mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
❤3👍1
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.

Dövlətimizin başçısı zirvə görüşündə çıxış edərək bildirib ki:

- Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır.

- Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır.

- Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.

- Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

- Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.
❤2
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Belə ki, #rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında vahid platforma üzərindən təqdim edilməsi çərçivəsində Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “#mygov” platformasına inteqrasiya edilib.

Yeni inteqrasiya nəticəsində vətəndaşlar Ədliyyə Nazirliyinin təqdim etdiyi bir sıra xidmətlərdən artıq ayrı-ayrı platformalara keçid etmədən birbaşa “mygov” üzərindən istifadə edə bilərlər. Bu yanaşma dövlət xidmətlərinin vahid platformaya inteqrasiyası, istifadəçi təcrübəsinin sadələşdirilməsi və xidmətlərə çıxışın asanlaşdırılması məqsədini daşıyır.

Ətraflı: https://bit.ly/4uRREwh

#RİNN
❤2👍1
17 may Ümumdünya #Telekommunikasiya və #İnformasiya Cəmiyyəti Günüdür.

Həyata keçirdiyimiz təşəbbüslərlə rəqəmsal inkişafın təşviqinə, innovasiyaların dəstəklənməsinə və daha dayanıqlı, müasir informasiya mühitinin formalaşmasına töhfə verməyə davam edirik.

#RİNN #TelekommunikasiyaGünü
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 22 may 2026-cı il tarixində saat 09:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Xızı, #Abşeron, #Zəngilan, #Qubadlı rayonları və #Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Qəbula 21 may 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (mincom@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤1
“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi və #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Uşaqlara #kiberqayğı 2” qrant layihəsi başlayıb.

Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində maarifləndirici təlim təşkil olunub.

Ətraflı: https://bit.ly/42HaiuJ

#RİNN
❤1👍1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.

Görüşdə Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə “Bakı – Tbilisi – Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda – Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.

Ətraflı: https://bit.ly/4untuda

#RİNN
❤2
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki:

- Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

- İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.
❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alwaleed Philanthropies” təşkilatının Baş katibi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ərəb dövlətləri üzrə xoşməramlı səfiri Şahzadə Lamia bint Məcid Al Səud ilə görüşüb.

Görüşdə rəqəmsal inkişaf və süni #intellekt sahələrində mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda aşağı gəlirli ailələr və kənd yerlərində rəqəmsal savadlılığın artırılması, kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal hazırlığının təşviqi, eləcə də #innovasiya laboratoriyaları sahəsində birgə fəaliyyətin perspektivləri müzakirə edilib.

#RİNN
❤1👍1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib.
❤3