mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (#WUF13) “Şəhərlər üçün süni #intellekt: şəhər planlaşdırılması və ağıllı, dayanıqlı icmaların qurulması” adlı iclasında çıxış edib.

Nazir müavini bildirib ki, Azərbaycan daha “ağıllı”, təhlükəsiz, dayanıqlı şəhər və icmaların formalaşdırılması məqsədilə süni intellekt texnologiyalarını şəhər və regional inkişaf sistemlərinə inteqrasiya edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin milli rəqəmsal transformasiya gündəliyinin əsas prioritetlərindən biridir.

Ətraflı: https://bit.ly/4dmIYrY

#RİNN
👍3❤1👎1
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,0% artaraq 1,271.2 milyon manat təşkil edib.

#RİNN
❤2
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6% artaraq 4,748.6 milyon manat təşkil edib.

#RİNN
❤2
“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi və #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə icra olunan “Uşaqlara #kiberqayğı 2” qrant layihəsi çərçivəsində 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici təlim təşkil edilib.

Təlimdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlara #internet dünyasının təhlükələri, fərdi məlumatların mühafizəsi metodları, sosial platformalarda təhlükəsiz fəaliyyət və əsas #kibergigiyena qaydaları izah edilib. Bununla yanaşı, texnoloji dövrdə hər bir uşağın bərabər imkanlara sahib olması üçün müasir rəqəmsal bacarıqların necə inkişaf etdirilməsi barədə söhbət açılıb.

Ətraflı: https://bit.ly/4wERVo1

#RİNN
❤1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ Azərbaycanın Milli #Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləməsi;
✅ Balakən #kanat yolunun inşasına başlanılması;
✅ Milli #Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya Təlim Mərkəzinin açılışı

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 22 may tarixində Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Xızı, #Abşeron, #Zəngilan, #Qubadlı rayonları və #Sumqayıt şəhər sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤3👍1
“KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi və #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə icra olunan “Uşaqlara #kiberqayğı 2” qrant layihəsi çərçivəsində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici təlim təşkil edilib.

Ətraflı: https://bit.ly/4fLdWLE

#RİNN
❤3