Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ölkəmizin firavan gələcəyi naminə fəaliyyətində davamlı müvəffəqiyyətlər arzulayırıq!
#RİNN #İlhamƏliyev
#RİNN #İlhamƏliyev
❤5
AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının ildönümüdür.
Həlak olanların xatirəsini hüznlə anırıq.
#RİNN

Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsində süni intellekt əsaslı #xəbər rubrikasının aparıcısı NaRİNN nəqliyyat və #telekommunikasiya sahələri üzrə ayın ən mühüm yeniliklərini çatdırır.
#RİNN #Smartİcmal #NaRİNN #Süniİntellekt

❤1👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 14:30-da rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “Nəqliyyatdan rəqəmsal xidmətlərə: 2025-ci ilin əsas nəticələri” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio

❤3
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsinin növbəti buraxılışında süni intellekt əsaslı #xəbər rubrikasının aparıcısı NaRİNN nəqliyyat və #telekommunikasiya sahələri üzrə ayın ən mühüm yeniliklərini çatdırır.
#RİNN #Smartİcmal #NaRİNN #Süniİntellekt
#RİNN #Smartİcmal #NaRİNN #Süniİntellekt
❤1
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin #nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və #telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
2025-ci il ölkəmizdə #rəqəmsal iqtisadiyyatın güclənməsi, “ağıllı” və dayanıqlı #nəqliyyat, beynəlxalq etimad və liderlik ili oldu.
Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Vətənimizə sülh və tərəqqi arzulayırıq!

❤6
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 9 yanvar 2026-cı il tarixində saat 09:00-da Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Xızı, #Siyəzən və #Şabran rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula 8 yanvar 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
#RİNN #VətəndaşQəbulu

❤4
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:
- Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.
- Ərazimizdən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib.
- Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək.
- Sözsüz ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq. Bu gün Azərbaycandan Qərbə doğru bir dəmir yolu marşrutu var, onların sayı iki olacaq.
- Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var.
- Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir.
- Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir.
- Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək.
- Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq və bu da çox önəmli layihə sayılmalıdır.

- Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir.
- Artıq Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqləndi. Qeyd etdiyim kimi, 10 yeni metro stansiyasının yeri də müəyyən olundu. O yerlər artıq onların sərəncamına verildi. Bundan başqa, əlavə iki depo da tikiləcək. Mövcud olan metro stansiyalarında optimallaşma layihələri icra edilir.
- Mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək.
- Yeni parklar, ictimai zonalar, istirahət zonaları yaradıldıqda mütləq onun nəqliyyat infrastrukturu da paralel olaraq öz həllini tapır.
- İndi velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq.
- Hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir. Hazırda havanı çirkləndirməyən elektrobuslar istehsal olunur. Həm dövlət, həm də özəl şirkətlər tərəfindən hər il yüzlərlə yeni avtobus gətiriləcək. Biz Bakının tıxac problemini belə həll edə bilərik.
- Bu gün Bakı-Sumqayıt dəmir yolu fəal işləyir.
- Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir.
- Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də var. Bizə 15 milyonluq, ola bilsin, 20 milyonluq sərnişin tutumlu terminal lazım olacaq.

❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirib.
Görüşdə Zəngəzur dəhlizi, Orta Dəhlizin inkişafı, dəmir yolu nəqliyyatı və digər məsələlər müzakirə olunub. Ölkəmizin #BMT institutları ilə əməkdaşlığı, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (#WTDC-25) Bakıda uğurla keçirilməsi yüksək qiymətləndirilib.
Vladanka Andreyevaya Azərbaycandakı fəaliyyəti dövründə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb.
Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.
Ətraflı: https://bit.ly/44WfKvq

❤2👎1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 9 yanvar tarixində Şabran şəhərində #Xızı, #Siyəzən və #Şabran rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

❤4👍1