mincom.gov.az
✔
519 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

Daha ətraflı: https://tinyurl.com/5n8vt9ah

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKT #kibertəhlükəsizlik #cybersecurity
👍12
6-7 dekabr tarixlərində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İraq Respublikasında səfərdə olub.

Daha ətraflı: https://tinyurl.com/4xxvrd28

#MDDTAzerbaijan #RİNNAzərbaycan #nəqliyyat #yükdaşımalar
👍11
“Aztelekom” MMC Yevlax şəhərində, Aran qəsəbəsində, Yevlax rayonunun Cırdaxan, İrəvanlı, Hacıselli, Havarlı, Marzılı, Nərimanabad, Duzdağ, Nemətabad, Qoyunbinəsi, Malbinəsi, Kolanı və Aşağı Salamabad kəndlərində GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.Rayon ərazisində 18008 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib.

Hazırda 8805 abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.

Daha ətraflı: https://tinyurl.com/bd6rmkt6

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom #GPON
👍11
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 888 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Ümumilikdə 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 58%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib.

Daha ətraflı: https://tinyurl.com/22cmyucv

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom #GPON
👍11
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi, rezident tvinninq məsləhətçisinin tərəfdaşı Lalə Məmiyeva və rezident tvinninq məsləhətçisinin assistenti Zöhrə Məmmədova “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində keçirilən film müsabiqəsi haqqında danışacaqlar.

Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və benefisiarı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio
👍13
12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Günüdür.

Ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü və milli-mənəvi dəyərlərə qayıdış Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik.
👍18
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin vəfatından 20 il ötür.

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Daha ətraflı: http://tinyurl.com/bdhzk34y

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👍13❤4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri üçün ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Böhran kommunikasiyası təlimləri başa çatıb. Dekabrın 12-də təlim proqramının Məzun günü keçirilib.

2 ay davam edən təlimlərdə nazirlik və tabeli qurumların 62 nümayəndəsi iştirak edib. İştirakçılara böhran zamanı vacib mesajların sürətlə hazırlanması, media ilə işin təşkili, ictimaiyyətə məlumatın operativ ötürülməsi və digər mövzular tədris olunub.

Tədbirin sonunda təlim proqramının iştirakçılarına sertifikatlar təqdim olunub.

Daha ətraflı: http://tinyurl.com/wxrm9vr2

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ADAUniversity #CrysisCommunication
👍8👏4