mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Aztelekom” MMC-nin Müştərilərlə əlaqələr departamentinin direktoru Faiq Dadaşov “Müştəri məmnuniyyəti” mövzusunda canlı yayımda çıxış edəcək.

Yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #Aztelekom #MüştəriMəmnuniyyəti
👍7
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının nəqliyyat və #kommunikasiya naziri Aleksey Lyaxnoviçlə görüşüb.

Ətraflı: https://tinyurl.com/hjvsmzbm

#RİNN #Rəqəmsalİnkişaf
👍10
15-16 mayda #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransı keçirilir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında ölkədə #rəqəmsallaşma prosesinin cari statusu barədə iştirakçıları məlumatlandırıb və tədbirin bu prosesə töhfə verdiyini qeyd edib.

Konfransda, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq #Telekommunikasiya İttifaqının (ITU) birgə təşəbbüsü ilə icra edilmiş Azərbaycanda Rəqəmsal Savadlılığın Qiymətləndirilməsi layihəsinin nəticələri barədə də məlumat verilib.

Ətraflı: https://tinyurl.com/3nzrc9p4


#RİNN #GSMAM360
👍8❤2
17 may Ümumdünya #Telekommunikasiya və #İnformasiya Cəmiyyəti Günüdür.

#İKT sahəsində kadr potensialının artırılması, #innovasiya mühitinin təşviqi və #rəqəmsal hökumət həllərinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər həyata keçirməyə davam edirik.


#RİNN #TelekommunikasiyaGünü
❤6
“Aztelekom” #Masallı rayonunda 20 mindən artıq təsərrüfata yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Müasir texnologiyaların tətbiqi istiqamətində #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Ətraflı: https://tinyurl.com/yjx2rxkz


#RİNN #Aztelekom #OnlaynAzərbaycan
❤5👍3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 18 mayda Şəki şəhərində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
👍6❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İKTA-nın İstehlakçı hüquqları şöbəsinin müdiri Xalid Mikayılov və Poçt rabitəsi şöbəsinin aparıcı mütəxəssisi Vüqar Səmədov “Telekommunikasiya və #poçt (karqo) sahəsində vətəndaş şikayətləri” mövzusunda canlı yayımda çıxış edəcəklər.

Yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İKTA #Telekommunikasiya
👍3❤1
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal bələdçi” layihəsi davam edir.

Layihənin məqsədi qurumların əsas fəaliyyət istiqamətləri, eləcə də nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ictimaiyyətin məlumatlılığını artırmaqdır.

Layihənin növbəti videoçarxı “Teleradio” İB-nin fəaliyyətinə həsr olunub.

#RİNN #RəqəmsalBələdçi #Teleradio
👍9❤2
22-24 mayda Çin Xalq Respublikasının Çenqdu şəhərində 6-cı Çin Beynəlxalq #Təchizat Zənciri və #Logistika Sərgisi keçirilir.

Sərgidə iştirak edən #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev son illərdə Azərbaycanın #nəqliyyat sistemində əldə olunmuş nailiyyətlər və aparılmış islahatlardan danışıb.

Ətraflı: https://tinyurl.com/35sp9pxc

#RİNN
👍5❤4