və ya məsləhət edilməsinin tərk edilməsi nəzərdə tutulur. Bunların hər biri həmin kəsin islah olunması üçün edilən müalicə yollarındandır. Əgər həmin bu müalicə üslubunun fayda verəcəyi bilinirsə və həmin kəsə təsir edəcəyi, etdiyi pis əməldən uzaq duracağı və tövbə edib sünnə yoluna qayıdacağı bilinirsə, o zaman bu yola əl atılır və tərk deyildiyi zaman içərisində daşıdığı tərk sözünün bütün mənaları tam bir şəkildə yerinə yetirilir. Çünki tərk etməyin əsl məqsədi bir kəsin şəxsinin alçaldılması deyil, həmin kəsin etdiyi bidətə görə tərk edilməsidir. Əsl məqsəd onun özünə və cəmiyyətə zərər verməsinin qarşısının alınması və doğru yola qayıtmasıdır. Bidətçinin tərk edilməsi cəmiyyətin onun etdiyinin İslamdan olmamasını bilməsi üçündür. Bu da cəmiyyətin İslamdan olmayan bir şeylə yaşamaması üçün tətbiq edilən bir müalicə yoludur, lakin bu da öz qədərində tətbiq edilməlidir.

http://telegram.me/menhecnet

#bidətçilərlə_münasibət #mənhəc
👍2
ardı.

Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır – İkinci hissə

Tərk etməyin bir çox üsulu və qaydaları var. Burada qısa olaraq tərk etməyin bir neçə şərtini qeyd etmək istəyirik.

1. Tərk etmə (həcr) şəriətdə qoyulduğu hədəf və məqsədi yerinə yetirməlidir. Bu metod bidətin və pis əməlin cəmiyyətdə yayılmaması və şəxslərin bidətdən uzaq durması üçündür. Tərk etməyni (həcrin) tətbiqi yalnız fayda verdiyi müddətdə tətbiq edilir. Əgər biz bidətçinin tərk edilməsinin onun öz günahlarında daha da batmasına, pisliklər içərisində daha da şiddətli bir şəkildə dərinləşməsinə, özündən daha pis birilərinin yanına gedib onlara qoşulmasına və onu bundan daha böyük fəsadlara aparacağına səbəb olduğunu görürüksə, o zaman tərk etmə tətbiq edilmir. Burda fayda və zərərə diqqət etmək lazımdır, çünki mömin olan bir şəxs bu məsələdə bir həkim kimidir. Əgər bir həkim müalicənin faydalı olduğunu görərsə, onu edər və bu tərk etmək müalicə sayılır. Əgər həmin bu tərk etmə onun tövbə etməsinə deyil, daha da şər əməllərə aparmasına və özündən daha şər olan birilərinin yanına getməsinə səbəb olursa, onda bu müalicə yolunu başqa fayda verə biləcək bir müalicə üslubu ilə dəyişmək lazımdır. İbn Teymiyyə demişdir: “Tərk etmə (həcr) tərk edilənlərin müxtəlifliyinə görə dəyişə bilir. Onların güclü və ya zəif olmasına, az və ya çox olmasına baxılır. Yəni tərk etmə (həcr) öz məqsədini tapmalıdır. Bu da tərk olunanın ədəbləndirilməsi və insanların onun yolu ilə getməməsi üçündür. Əgər tərk etmənin faydası olacağı, şərinin az olacağı və zərərinin çox zəif olacağı və bu tərk etmənin faydalı olacağı bilinirsə, onda insan həmin bidət edəni və bidətçini tərk etməlidir. Əgər tərk etməklə həmin şəxs daha şərli olursa, həmçinin tərk edən şəxslər zəif və sayca daha azdırlarsa, sayca çox olanlar bidətçilərdirsə və bu tərk etmə daha böyük fəsad ilə nəticələ bilərsə, həmin bidət edənlər tərk edilmir. Bu halda bəzi insanlarla yaxınlıq etmək, onları tərk etməkdən daha çox fayda verə bilər. Bu məsələ tərk edilənin müxtəlifliklərindən asılıdır. Bəzilərinin yaxın münasibət saxlaması və həmin tərk edilənə gözəl davranılması onlara fayda verər. İmam Əhmədin və digər bir çox alimin onlara verilən suallara müxtəlif cavabları da bununla əlaqədardır, çünki insanların halı müxtəlifdir. İmam Əhmədə (Allah ona rəhm etsin) suallar veriləndə bidət əhlinin daha çox yayılan yerlərinə görə cavabları fərqli deyirdi. Bəsrədə qədər bidətinə, Xorasanda münəccimliyə düşənlərin, Kufədə şiəliyə düşənlərin arasını ayırdığı kimi. Hansı yerlərdə ki, belə deyildi, həmin yerlərin halına bidət əhlinin orada zəif və ya qüvvətli olmasına, onların orada az və ya çox olmasına görə cavabları fərqləndirirdi. Həmçinin o, alimlərə qulaq asılan və onların sözlərinin dinlənmədiyi yerlərin də arasını ayırardı. Onun üçün insan şəriətin məqsədlərini bildiyi zaman onun yolunu tutar və faydalı olan bir halda yoluna davam edər”. (Məcmuul-Fətava, 28/203). Buna bir misal qeyd edək; Bir elm tələbəsi bir kənddən elm öyrənməyə gedir, sünnəni öyrənir, həmin kəndə qayıdır. Lakin həmin kənddə uzun müddət bidət yayılıb, illər boyu bu bidət üzərində yaşayıblar, bu bidəti İslamdan hesab ediblər. Bu elm tələbəsi də gəlib tərk etmə (həcr) məsələlərini onlara tətbiq edirsə, zərər çəkən yalnız özü olacaq və böyük ehtimal ilə heç kim bidətindən dönməyəcək, çünki sünnəni yaşayan həmin elm tələbəsi zəif sayılır və təkdir. Onun bu tərk etməsi düz deyil, əksinə insanları dəvət etməlidir. Şəriətin məqsədi insanların bidətlərdən çəkinməsi və cəmiyyətin sağlam olmasıdır.

http://telegram.me/menhecnet

#bidətçilərlə_münasibət #mənhəc
ardı.

Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır – İkinci hissə

Tərk etməyin bir çox üsulu və qaydaları var. Burada qısa olaraq tərk etməyin bir neçə şərtini qeyd etmək istəyirik.
Tərk etmə (həcr) şəriətdə qoyulduğu hədəf və məqsədi yerinə yetirməlidir. Bu metod bidətin və pis əməlin cəmiyyətdə yayılmaması və şəxslərin bidətdən uzaq durması üçündür. Tərk etməyni (həcrin) tətbiqi yalnız fayda verdiyi müddətdə tətbiq edilir. Əgər biz bidətçinin tərk edilməsinin onun öz günahlarında daha da batmasına, pisliklər içərisində daha da şiddətli bir şəkildə dərinləşməsinə, özündən daha pis birilərinin yanına gedib onlara qoşulmasına və onu bundan daha böyük fəsadlara aparacağına səbəb olduğunu görürüksə, o zaman tərk etmə tətbiq edilmir. Burda fayda və zərərə diqqət etmək lazımdır, çünki mömin olan bir şəxs bu məsələdə bir həkim kimidir. Əgər bir həkim müalicənin faydalı olduğunu görərsə, onu edər və bu tərk etmək müalicə sayılır. Əgər həmin bu tərk etmə onun tövbə etməsinə deyil, daha da şər əməllərə aparmasına və özündən daha şər olan birilərinin yanına getməsinə səbəb olursa, onda bu müalicə yolunu başqa fayda verə biləcək bir müalicə üslubu ilə dəyişmək lazımdır. İbn Teymiyyə demişdir: “Tərk etmə (həcr) tərk edilənlərin müxtəlifliyinə görə dəyişə bilir. Onların güclü və ya zəif olmasına, az və ya çox olmasına baxılır. Yəni tərk etmə (həcr) öz məqsədini tapmalıdır. Bu da tərk olunanın ədəbləndirilməsi və insanların onun yolu ilə getməməsi üçündür. Əgər tərk etmənin faydası olacağı, şərinin az olacağı və zərərinin çox zəif olacağı və bu tərk etmənin faydalı olacağı bilinirsə, onda insan həmin bidət edəni və bidətçini tərk etməlidir. Əgər tərk etməklə həmin şəxs daha şərli olursa, həmçinin tərk edən şəxslər zəif və sayca daha azdırlarsa, sayca çox olanlar bidətçilərdirsə və bu tərk etmə daha böyük fəsad ilə nəticələ bilərsə, həmin bidət edənlər tərk edilmir. Bu halda bəzi insanlarla yaxınlıq etmək, onları tərk etməkdən daha çox fayda verə bilər. Bu məsələ tərk edilənin
müxtəlifliklərindən asılıdır. Bəzilərinin yaxın münasibət saxlaması və həmin tərk edilənə gözəl davranılması onlara fayda verər. İmam Əhmədin və digər bir çox alimin onlara verilən suallara müxtəlif cavabları da bununla əlaqədardır, çünki insanların halı müxtəlifdir. İmam Əhmədə (Allah ona rəhm etsin) suallar veriləndə bidət əhlinin daha çox yayılan yerlərinə görə cavabları fərqli deyirdi. Bəsrədə qədər bidətinə, Xorasanda münəccimliyə düşənlərin, Kufədə şiəliyə düşənlərin arasını ayırdığı kimi. Hansı yerlərdə ki, belə deyildi, həmin yerlərin halına bidət əhlinin orada zəif və ya qüvvətli olmasına, onların orada az və ya çox olmasına görə cavabları fərqləndirirdi. Həmçinin o, alimlərə qulaq asılan və onların sözlərinin dinlənmədiyi yerlərin də arasını ayırardı. Onun üçün insan şəriətin məqsədlərini bildiyi zaman onun yolunu tutar və faydalı olan bir halda yoluna davam edər”. (Məcmuul-Fətava, 28/203). Buna bir misal qeyd edək; Bir elm tələbəsi bir kənddən elm öyrənməyə gedir, sünnəni öyrənir, həmin kəndə qayıdır. Lakin həmin kənddə uzun müddət bidət yayılıb, illər boyu bu bidət üzərində yaşayıblar, bu bidəti İslamdan hesab ediblər. Bu elm tələbəsi də gəlib tərk etmə (həcr) məsələlərini onlara tətbiq edirsə, zərər çəkən yalnız özü olacaq və böyük ehtimal ilə heç kim bidətindən dönməyəcək, çünki sünnəni yaşayan həmin elm tələbəsi zəif sayılır və təkdir. Onun bu tərk etməsi düz deyil, əksinə insanları dəvət etməlidir. Şəriətin məqsədi insanların bidətlərdən çəkinməsi və cəmiyyətin sağlam olmasıdır.

http://facebook.com/menhec.net

#bidətçilərlə_münasibət #mənhəc
👍2
Allah insanı nəyə görə yaradıb?

Sual:

Allah insanı niyə yaratdı? Əgər əsas məqsəd yalnız Allaha ibadət idisə, onda Allah insanı niyə mələklər kimi yaratmadı? Əsas səbəb ibadətdirsə, dünyanın yaranmasına və bizim burda olmağımıza ehtiyac yoxdur.
 
Cavab:

Birincisi:
  Allah bizi Onu tanıyaraq ibadət etməyimiz və hansımızın daha yaxşı əməl sahibi olmağımızı ayırd etmək üçün yaratmışdır. İnsan ibadət etmək üçün Rəbbini tanımalı, Onun əzəmətini və Qüdrətini bilməlidir. Uca Allah Quranda buyurmuşdur: “Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”. (ət-Talaq, 12). Allah bu ayədə yaradılışda olan məqsədi izah edir, Öz Qüdrətininin kamilliyinə şahid etmək və hər şeyi elmi ilə əhatə etdiyini bilməyimizi istəyir. “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır”. (əl-Mulk, 2). Allah Quranda iman əhlinə xitab edərək cinlərin və insanların Allaha ibadət üçün yaratdığını buyurmuşdur. Quranın bir ayəsini inkar edən isə müsəlman ola bilməz. “Mən Allahdan daha yaxşı cavabı bilirəm” deyən insan, Allaha deyil öz ağılına ibadət edənin hökmündədir. Uca Allah Quranda buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”. (əz-Zəriyat, 56). Allah bizə Quranda bunun cavabını verir və insanı nə üçün yaratdığını bildirir. Onu da bilmək lazımdır ki, Allah insanı üstün bir ağılla yaratmış və heyvanlardan fərqli etmişdir. O istəmişdir ki, Onun sonsuz Qüdrətinin kamilliyinə başqa bir məxluqdan olan şahidləri də olsun. Elə bir şahidlər ki, bu şahidlər öz pis əməli ilə heyvandan aşağı səviyyəyə də enə bilər, yaxşı əməli ilə mələklərdən yüksək olan dərəcələri də qazana bilər. Məhz bu məxluq ağıl neməti verilmiş insandır. Həmçinin, alimlər deyirlər ki, Allah gözəl ism və sifətlərinin (Rəhməti, Bağışlaması, Qüdrəti, Yaratması, Hökmdarlığı və s) təsirini insana göstərmək istədi. İnsanlar isə yaradılmışlar olaraq bu Uca Qüdrət sahibinə, Yaradana səcdə edib ibadət etməklə O Yaradanın layiq olduğu bir işi edir. Buna baxmayaraq, insan bu Qüdrətli Yaradanın layiqli şəkildə şəninə təriflər edib ibadət edə bilmir. Deməli, insanın yaranmasındakı qayə, məqsəd Allahı tanıyıb ona ibadət etməkdir. Sadəcə bu cavabda bir çox insanlar iki məsələni qarışdırırlar ki, bu haqda İbn əl-Qeyyim belə buyurmuşdur: “Birincisi; bəndələrdən istənilən məqsəd, İkincisi; Bəndələr vasitəsilə ərsəyə gələn məqsəd. Bəndələrdən istənilən məqsəd Allahı tanıyaraq Ona ibadət etməkdir. Bəndələr vasitəsilə ərsəyə gələn məqsəd isə (əmələ görə) ədalətli, fəzilətli qarşılıq, ya mükafat, ya da cəzadır. Bununla da tək-Allahlılığın qayəsi gerçəkləşir”. (Bədəiul-Fəvaid, 4/971).

http://telegram.me/menhecnet
👍4
ardı.

Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır – İkinci hissə


Tərk etməyin bir çox üsulu və qaydaları var. Burada qısa olaraq tərk etməyin bir neçə şərtini qeyd etmək istəyirik.

2. Şəri tərk etmə bidət və bidət əhli ilə olan cihadın növlərindən sayılır. Hər bir müsəlmanın bildiyi kimi ibadətin qəbul olması üçün iki şərt var: İxlas və Sünnə. Bu tərk etmə də ixlasla – xalis Allah üçün və Sünnə üzrə - Allah Elçisinin – ona Allahın salavatı və salamı olsun - yolu ilə edilməlidir. Burda tərk edən öz nəfsinə görə tərk etməməlidir. Belə etdikdə ixlas olmur.

3. Bidətçinin tərk edilməsi həmişə eyni deyil, şəxslərə və bidətlərə görə dəyişir. Necə ki tərk etməni bütövlükdə etməmək səhlənkarlıq olduğu kimi, hər kəsi də tərk etmək həddi aşmaqdır. Bu məsələdə fayda və zərərlərə baxılmalıdır. Həcr – tərk etmə bidətçiyə nəzərən müxtəlifdir, bidətin böyüklüyü, bidətin növləri, bidətçinin dərəcələri və s.


https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE

#bidətçilərlə_münasibət #mənhəc
👍3
ardı

Allah insanı nəyə görə yaradıb?

Sual: Allah insanı niyə yaratdı? Əgər əsas məqsəd yalnız Allaha ibadət idisə, onda Allah insanı niyə mələklər kimi yaratmadı? Əsas səbəb ibadətdirsə, dünyanın yaranmasına və bizim burda olmağımıza ehtiyac yoxdur.
 
İkincisi: Allah etdiklərinə görə sorğu sual olunmaz. Lakin, bəndələr sorğu-sual olunarlar. Uca Allah buyurur: “Allah gördüyü işlərdən sorğu-sual olunmaz, onlar isə sorğu-sual olunacaqlar”. (əl-Ənbiya, 23).
 
Üçüncüsü: Sualda deyilir ki, “sırf ibadət üçün dünyanın yaranmasına ehtiyac yoxdur”. Bəli, insan sırf ibadətlə kifayətlənmir. Digər yaxşı əməlləri də edir, öz həyatını gözəl yaşamağı da unutmur. Allah bizə ibadəti əmr etsə də, bizim dünyada inkişaf etməyimizi və yaxşı yaşamağımızı da qadağan etmir. O bizə səhərdən axşama kimi ancaq ibadət etməyi də əmr etməmişdir. Uca Allah Quranda buyurur: “Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma”. (əl-Qəsəs, 77). Ona görə də ibadətin xüsusi vaxtları var. Bununla yanaşı Allahın bizim ibadətimizə ehtiyacı yoxdur. Əksinə, bütün bu xeyir əməllərə bizim ehtiyacımız var. Məqsəd isə hansımızın daha yaxşı əməl sahibi olmasını ayırd etməkdir.
 
Menhec.net

http://facebook.com/menhec.net
👍2
ardı

Allah insanı nəyə görə yaradıb?

Sual: Allah insanı niyə yaratdı? Əgər əsas məqsəd yalnız Allaha ibadət idisə, onda Allah insanı niyə mələklər kimi yaratmadı? Əsas səbəb ibadətdirsə, dünyanın yaranmasına və bizim burda olmağımıza ehtiyac yoxdur.

Dördüncüsü: Axirət dünyasına şübhə edənlər hər şeyin bu dünyada olduğunu, cənnətin də, cəhənnəmin də bu dünyada olduğunu düşünürlər. Halbuki, bu dünya əməl meydanıdır. Əməlin nəticəsi isə iki yerdən birinə (cənnətə və ya cəhənnəmə) aparacaq. Əgər hər şey bu dünyada olsa, həyat mənasız olar. Əksinə, dinin verdiyi arqument ilə həyat daha mənalı olur, çünki ateistin xəyallarındakı aqibətə görə insan öləndə torpaq olub gedir. Bu baxımdan da məşhur filosoflar deyiblər ki, “əgər həyat ölüb getməklə tükənirsə, burada yeni bir həyat başlamırsa, o zaman həyatın, xüsusən də əxlaqın bir mənası qalmır. Bu zaman dünya tam məqsədsiz olur və hər şey sanki, boş-boşuna yaranmışdır”. Amma, İslami cavaba görə hər şey planlıdır. İnsan dünya ilə birgə “beş mərhələ” keçir. Ateist isə ancaq bu beş mərhələdən biri barədə düşünür. O, ruhlar aləmindən, ana bətnindən keçib dünyaya gəldiyini anlamır, üçüncü mərhələ olan dünyadan sonra isə, qəbir aləminə, oradan da beşinci mərhələ olan axirət aləminə keçid etdiyini bilmir və ya qəbul etmir. Əlbəttə, belə bir insanın həyatı mənasız olar. Üstəlik də bu beş mərhələni ona görə qeyd etdik ki, bu dünya əməl meydanıdır, axirət isə əməl meydanı deyil qarşılıq görmək mükafat və ya cəza meydanıdır. Dünya əməl meydanı olduğu üçün biz burada ibadət etməli və yaxşı işlər görməliyik. Sual verilsə ki, “nəyə görə?” cavab odur ki, bir ateist deyə bilməsin ki, Allah insanları məcburi cənnətə və ya cəhənnəmə niyə salır? Əksinə, Allah bu dünyanı əməl meydanı edib ki, hər kəs layiq olduğu yolu özü seçsin. Ona görə də buyurub: “Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür”. (ət-Təğabun, 2). Ateistlər cənnəti bu dünyada axtardıqları üçün, cənnətin başqa yerdə olduğunu anlamamış və belə qəribə suallar verməyə başlamışlar. İnsanın həyatı təkcə bu dünyadan ibarət deyil. Hər mərhələnin öz məşğuliyyəti var. Dünyada da ibadət və yaxşı işlər görülməlidir. Dünya həyatı da unudulmamalıdır, Allahın əmr etdiyi kimi təmiz həyat yaşayıb nemətlərdən də istifadə etmək lazımdır. Yəni, ibadət edən əsl müsəlman nemətlərdən məhrum olmur, əksinə mənəvi səadət qazanır.

Menhec.net

http://instagram.com/menhecnet
👍2
ardı.

Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır – İkinci hissə

4. Müxalif olan bir kəsin həcri – tərk etməni gərəktirən bir şeyi tam şəkildə dəqiqləşdirmək. Həcrdə açıq-aşkar bidətə dəlil olmalıdır. 1. Onun bidət etməsinə - günaha və ya bidətə açıq şəkildə dəlil olmalıdır. 2. Müxalif olan şəxsin bidətə düşməsi dəqiqləşdirilməlidir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Zən­nə çox qa­pılmayın. Çünki zənn edi­lən­lərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-biri­nizin qey­bətini qırma­yın. Siz­dən biriniz ölmüş qardaşının ətini yemək is­təyərmi?! Siz ki, bun­dan iyrənirsiniz. Allahdan qorxun! Həqi­qə­tən, Allah töv­bə­ləri qəbul edəndir, rəhm­li­dir” (əl-Hucurat, 12); “Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çün­ki qulaq, göz və ürək – bun­ların ha­mısı sahibinin əməl­ləri barəsində sorğu-sual olu­na­caq­” (əl-İsra, 36). İbn Muflih “Ədəb əş-Şəriyyə” kitabında belə bir fəsl qoymuşdur: “Bir kəsin xəbəri ilə həcr – tərk etməni tətbiq etmək olmaz”. Ona görə belə məsələlərdə hər şey dəqiqləşdirilməlidir.
Bidət əhlinin tərk edilməsi böyük bir üsulun altına daxildir. Bu da əl-Vəla vəl-Bəra – Dostluq və Düşmənçilikdir. Bidətçi ilə onun bidətinin miqdarında düşmənçilik edilir. Əgər onun bidəti küfrə çatdıran bidət deyilsə, onunla edilən düşmənçilik kafirə edilən nifrət ilə eyni olmamalıdır. Əksinə ona bir tərəfdən nifrət olmalı, digər tərəfdən müsəlman olduğu üçün ona məhəbbət olmalıdır, lakin həmin bu sevgi ona və ətrafındakılara bildirilmir. Əgər ona imanına görə məhəbbət bildirilsə, şəriətdəki müalicə üçün həcrin məqsədi yerinə yetirilmiş sayılmır. Nəticədə, sıravı insanlar onun bidətinə aldanırlar. Nə düşmənçilik dostluğu, nə də dostluq düşmənçiliyi keçməməlidir. İman əhlinə qarşı məhəbbət olsa belə, ətrafda olan insanlara nifrətin olması göstərilməlidir. Bu da həmin adamın tərbiyələnməsi və doğru yola gəlməsi üçündür. İbn Teymiyyə (Allah ona rəhm etsin) belə buyurur: “Bir insanda xeyir və şər, itaət və asilik, sünnə və bidət cəm olarsa, onda olan xeyirin qədərinə görə sevilməsinə, həmçinin onda olan şərin miqdarına görə nifrət edilməsinə gətirməlidir. Bu da kasıb ehtiyaclı olan oğrunun əlinin kəsilməsi, beytul-malda olan puldan isə ona yardım edilməsi kimidir. Buna yalnız xavariclər və mötəzilələr müxalif olmuşlar” (İbn Teymiyyə “Məcmuul-Fətava” 28/206; İbn Əbil-İzz əl-Hənəfi “Şərh əl-Əqidə ət-Tahaviyyə” səh. 433).
Bir şəxsin etdiyi əməli küfrə çatdırmayıbsa, o, onda olan imanın və xeyrin qədərində sevilər. Lakin bu nə ona, nə də sıravi insanlara bildirilmir. Həmçinin onda olan bidətin və şərin miqdarında nifrət edilər, lakin bu həmin pis əməllərdən çəkinməsi üçün ona və ətrafdakı insanlara bildirilər. Əhli Sünnənin etiqadı budur.
 
Xülasə
 
İnsan bu məsələdə tam bir orta yol olan Əhli Sünnənin yolunu tutmalıdır. Bunu – həcri (tərk etməni) mütləq bir şəkildə inkar edənlərlə bərabər olmamalı, həcri inkar etməməli, həcrin (tərk etmənin) şəriətdən olmadığını deməməlidir. Çünki bu işdə səhlənkar davranmaq, bidətlərin geniş bir şəkildə yayılaraq bidətçilərin meydanda at oynatmasına gətirib çıxardacaqdır. Bu işdə insan nə həcri - tərk edənləri inkar edəcək qədər savadsız olmamalı, nə də həddi aşan olanlarla bərabər olmamalıdır.  Hər xata və səfə görə insanların tərkinə çağıranlarla bərabər olmamalıdır. Bu məsələdə insan məsələlərə baxmalıdır. Bunu ən gözəl bir şəkildə insanlar içərisində tətbiq etməlidir.

https://menhec.net/node/764

http://telegram.me/menhecnet

#bidətçilərlə_münasibət #mənhəc
👍2
"Bidət və hava əhlindən xeyri götürüb, şəri atmaq" şübhəsi

Şübhə olaraq deyirlər ki, bidət və hava əhlindən xeyri götürüb, şəri atmaq olar.

Şübhəyə cavab: 

Şübhə olaraq "bidət və hava əhlindən xeyiri götürüb, şəri ataq" deyənlərə belə cavab verilir:

İmam Malik ibn Ənəs (Allah ona rəhm etsin) deyir: 
"Dörd nəfərdən elm götürülməz, bunlardan qeyrisindən götürülər: 1) Səfehdən, 2) insanları öz havasına çağıran hava əhlindən, 3) insanlarla danışığında yalançı olandan, hətta Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərində yalanla ittiham olunmasa da belə və 4) fəzilət sahibi, saleh biri, ibadət əhli olsa da nə danışdığını bilməyən şeyx (və ya qoca).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) bu sözü açıqlayaraq deyir: "İmam Məlikin sözündən bilinən budur ki, o, bidət əhlindən heç bir şey götürmürdü, hətta məsələ o kəsin bidətinə aid olmasa da belə. Misal olaraq: bir bidətçi var, ərəb dilində-bələğat, nəhv, sarfda yaxşıdır (bunlar ərəb dilinin şöbələridir). Bu insanın yanında oturub onda olan bu elmi ondan götürəkmi? Yoxsa ondan uzaqlaşaq, onu tərk edək? İmam Məlikin sözündən zahir olan budur ki, biz bu insanın yanında oturub, ondan bu elmi almayaq. Çünki bunda iki zərər vardır:

Birincisi; O kəs özü öz nəfsindən qürrələnər və özünün haqq üzrə olduğunu hesab edər,
İkincisi: Onun yanına çox sayda tələbələr toplaşar, ondan elm alar və insanlar da onunla aldanarlar. Avam insanlar ərəb dili elmiylə əqidə elminin arasını ayırd edə bilmirlər. 
Buna görə də bizim baxışımız budur ki, mütləq olaraq hava və bidət əhlinin yanında oturub, ondan elm almaq olmaz. Hətta bu ərəb dili, bəlağət elmi, sarf elmi bu kəslərdən başqa heç kəsdə olmazsa belə, yenə də onlardan elm almaq olmaz. Uca Allah onlardan daha xeyirlisini ona verəcəkdir. Əgər biz onların yanına gedib gəlsək, heç bir şəkk yoxdur ki, bu şey onların qürrələnməsini və insanların da onlarla aldanmasını vacib edəcəkdir".

(Şeyx Muhəmməd Saleh əl-Useymin "Şərhu Hilyəti Talibil-İlm" səh. 93-94).
Alimlər bidət və hava əhlini tərk etməkdə və onlardan çəkindirməkdə icma etmişlər. Elə bu ad altında şeyx Xalid əz-Zufeyri kitab yazmış və kitabını da bu adla adlandırmışdır - "Alimlərin hava əhlini tərk etməkdə və onlardan çəkindirməkdə icması". 
Bu kitaba əsrin üç böyük alimi müqəddimə verərək, kitabı tərifləmişlər:
- Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun),
- Alləmə Zeyd ibn Muhəmməd əl-Mədxali (Allah ona rəhm etsin),
- Alləmə Ubeyd ibn Abdullah əl-Cəbiri (Allah onu qorusun).

https://menhec.net/node/368

http://telegram.me/menhecnet

#Bidətçilərlə_münasibət
👍2