mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.

Ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad olunub.

Daha ətraflı: https://tinyurl.com/5n8sjsc9

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AnımGünü
❤12👍1
Bu gün Bakı şəhərində Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi öz işinə başlayıb.

Azərbaycanda ilk dəfə keçirilən konqresdə 50 ölkəni təmsil edən 150-dən çox gənc iştirak edir.

Tədbirin keçirilməsində məqsəd gənclərin kosmik sənaye sahəsində çalışan qeyri-hökumət təşkilatları, kosmik araşdırmalar institutları və akademik dairələrlə ünsiyyətini intensivləşdirmək, onların bu sahədə bacarıqlarını artırmaqdır.

Daha ətraflı: https://tinyurl.com/3j3dvrfx

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos
👍13
25-27 sentyabr tarixlərində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində nazir silsilə görüşlər keçirib.

Daha ətraflı: https://tinyurl.com/2k2acnrp

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKT #nəqliyyat #aviasiya
👍9❤5