mincom.gov.az
✔
519 subscribers
2.56K photos
115 videos
459 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Görüşdə #rəqəmsallaşma və nəqliyyat sahələri üzrə görülmüş işlər və planlar haqqında danışılıb.

Nazir Rəşad Nəbiyev İctimai Şura üzvlərinin rəy və təkliflərini dinləyib.

Sonda Şura üzvləri səmimi ortamda keçən görüşə görə minnətdarlıqlarını bildiriblər.

#RİNN
❤4
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən #Xankəndi şəhərində məskunlaşma olan bütün yaşayış məntəqələri və biznes subyektləri, #internet də daxil olmaqla, #telekommunikasiya xidmətləri ilə təmin olunub.

Ətraflı: https://bit.ly/41XUaEb

#RİNN #OnlaynAzərbaycan
❤3
Novruz və Ramazan bayramı günlərində əhalinin #nəqliyyat, #poçt, #telekommunikasiya, o cümlədən #internet, mobil #rabitə xidmətləri və #radio-#televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Bununla bağlı #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

#RİNN
❤4
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artaraq 554,0 milyon manat təşkil edib.

#RİNN
❤5
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artaraq 2,102.8 milyon manat təşkil edib.

#RİNN
❤6
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 1 aprel 2025-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Ucar, #Zərdab, #Ağsu və #Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 31 mart 2025-ci il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤5
Xalqımızın milli dəyərləri və mədəni irsini özündə simvolizə edən Novruz bayramı münasibətilə sizi təbrik edirik!

Qoy bu bayram hər birinizə sağlamlıq, xoşbəxtlik və rifah gətirsin!

#RİNN #NovruzBayramı
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əziz həmvətənlər,

Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, cansağlığı, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq!

#RİNN #RamazanBayramı
❤8
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür.

Bəşəri faciə olan soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirik!

#RİNN #31Mart
❤3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev #Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında sakinlərlə görüşüb.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.
❤6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi heyəti departamentinin direktoru Səid Orucov “Son illər dənizçilərin hazırlanması və sertifikatlaşdırılması istiqamətində hansı işlər görülür?” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.

Səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev, #innovasiya, elm və #texnologiya naziri Qila Qamliel, vençur fondları, texnoloji şirkətlər, Təl-Əviv Universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.

Eyni zamanda innovasiya, süni intellekt, #kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.

#RİNN
❤7