mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Azərbaycan poçtunun son 20 illik inkişaf yolu – MƏQALƏ

Son 20 ildə yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC böyük inkişaf yolu keçib. Bu illər ərzində qurum genişçeşidli xidmətlər göstərməyə başlayıb.

Çoxsahəli yanaşma Azərbaycanda fiziki şəxslərə, müəssisələrə və təşkilatlara öz kommunikasiya ehtiyaclarını səmərəli şəkildə idarə etməyə, eyni zamanda “Azərpoçt” MMC tərəfindən təqdim edilən logistika və maliyyə xidmətlərindən faydalanmağa imkan verir. Hazırda respublika ərazisində 1000-dən çox poçt şöbəsi və 4500-dən çox əməkdaşla vətəndaşlara xidmət göstərilir.

Daha ətraflı: http://tinyurl.com/5f2yy64d

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azərpoçt
👍9
“Aztelekom” MMC Balakən rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 96%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə də şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb və vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Yeni qoşulmalar davam etdirilir.

Daha ətraflı: http://tinyurl.com/22h2p55a

#MDDTAzerbaijan #RİNNAzərbaycan #internet #GPON
👍11
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsini dərin ehtiramla anırıq.

#20January1990 #20yanvar
🙏10
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.

Daha ətraflı: http://tinyurl.com/37rfdjdp

#20January1990 #20yanvar
🙏6❤1
Azərbaycan regional kosmik gücə çevrilib – MƏQALƏ

Azərbaycan milli kosmik sənayeni uğurla inkişaf etdirir. Bu, ölkənin müasir qlobal çağırışlara və tendensiyalara adekvat cavabı, Dördüncü Sənaye İnqilabında müəyyən etdiyi hədəfə doğru irəliləməsidir.

Prezident İlham Əliyev hədəfi aydın və dəqiq ifadə edib: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır”.

Ölkədə texnoloji inkişafın təmin edilməsi, innovativ cəmiyyətin formalaşdırılması üçün həyata keçirilən irimiqyaslı layihələr arasında kosmik sahənin qurulması və inkişafı proqramının özünəməxsus yeri var.

Daha ətraflı: http://tinyurl.com/3575sj9f

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos
🔥8👍2