mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Sentyabrın 21-də Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən “İstedad” liseyinin nəzdində yaradılmış STEAM və İnnovasiyalar Mərkəzinin açılış mərasimi olub.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.

Daha ətraflı: https://tinyurl.com/3f4ffm4b

#MDDTAzerbaijan #RİNNAzərbaycan #TəhsilNazirliyi #STEAM
👍12
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilmə nəticələrinin İnnovasiya üzrə İşçi qrupu tərəfindən müzakirəsi keçirilib.

Daha ətraflı: https://tinyurl.com/2s4fscrw

#MDDTAzerbaijan #RİNNAzərbaycan #innovasiya #nəqliyyat
👍7
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova 2-6 oktyabr tarixində ölkəmizdə keçiriləcək konqresə son hazırlıq işləri barədə danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #Azercosmos #Azərkosmos #IAC2023
👍10
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizi ehtiramla anırıq. Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!

#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#AnımGünü
👍13
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.

Ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad olunub.

Daha ətraflı: https://tinyurl.com/5n8sjsc9

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AnımGünü
❤12👍1
Bu gün Bakı şəhərində Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi öz işinə başlayıb.

Azərbaycanda ilk dəfə keçirilən konqresdə 50 ölkəni təmsil edən 150-dən çox gənc iştirak edir.

Tədbirin keçirilməsində məqsəd gənclərin kosmik sənaye sahəsində çalışan qeyri-hökumət təşkilatları, kosmik araşdırmalar institutları və akademik dairələrlə ünsiyyətini intensivləşdirmək, onların bu sahədə bacarıqlarını artırmaqdır.

Daha ətraflı: https://tinyurl.com/3j3dvrfx

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos
👍13