mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində şəhidlərin ailə üzvlərinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib.

Şəhid ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması və #sosial inteqrasiyasına dəstək məqsədi daşıyan tədbir nazirlikdə üçüncü dəfə təşkil olunub.

Ətraflı: https://bit.ly/4e06WWL

#RİNN
❤6🙏1
#COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində #nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.

Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək #yol nəqliyyatının #monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xaqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Ətraflı: https://bit.ly/4fffxpJ

#RİNN
👍4❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal inkişaf və #innovasiya şöbəsinin əməkdaşları Arzu Abdullayeva və Nigar Həsənzadə “İnternet idarəçiliyi sahəsində tənzimləmə” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İnternetİdarəçiliyi
❤7👍1
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “#Texnologiya və #innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri, üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda “Texnologiya və innovasiyalar” işçi qrupunun cari il ərzində fəaliyyəti, eyni zamanda 26 sentyabr tarixində dərc edilmiş “2024-cü il üzrə Qlobal İnnovasiya İndeksi”nin (Qİİ-2024) nəticələri ətraflı şəkildə təhlil edilib.

Ətraflı: https://bit.ly/3AfvJIJ

#RİNN
👍6❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 7 noyabr 2024-cü il tarixində saat 09:30-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Qəbula 6 noyabr 2024-cü il tarixinə qədər Çağrı Mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
👍7❤1
Yeni texnologiyaların tətbiq edilməsilə #yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması layihəsi üzrə işlərin icrası davam etdirilir.

Ətraflı: https://ayna.gov.az/news/623

#RİNN #ElektronTərəzilər
👍6❤4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası təşkil olunub.

Bu xeyirxah təşəbbüs Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından, qanından keçmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilib.

Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları aksiyada iştirak ediblər.

Tədarük olunan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

#RİNN
❤4🙏1