mincom.gov.az
✔
520 subscribers
2.56K photos
115 videos
459 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Birliyimizi, mübarizliyimizi və məğrurluğumuzu təcəssüm etdirən Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edirik!

#17noyabr
👍13
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın ikinci günü Bakıda keçirilir.

Konfrans çərçivəsində “Zəngəzur dəhlizi təşəbbüsü regional əməkdaşlıq və inkişaf üçün katalizator kimi”, “Beynəlxalq nəqliyyat dəhlizləri üçün innovativ gömrüklər”, “Beynəlxalq nəqliyyat və logistik dəhlizlər sülh və tərəfdaşlığın vasitəsi kimi”, “Nəqliyyat və logistika sənayelərinin modernləşdirilməsində əsas trendlər”, “Logistika siyasətinin dizayn və həyata keçirilməsi”, “Orta Dəhliz boyu nəqliyyat xidməti infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması” və “Zəngəzur dəhlizinin regional inteqrasiyanın inkişafında rolu” mövzusunda panellər təşkil olunacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍11
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın ikinci günü Bakıda keçirilib.

Konfransın ikinci günündə açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov konfransın regionda nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, eləcə də çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə panel müzakirələr təşkil olunub.

Daha ətraflı: https://tinyurl.com/35v9atmn

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍10
Media is too big
VIEW IN TELEGRAM
16-17 noyabrda Zəngilan və Bakı şəhərlərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” adlı beynəlxalq konfransın icmal videosunu təqdim edirik.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍5
20 noyabr Ağdam Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Qürurvericidir ki, hazırda Ağdamda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir.
❤5👍1