mincom.gov.az
✔
523 subscribers
2.57K photos
115 videos
461 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnkişaf Bankının bazar həlləri üzrə vitse-prezidenti cənab Barqav Dasqupta ilə görüş keçirib.

Görüşdə #AZCON Holding-ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələləri müzakirə edilib.

Eyni zamanda “Hökumət buludu”, hava nəqliyyatı, #metro, dəmir yolu və #avtomobil nəqliyyatı sahələri üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
“KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi, #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqlara #kiberqayğı” qrant layihəsi uğurla yekunlaşıb.

Ətraflı: https://bit.ly/46vQCwF

#RİNN
❤4
Qazaxıstanın Almatı şəhərində “Yeni İpək Yolu” VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzuları olub.

Ətraflı: https://bit.ly/4gRKHpf

#RİNN
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində yaradılan İnformasiya-#kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.

İclasda 2025-ci il üzrə Fəaliyyət Planına uyğun görülən işlər və həlli vacib məsələlər müzakirə edilib. Sahə üzrə aktual hesab edilən yeni 10 milli standart layihəsinin təsdiq olunması üçün Azərbaycan Standartlaşma İnstitutuna göndərilməsi qərara alınıb.

Ətraflı: http://bit.ly/4gW9l8j

#RİNN
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin dəstəyi, “İnnovasiya Könüllüləri” İctimai Birliyi, ABA Klinika və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (#AREA) təşkilatçılığı ilə “Hər uşaq bir dünyadır!” adlı maarifləndirici tədbir keçirilib.

Məqsəd #inklüziv təhsil imkanlarını genişləndirmək, ictimai maarifləndirməni gücləndirməkdir.

Ətraflı: http://bit.ly/48Se1K2

#RİNN
❤4