mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Parisdə Beynəlxalq #Nəqliyyat Forumunun Nəqliyyatı İdarəetmə Şurasının fövqəladə sessiyası keçirilib. Beynəlxalq Nəqliyyat Forumu (BNF) Azərbaycanın sözügedən tədbirə sədrliyini yüksək qiymətləndirib.

İclasdan sonra BNF-nin sosial media hesabında paylaşılan açıqlamada iclasın uğurla idarə olunmasına və müzakirələrin səmərəli şəkildə yönləndirilməsinə görə Azərbaycana xüsusi minnətdarlıq ifadə edilib.

Ətraflı: https://bit.ly/45IzFhH

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində Baş nazirin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzalanıb. Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.

Daha sonra sənədin gələcək icra mexanizmləri müzakirə olunub.

Görüşdə, həmçinin #kibertəhlükəsizlik, #rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev #startap nümayəndələri ilə görüş keçirib.

Görüşdə ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Eyni zamanda #innovativ təşəbbüslərin təşviqi üçün irəli sürülən təkliflər nəzərdən keçirilib və dövlətin bu prosesdə göstərə biləcəyi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
Küveytdə #Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyası keçirilib. Tədbirdə ölkəmiz rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Baş Assambleya çərçivəsində süni intellektə dair dəyirmi masa müzakirələrində çıxış edən nazir müavini Samir Məmmədov ölkəmizdə süni #intellekt sahəsində həyata keçirilən tədbir və layihələrdən danışıb. O, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanın Süni İntellekt Strategiyası 2025 – 2028”, Rəqəmsal İnkişaf Strategiyası, Süni İntellekt Akademiyası, eləcə də Azərbaycanın rəqəmsal məhsul və həlləri (mygov, SİMA, Digital Bridge və s.) barədə ətraflı məlumat verib.

Ətraflı: https://bit.ly/3M8XM2y

#RİNN
❤3
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Həftəsi çərçivəsində keçirilən plenar sessiyada iştirak edib.

“#Transxəzər #nəqliyyat dəhlizi və regional iqtisadi bağlantılar” mövzusuna həsr olunan tədbirdə Orta Dəhlizin artan strateji əhəmiyyəti və ölkəmizin bu marşrutun inkişafındakı aparıcı rolu diqqətə çatdırılıb.

Ətraflı: https://bit.ly/4rEF9CK

#RİNN
❤2
#Rəqəmsal dövrdə internetdən təhlükəsiz və məsuliyyətli istifadə vacibdir.

Beynəlxalq Təhlükəsiz #İnternet Gününün keçirilməsində əsas məqsəd şəxsi məlumatların qorunması və rəqəmsal savadlılığın artırılması istiqamətində tədbirlərin təşviqi, istifadəçilərin təhlükəsiz onlayn davranış vərdişlərinin formalaşdırılması və rəqəmsal mühitdə məsuliyyətli iştirakın gücləndirilməsidir.

#RİNN #BeynəlxalqTəhlükəsizİnternetGünü
❤1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu fikirləri səsləndirib:

- Biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq.

- Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb.

- Hazırda bizim dəniz limanımızın yükaşırma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yükaşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti - bütün bunlar artıq bir üstünlükdür.
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə “Apple”, “Mastercard”, “Visa”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “bp”, “Lummus Technology” və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib.

Görüş zamanı #kibertəhlükəsizlik, süni #intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

#RİNN
❤2