#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çinin ən iri dövlət şirkətlərindən biri olan “CITIC Group”un vitse-prezidenti Benjamin Baonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Bakıda həyata keçirilməsi nəzərdə tutulan süni #intellekt hesablama platforması layihəsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Mərhələli şəkildə həyata keçirilməsi və ilkin gücünün 1 GVt-a qədər olması nəzərdə tutulan platforma ilə bağlı “CITIC Group”un potensial tərəfdaş, o cümlədən maliyyələşdirmə və tikinti-quraşdırma işlərinin icrasında iştirakçı qismində cəlb olunması məsələsi müzakirə mövzularından biri olub.
Ətraflı: https://bit.ly/3RMzBKc
#RİNN

❤3
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin
müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,4% artaraq 2,378.6 milyon manat təşkil edib.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1% artaraq 9,206.6 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤3
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:
- Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir.
- İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib.
- Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib.
- Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.
- Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.

❤1👍1
mincom.gov.az
Photo
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
Dövlətimizin başçısı çıxış edərək bildirib ki:
- Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var... Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir... Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir.
Nəqliyyat sektorundakı layihələrə toxunan dövlət başçısı Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib. Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb. Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Bakıdan Ermənistan sərhədinə qədər təxminən 400 kilometr məsafədə olan mövcud dəmir yolu xəttinin bir hissəsini sıfırdan yenidən qurur və modernləşdirir. Xəttin Naxçıvan hissəsi isə təxminən 200 kilometrdir. Bu, Orta Dəhlizin əhəmiyyətli bir qolu olacaq.

❤1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ən vacib və aktual yenilikləri sizə təqdim edir.
Budəfəki buraxılışda:
✅ Daha 100 nəfərin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olması;
✅ 135 nömrəli marşrutun avtobuslarının dəyişdirilməsi
və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.
#RİNN #NaRİNN

26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.
Laçın şəhəri bu gün azadlığın, dirçəlişin və davamlı inkişafın yeni dövrünü yaşayır.
#RİNN #LaçınŞəhəriGünü

❤2
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ən vacib və aktual yenilikləri sizə təqdim edir.
Budəfəki buraxılışda:
✅ Metro xətlərinin ayrılması ilə bağlı AYNA-nın dəstəkləyici tədbirlər görməsi;
✅ 195E nömrəli ekspres marşrutunun fəaliyyətə başlaması;
✅ Hesabınızın təhlükəsizliyinin təmin olunması
və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.
#RİNN #NaRİNN
Budəfəki buraxılışda:
✅ Metro xətlərinin ayrılması ilə bağlı AYNA-nın dəstəkləyici tədbirlər görməsi;
✅ 195E nömrəli ekspres marşrutunun fəaliyyətə başlaması;
✅ Hesabınızın təhlükəsizliyinin təmin olunması
və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.
#RİNN #NaRİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 4 sentyabr 2026-cı il tarixində saat 09:30-da Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında #Tərtər, #Ağdam, #Goranboy, #Ağcabədi, #Bərdə rayonlarının və #Naftalan şəhərinin sakinlərini qəbul edəcək.
Qəbula 3 sentyabr 2026-cı il tarixinə qədər yazılmaq mümkündür.
Veb-sayt: https://mincom.gov.az/az/elaqe/qebula-yazil
Çağrı mərkəzi: 1655
Telefon: 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290)
Elektron poçt: office@mincom.gov.az
#RİNN #VətəndaşQəbulu

Azərbaycan Respublikası nüfuzlu #Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub.
Bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və #vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və #İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıq imkanları açılacaq. Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirəcək, dövlət xidmətlərinin rəqəmsallaşması istiqamətində isə e-hökumət, süni #intellekt və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq.
Ətraflı: https://bit.ly/3UjOfJM

❤1👏1
Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı bildirib ki:
- Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.
- İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki:
- Əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk.
- Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərindən əsas oyunçudur.

❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov Seneqal Respublikasının Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Səfər İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Görüş zamanı Azərbaycan və Seneqal arasında rəqəmsal inkişaf və #innovasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən ötən ilin dekabrında imzalanmış anlaşma memorandumları çərçivəsində görülmüş işlər müzakirə edilib.
Ətraflı: https://bit.ly/4d4Loe3