mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5% artaraq 1,966.5 milyon manat təşkil edib.

#RİNN
❤2👍1👎1
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,0% artaraq 7,817.6 milyon manat təşkil edib.

#RİNN
❤1👎1👏1
mincom.gov.az
Photo
Xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi – Rəqəmsal #Logistika Platformasının rəsmi təqdimatı olub. Tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Platforma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli Fərmanına uyğun olaraq #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini inteqrasiya edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına proseslərə daha sadə, şəffaf və izlənilə bilən çıxış imkanı yaradır. Bu yanaşma sahibkarlar üçün inzibati yükün azaldılmasına, dövlət xidmətlərinə çıxışın sadələşdirilməsinə və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Uzunmüddətli perspektivdə isə daha çevik və dayanıqlı xarici ticarət ekosistemi biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ticarət proseslərinin optimallaşdırılmasına, ölkənin iqtisadi inkişaf məqsədlərinin dəstəklənməsinə və vətəndaşların istifadə etdiyi məhsul və xidmətlərin təchizat zəncirinin daha dayanıqlı təşkilinə töhfə verir.

Ətraflı: https://bit.ly/4wgiGi8

#RİNN
❤1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ “EPAM Azərbaycan” Mərkəzinin fəaliyyətə başlaması;
✅ Mərkəzi piyada zonalarında ödənişsiz şatlların fəaliyyətə başlaması

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤1👏1
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin iclasında qurumun əsas analitik sənədlərindən olan “Transport Outlook 2027” hesabatının hazırlanması məsələsi müzakirə edilib.

BNF Katibliyi bu məqsədlə yaradılan İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib və prosesə mühüm töhfə verən 12 ölkəyə, o cümlədən Azərbaycana təşəkkür edib.

Məlumat üçün deyək ki, Azərbaycan İşçi qrupda #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi ilə təmsil olunur. Nazirlik beynəlxalq nəqliyyat siyasəti, dayanıqlı #mobillik, #rəqəmsallaşma və gələcəyin nəqliyyat tendensiyaları ilə bağlı müzakirələrdə fəal iştirak edir.

Ətraflı: https://bit.ly/4bwG2HH

#RİNN
❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev “Samsung C&T Corporation Engineering & Construction Group”un prezidenti və baş icraçı direktoru Oh Se Çul və Qlobal biznes və əməliyyatlar bölməsinin prezidenti Kim Cunq Vuk ilə görüş keçirib.

Görüşdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələr müzakirə edilib.

Eyni zamanda Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri və bu istiqamətdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2👍1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ “Onlayn Azərbaycan” layihəsinin dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilməsi;
✅ “Dostlug” neftdaşıyan tankerinin açılış mərasiminin keçirilməsi

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyul tarixində Xaçmaz şəhərində #Quba, #Qusar və #Xaçmaz rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤2👍1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Dövlətimizin başçısı çıxışında bildirib ki:

- Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan – Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.

- Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yük Azərbaycan ərazisindən keçib.
👍3❤1
22 İyul – Milli #Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasını və inkişaf yolunu əlamətdar edən xüsusi gündür.

Bu gün münasibətilə bütün #media nümayəndələrini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

#RİNN #MilliMətbuatGünü
❤2
Beynəlxalq Nəqliyyat Forumu (BNF) ictimaiyyət üçün əlçatan elektrik #nəqliyyat vasitələrinin enerjidoldurma infrastrukturuna həsr olunan yeni hesabat yayımlayıb.

Hesabatda Azərbaycanın tətbiq etdiyi fiskal təşviq mexanizmləri beynəlxalq təcrübələr sırasında qeyd olunub. Ölkələrin, o cümlədən Azərbaycanın elektromobilliyin inkişafını dəstəkləmək üçün öz milli şəraitinə uyğun təşviq mexanizmlərindən istifadə etdiyi bildirilib.

Ətraflı: https://bit.ly/4fu2Toz

#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤3