mincom.gov.az
✔
521 subscribers
2.56K photos
115 videos
459 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 25 iyulda #Horadiz şəhərində #Beyləqan, #İmişli, #Xocavənd və #Füzuli rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (#İKTA) Texniki tənzimləmə şöbəsinin müdiri Asim Namazov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cahangir Atakişiyev “Ölkədə #internet xidmətlərinin keyfiyyəti” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤4
Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə Avropa Şurasının təşkilatçılığı ilə Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi (PRO-M-FEX) layihəsi çərçivəsində “Məlumatların mühafizəsi təcrübələri” adlı tədris səfəri təşkil edilib.

Səfər zamanı ölkəmizdə “Azərbaycan Respublikasının #informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında #Rəqəmsal #İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni #intellekt Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər, habelə informasiya təhlükəsizliyi və #kibertəhlükəsizlik, fərdi məlumatların işlənməsi və mühafizəsi, süni intellekt üzrə prioritet istiqamətlər barədə məlumat verilib.

Ətraflı: http://bit.ly/3GP9CMG

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev dünyanın aparıcı ticarət, logistika və #dənizçilik şirkətlərindən olan “Abu Dhabi Ports Group”un nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı şirkətlə #gəmi nəqliyyatı, #gəmiqayırma və logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

#RİNN
❤6
Azərbaycanda süni intellektin tətbiqi ilə bağlı milli standartların qəbul edilməsinə başlanılıb.

Ətraflı: http://bit.ly/4moAEcR

#RİNN
❤3
Azərbaycan dili milli kimliyimizin, mənəvi irsimizin və mədəni dəyərlərimizin ayrılmaz hissəsidir.

Ana dilimizin zənginliyini və təmizliyini qoruyaq, onu həm ənənəvi, həm də #rəqəmsal müstəvidə inkişaf etdirək!

#RİNN #AzərbaycanDiliGünü
❤4👍1
Bilet alışı, məlumat axını və xidmətlər daxil olmaqla, səyahətin hər mərhələsini rəqəmsallaşdırırıq.

Məqsədimiz bu keçidi çevik, şəffaf və əlçatan edərək, həm #sərnişin məmnuniyyətini artırmaq, həm də kağızdan istifadəni minimuma endirərək ətraf mühitə təsiri azaltmaqdır.

#RİNN #dəmiryolu
❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əbu-Dabi şəhərində dünyanın aparıcı texnologiya və #telekommunikasiya şirkətlərindən olan “Etisalat”ın sədri Jassim Mohammed ilə görüşüb.

Görüşdə telekommunikasiya sahəsində təcrübə mübadiləsi, məsləhət dəstəyi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda şəhər nəqliyyatı sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

Ətraflı: http://bit.ly/4mu8TQ1

#RİNN
❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə liman xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşmış “DP World” şirkətinin baş icraçı direktorunun müavini Yuvraj Naraian ilə görüşüb.

Görüşdə limanların və #logistika dəhlizlərinin rəqəmsallaşdırılması, “ağıllı” nəqliyyat sistemləri, dataya əsaslanan #mobillik həlləri ilə bağlı əməkdaşlıq, birgə müəssisənin yaradılması imkanlarına baxılması və investisiya məsələləri müzakirə edilib.

Həmçinin #dəniz, dəmir yolu və yol logistikası arasında infrastrukturun inteqrasiya edilməklə modernləşdirilməsi sahəsində təcrübə mübadiləsi və sabit qrafik üzrə işləyən blok qatarları ilə yükdaşımalara keçid barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin #Kibertəhlükəsizlik Şurasının nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycanın milli kibertəhlükəsizlik sahəsində mərkəzləşdirilmiş və inteqrasiya olunmuş yanaşma həyata keçirdiyi və bu modelin infrastrukturun qorunması, “#bulud” texnologiyaları, sektorlararası davamlılıq kimi prioritetlərə əsaslandığı barədə məlumat verilib.

Ətraflı: https://bit.ly/452cFuc

#RİNN
❤4
#İKT sahəsində nəhəng korporasiyalardan biri – “Huawei”in “Gələcəyin Toxumları” (Seeds for the Future) proqramının qalibi olan azərbaycanlı tələbələr Çində Yay Düşərgəsində iştirak edəcəklər. Həmin tələbələrlə #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində görüş keçirilib. Görüşdə “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin də iştirak edib.

Yolasalma mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, gənclərin İKT üzrə təlim kurslarında iştirakı sənaye innovasiyalarını anlamağa və sahibkarlıq ruhunu formalaşdırmağa kömək edəcək. “Huawei” şirkətinin Baş ofisi, Tədqiqat və İnkişaf Mərkəzinə səfər onlara #informasiya-#kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq imkanı qazandıracaq.

Ətraflı: http://bit.ly/4os53ZI

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirib.

Görüşdə süni #intellekt, #kibertəhlükəsizlik, #rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, #kadr potensialının artırılması, #təlim, mübadilə və #təqaüd proqramlarının təşkili məsələləri müzakirə edilib.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və #inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤6
6 avqustda ilk #internet serverinin istifadəyə verilməsi milyonlarla insan üçün bilik, informasiya və #innovasiya dünyasına yol açdı.

İnternetin imkanlarından səmərəli istifadə hər birimizin inkişafına və ölkəmizin #rəqəmsal gələcəyinə töhfə verir.

#RİNN #6Avqust #İnternetGünü
❤5