mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə Ofisinin nümayəndələri, eləcə də Türkiyənin maliyyə və bank sektorunda təmsil olunan nüfuzlu şirkətlərin rəhbər şəxsləri ilə görüşüb.

Görüş zamanı #rəqəmsallaşma, süni #intellekt və #innovativ maliyyələşmə sahəsində Azərbaycanda görülmüş işlər barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

#RİNN
❤4
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
❤4
Azərbaycanın süni #intellekt bacarıqlarının inkişafına dair təcrübəsi Beynəlxalq Nəqliyyat Forumunun hesabatında yüksək qiymətləndirilib.

Hesabatda süni intellektin tətbiqi fonunda işçi qüvvəsinin bacarıqlarının inkişafı ilə bağlı siyasət yanaşmaları təhlil olunub və dövlətlər üçün əsas istiqamətlər müəyyən edilib. Bu çərçivədə “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası” müsbət nümunə kimi göstərilib.

Ətraflı: https://bit.ly/4siUZCJ

#RİNN
❤3👍2👏1
12 aprel Ümumdünya #Aviasiya və #Kosmonavtika Günüdür.

Bu əlamətdar gün aviasiya və kosmonavtika sahəsində əldə olunmuş mühüm nailiyyətləri və tarix boyu atılmış əhəmiyyətli addımları ön plana çıxarır.

Ölkəmiz də #kosmik ekosistemin inkişafına xüsusi diqqət yetirir, gələcək nəsillərin rifahı və elmi-texniki tərəqqi naminə bu istiqamətdə davamlı təşəbbüslər həyata keçirir.

#RİNN #AviasiyaVəKosmonavtikaGünü
❤3💯1
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Strateji baxışa əsaslanan #nəqliyyat planlaşdırılması: siyasətçilər üçün bələdçi” adlı beynəlxalq hesabatında Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi islahatlar müsbət təcrübə kimi qeyd olunub.

Hesabatın “Planlaşdırma alətləri” bölməsində 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurası xüsusi qeyd olunub. Bildirilib ki, Şura müxtəlif dövlət qurumları arasında koordinasiyalı fəaliyyəti təmin edir.

Ətraflı: https://bit.ly/3Q3vJmJ

#RİNN
❤2👍1👏1
Mərakeş şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 5-ci “Qlobal icra dəstəyi simpoziumu”nun açılış mərasimi olub. “Regional həllər, qlobal faydalar” mövzusunda keçirilən tədbirdə Azərbaycan #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Bu tədbir “ICAO”nun uzunmüddətli strateji məqsədlərinə nail olmaq, ümumi icra problemlərini aradan qaldırmaq və dayanıqlı aviasiyanı təşviq etmək üçün platforma rolunu oynayır.

Ətraflı: https://bit.ly/4syAr9s

#RİNN
❤4👏1💩1
2026-cı ilin ilk rübündə Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2% artaraq 931.7 milyon manat təşkil edib.

#RİNN
❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev (Rəşad Nəbiyev) Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında uzunmüddətli və strateji əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat sektorunda həyata keçirilən iri layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin dəmir yolu, #metro və aviasiya sahələrində icra olunan və planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları, qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də #rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

#RİNN
❤3👍2
2026-cı ilin ilk rübündə Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7% artaraq 3,435.0 milyon manat təşkil edib.

#RİNN
👍3❤2
Azərbaycan nümayəndə heyəti “ICAO”nun rəhbərliyi, Mərakeş Krallığının #nəqliyyat və logistika naziri ilə görüşlər keçirib.

Ətraflı: https://bit.ly/4cdydYk

#RİNN
❤3💩1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib, mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.

Ətraflı: https://bit.ly/4cj992g

#RİNN
❤2👍1
Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 24 aprel 2026-cı il tarixində saat 09:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində Kəlbəcər rayonunun sakinlərini qəbul edəcək.

Qəbula 23 aprel 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤2👍1