mincom.gov.az
✔
520 subscribers
2.56K photos
115 videos
459 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Azərkosmosun Strateji inkişaf və planlama departamentinin direktoru Natavan Həsənova hazırda keçirilən Ümumdünya Kosmos Həftəsi haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #Azercosmos #Azərkosmos
👍9
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib.

Daha ətraflı: https://tinyurl.com/2v2398cs

#MDDTAzerbaijan #RİNNAzərbaycan #radio #televiziya
👍8
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin departament direktoru Sübhan Əbilov ictimai nəqliyyat sahəsində islahatlar haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #AYNA #nəqliyyat
👍5
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 16 oktyabrda Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Daha ətraflı: https://tinyurl.com/3y69vttj

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Vətəndaşqəbulu
👍9
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Zaqatala rayonuna səfəri çərçivəsində şəhid polkovnik-leytenant Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.

Görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan danışıblar.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Vətəndaşqəbulu
👍9
17 Oktyabr Füzuli Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Sevindiricidir ki, artıq Füzuli sakinlərinin doğma yurda böyük qayıdışı başlayıb.
👍4
16-20 oktyabr tarixlərində Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən uçuşların təhlükəsizliyinə dair “Təhlükəsizlik məlumatı və təhlükəsizlik göstəricilərinin idarə edilməsi” mövzusunda seminar keçirilir.

Daha ətraflı: https://tinyurl.com/4sabf5vv

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ICAO #aviasiya
👍7
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olur. Qürurvericidir ki, hazırda Azərbaycan xalqı bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə xalqımızı təbrik edirik!

#18oktyabr
👍13❤2
20 Oktyabr Zəngilan Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Azərbaycanın qazandığı böyük qələbənin nəticəsidir ki, doğma sakinləri Zəngilana qayıdışın sevincini yaşayırlar.
👍11
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "Aztelekom" MMC-nin Müştərilərlə əlaqələr departamentinin direktoru Faiq Dadaşov və 1 saylı Rabitə xidmətləri mərkəzinin direktoru Əli Həsənov qurumun fəaliyyət istiqamətləri haqqında danışacaqlar.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom #rabitə
👍10👏1
25 Oktyabr Qubadlı Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Qürurvericidir ki, hazırda Qubadlıda böyük quruculuq işləri həyata keçirilir.
❤8👍5
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə qurumun fəaliyyət istiqamətləri, eləcə də mövcud kibertəhlükələr və onlardan qorunmaq yolları haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ETX #certaz #cybersecurity #kibertəhlükəsizlik
👍9
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Şuşa şəhərində ilkin olaraq 500 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb və şəbəkə quraşdırılıb. Hazırda Şuşa şəhərində 99 abunəçi GPON texnologiyası xidmətlərindən yararlanır.

Daha ətraflı: https://tinyurl.com/3t9d6yht

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom #GPON
👍6👏2