mincom.gov.az
✔
523 subscribers
2.57K photos
115 videos
460 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri arasında görüş keçirilib.

Görüşdə 2024-cü il 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub.

Həmçinin #aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə nəzərdə tutulan planlar barədə fikir mübadiləsi aparılıb.

Ətraflı: http://bit.ly/4nn2CqP

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyun 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində #Tərtər, #Ağdam, #Bərdə, #Ağcabədi, #Goranboy, #Laçın, #Xocalı rayonları və #Naftalan şəhərinin sakinlərini qəbul edəcək.

Qəbula 19 iyun 2025-ci il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤3
#Azərbaycan Çinin Karamay şəhərində keçirilən #Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərinin #İKT sahəsinə məsul nazirlik və agentlik rəhbərlərinin 4-cü görüşündə təmsil olunub.

Ətraflı: http://bit.ly/44kVGCN

#RİNN
❤3
Bu gün İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (#BTİ) Şurasının illik sessiyası işinə başlayıb. İclasda #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təmsilçilərindən ibarət heyət iştirak edir.

Təşkilatın idarəedici orqanı olan Şura BTİ-nin fəaliyyətinin əlaqələndirilməsinə, müvafiq konvensiyaların tətbiqinə, o cümlədən təşkilatın büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. Azərbaycan 26 sentyabr – 14 oktyabr 2022-ci ildə Buxarest şəhərində BTİ-nin Səlahiyyətli Konfransında Şuraya üzv seçilib və bu orqanda Şurada təmsil olunan 48 ölkədən biri olub.

Ətraflı: http://bit.ly/4n75l7v

#RİNN
👍4❤1
2025-ci ilin yanvar-may aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 1,416.9 milyon manat təşkil edib.

#RİNN
❤4
2025-ci ilin yanvar-may aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3% artaraq 5,590.1 milyon manat təşkil edib.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyunda Ağdam rayonunda #Tərtər, #Ağdam, #Bərdə, #Ağcabədi, #Goranboy, #Laçın, #Xocalı rayonları və #Naftalan şəhərinin sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤6
İyunun 19-da Bakı şəhərində #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq nümunəli Elektron Əmtəə-Nəqliyyat Qaiməsi (#eCMR) pilot layihəsinin icrasına dair üçüncü texniki görüş keçirilib.

Tədbirdə Azərbaycan tərəfdən dövlət rəsmiləri, texniki mütəxəssislər, özəl sektor nümayəndələri, həmçinin “eCMR” üzrə pilot layihənin tərəfdaşı olan Türkiyə Respublikasının nümayəndə heyəti və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (#UNECE) eksperti iştirak ediblər.

Görüş zamanı “eCMR” yol xəritəsinin icrası üzrə əldə edilən irəliləyişlər və iki ölkə arasında həyata keçiriləcək pilot mərhələyə hazırlıq işləri müzakirə olunub.

Ətraflı: http://bit.ly/3Txh0if

#RİNN
❤2👍2