mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın Biznes, İnnovasiya və Ticarət Departamentinin ticarət üzrə dövlət naziri Anas Sarvar ilə görüşüb.
 
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı, xüsusilə nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və #kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
 
Nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə Yol Xəritəsi ilə birlikdə Anlaşma Memorandumu imzalanıb və sənəddə nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək məqsədilə Birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəlinib.
 
Həmçinin nəqliyyat infrastrukturunun inkişafı və prioritet layihələrin maliyyələşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
 
#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson ilə görüşüb.
 
Görüşdə Azərbaycan–Estoniya əlaqələrinin inkişaf perspektivləri, xüsusilə rəqəmsal inkişaf, süni intellekt, #innovasiya və texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
 
Həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşıdakı Hökumətlərarası Komissiyanın iclası və Estoniya texnologiya şirkətləri ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
 
#RİNN
❤1
❤1
mincom.gov.az
Photo
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.

Dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki:

- Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir.

- Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir – keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov Dünya Bankı Qrupunun Azərbaycan üzrə ölkə meneceri Saşa Bakes ilə görüşüb.
 
Görüşdə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
 
Tərəflər, həmçinin rəqəmsal transformasiya, süni intellekt əsaslı infrastrukturun inkişafı, məlumat mərkəzləri və “Hökumət buludu”, #kibertəhlükəsizlik üzrə mütəxəssislərin, eləcə də rəqəmsal bacarıqlara malik kadrların hazırlanması sahələrində Dünya Bankının mümkün dəstəyi barədə fikir mübadiləsi aparıblar.
 
#RİNN
❤1
Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə #poçt xidmətləri ənənəvi məktub və bağlama çatdırılmasından elektron ticarət göndərişlərinədək geniş xidmət imkanları ilə əhəmiyyətini qoruyur.

Bu xidmətlərin etibarlı və keyfiyyətli şəkildə göstərilməsində əməyi olan bütün poçt işçilərini Ümumdünya Poçt Günü münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

#RİNN #ÜmumdünyaPoçtGünü
❤1
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki:

- Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal–Cənub və Şərq–Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.

- 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq–Qərb marşrutu və Şimal–Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.
❤1
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüş keçirib.

Görüşdə Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-#kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və #innovasiya istiqamətlərində təcrübə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər #İKT və #poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılması, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqi məsələləri barədə fikir mübadiləsi aparıblar.

#RİNN
❤2