mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyul tarixində Xaçmaz şəhərində #Quba, #Qusar və #Xaçmaz rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤2👍1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Dövlətimizin başçısı çıxışında bildirib ki:

- Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan – Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.

- Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yük Azərbaycan ərazisindən keçib.
👍3❤1
22 İyul – Milli #Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasını və inkişaf yolunu əlamətdar edən xüsusi gündür.

Bu gün münasibətilə bütün #media nümayəndələrini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

#RİNN #MilliMətbuatGünü
❤2
Beynəlxalq Nəqliyyat Forumu (BNF) ictimaiyyət üçün əlçatan elektrik #nəqliyyat vasitələrinin enerjidoldurma infrastrukturuna həsr olunan yeni hesabat yayımlayıb.

Hesabatda Azərbaycanın tətbiq etdiyi fiskal təşviq mexanizmləri beynəlxalq təcrübələr sırasında qeyd olunub. Ölkələrin, o cümlədən Azərbaycanın elektromobilliyin inkişafını dəstəkləmək üçün öz milli şəraitinə uyğun təşviq mexanizmlərindən istifadə etdiyi bildirilib.

Ətraflı: https://bit.ly/4fu2Toz

#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤3
Azərbaycan dilinin #rəqəmsal mühitdə inkişafı və müasir texnologiyalarda geniş tətbiqi onun gələcəyə daşınmasının əsas təminatlarından biridir.

Dilimizin rəqəmsal gələcəyinə birlikdə töhfə verək!

#RİNN #AzərbaycanDiliGünü
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 6 avqust 2026-cı il tarixində saat 10:00-da Zəngilan rayonunun Ağalı kəndində #Zəngilan, #Cəbrayıl və #Qubadlı rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 5 avqust 2026-cı il tarixinə qədər yazılmaq mümkündür.

Veb-sayt: https://mincom.gov.az/az/elaqe/qebula-yazil
Çağrı mərkəzi: “1655”
Telefon: 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290)
Elektron poçt: office@mincom.gov.az

#RİNN #VətəndaşQəbulu
❤3👎1
#Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 − 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına əsasən həyata keçirilib.

Məqsəd #nəqliyyat sektorunda avtonom gəmidən istifadə üzrə hüquqi tənzimləmənin təkmilləşdirilməsi, sahəvi qanunvericiliyin bir-birinə uyğunlaşdırılması, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, bununla bağlı normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasıdır.

Ətraflı: https://bit.ly/3U8D9Ha

#RİNN
❤2
“#Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklər #avtonom pilotsuz uçuş aparatlarına dair texnologiyaların hüquqi tənzimlənməsini təmin etməyə yönəlib. Dəyişikliklərin əsas məqsədi mülki və eksperimental məqsədlərlə istifadə olunacaq avtonom pilotsuz uçuş aparatlarının hüquqi statusunu müəyyənləşdirmək, onların istismarı ilə bağlı tələbləri dəqiqləşdirmək və uçuşların təhlükəsizliyinin təmini üçün milli qanunvericilik tələbləri yaratmaqdır.

Ümumilikdə dəyişikliklər avtonom pilotsuz aviasiya sahəsində təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, #innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit formalaşdıracaq və Azərbaycanın bu sahədə beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyəcək.

Ətraflı: https://bit.ly/4fOJfDQ

#RİNN
❤3
“Azərbaycan Respublikasında #rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində #avtonom #nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub.

Sənəd yerüstü nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional əsasların yaradılmasını nəzərdə tutur. İlk dəfə olaraq “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib.

Ətraflı: https://bit.ly/4c1VWtV

#RİNN
❤3👏1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, #logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, #liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, #avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

#RİNN
❤1👎1
İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uşaqların sosial şəbəkə platformalarında təhlükəsizliyinin daha effektiv təmin edilməsinə, onların #rəqəmsal mühitdə formalaşan mənfi təsirlərdən qorunmasına yönəlib.

Qanun layihəsi “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Ətraflı: https://bit.ly/4hQOpBP

#RİNN
❤2👍2
İlk #internet serverinin istifadəyə verilməsi #rəqəmsal dövrün başlanğıcını qoyan mühüm hadisələrdən biri kimi tarixə düşdü.

Bu gün internet yalnız #informasiya mübadiləsi vasitəsi deyil, həm də qlobal rəqəmsal transformasiyanın hərəkətverici qüvvəsi kimi çıxış edir.

#RİNN #İlkİnternetServeriGünü
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 6 avqust tarixində Zəngilan rayonunun Ağalı kəndində #Zəngilan, #Cəbrayıl və #Qubadlı rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤1👎1