mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
456 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr edilən tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra Nazirlik və tabeli qurumların müharibədə iştirak etmiş əməkdaşlarının döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən bəhs olunub.

Zəfər Günü münasibətilə Nazirliyin təşəbbüsü, Respublika Qan Bankının təşkilati dəstəyi ilə könüllü qanvermə aksiyası da keçirilib. Aksiyada Nazirliyin və tabeli qurumların əməkdaşları iştirak ediblər.

Ətraflı: https://bit.ly/4AiwsCi

#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
❤2👏1
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə hərbi və diplomatik müstəvilərdə əldə edilən tarixi Zəfər milli qürur salnaməmizə əbədi həkk olunub.

Qazanılmış Zəfərdən güc alaraq regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Zəfər Günümüz mübarək!

#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir, sakinlər doğma yurdlarına qayıdırlar.

Zəfər Günümüz mübarək!

#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
❤3
8 noyabr #Şuşa Şəhəri Günü kimi qeyd olunur.

Həyata keçirilən genişmiqyaslı layihələr Şuşanın müasir simasının formalaşmasına, sosial-iqtisadi potensialının güclənməsinə və gələcək inkişafına mühüm töhfə verir.

#RİNN #ŞuşaŞəhəriGünü
❤2
Channel photo updated
Üçrəngli dövlət bayrağımız Azərbaycanın müstəqilliyini, dövlətçilik ənənələrini və milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirir.

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, üçrəngli bayrağımızın hər zaman zirvələrdə dalğalanmasını arzulayırıq!

#RİNN #Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
❤3