mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Daha ətraflı: https://tinyurl.com/3b7tarzf

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom #GPON #OnlaynAzərbaycan
👍13
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev 2023-cü ilin yekunları haqqında danışacaq.

Canlı yayımı həm “ASAN Radio”da dinləmək, həm də nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #Aztelekom #GPON
👍12
Son 20 ildə Azərbaycanda mobil şəbəkə üzrə əldə edilmiş əsas nailiyyətləri təqdim edirik.

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👍12
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə ərazisi mərhələli şəkildə yüksəksürətli internetlə təmin edilir. Belə ki, ümumilikdə indiyədək 2 milyona yaxın ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #internet #OnlineAzərbaycan #GPON
👍8
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvan şəhərində vətəndaşları qəbul edib

Daha ətraflı: http://tinyurl.com/2p8pm88b

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍10
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Naxçıvan şəhərinə səfəri çərçivəsində şəhid mayor Həsənov Sadiq Əli oğlunun ailəsini ziyarət edib.

Görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan danışıblar.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍13
Azərbaycan poçtunun son 20 illik inkişaf yolu – MƏQALƏ

Son 20 ildə yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC böyük inkişaf yolu keçib. Bu illər ərzində qurum genişçeşidli xidmətlər göstərməyə başlayıb.

Çoxsahəli yanaşma Azərbaycanda fiziki şəxslərə, müəssisələrə və təşkilatlara öz kommunikasiya ehtiyaclarını səmərəli şəkildə idarə etməyə, eyni zamanda “Azərpoçt” MMC tərəfindən təqdim edilən logistika və maliyyə xidmətlərindən faydalanmağa imkan verir. Hazırda respublika ərazisində 1000-dən çox poçt şöbəsi və 4500-dən çox əməkdaşla vətəndaşlara xidmət göstərilir.

Daha ətraflı: http://tinyurl.com/5f2yy64d

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azərpoçt
👍9
“Aztelekom” MMC Balakən rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 96%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə də şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb və vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Yeni qoşulmalar davam etdirilir.

Daha ətraflı: http://tinyurl.com/22h2p55a

#MDDTAzerbaijan #RİNNAzərbaycan #internet #GPON
👍11