mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 5 sentyabrda Masallı şəhərində #Cəlilabad, #Masallı, #Yardımlı, #Lənkəran, #Lerik və #Astara rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤7
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Layihələrin idarəolunması şöbəsinin proqram meneceri Tural Həsənov “Yenilənmiş “mygov” platforması” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İRİA #mygov
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin sabit genişzolaqlı #internet infrastrukturu fiber-optik əsaslı #GPON texnologiyası ilə yenilənir.

Görülən işlər nəticəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev, mənzil və biznes subyektlərinin fiber-optik kabellər vasitəsilə sabit #genişzolaqlı internetə çıxışının təmin edilməsi, #yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və abunəçilərin sayının artırılması hədəflənir.

#RİNN #OnlaynAzərbaycan
👍3❤1
Beynəlxalq #Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index, itu.int/GCI) hesabatı dərc edilib.

#Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93.76 xal toplayıb və yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşıb.

#RİNN
❤4
“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən #Bərdə-#Xankəndi müntəzəm #avtobus reysini istifadəyə verəcək.

Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli #nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Ətraflı: https://shorturl.at/dqhhF

#RİNN #AYNA #BöyükQayıdış
👍5❤3
15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd edilir.

Əziz müəllimlər, şagirdlər və tələbələr! Yeni tədris ili münasibətilə hər birinizi təbrik edir və uğurlar arzulayırıq!

#BilikGünü
❤7
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərbaycan Hava Yolları” QSC-nin Loyallıq idarəsinin rəhbəri Araz Əliyev “AZAL Miles” loyallıq proqramı: yeniliklər və hədəflər” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #AZAL
❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İraqın ticarət naziri Atir Əl-Qurayr ilə görüşüb.

Ətraflı: https://shorturl.at/SWgoT

#RİNN
👍4❤3
#Rəqəmsal xidmətlərə əlçatanlığı artıran layihələrin icrasını davam etdiririk.

Məqsəd daha şəffaf və istifadəçi dostu rəqəmsal hökumət ekosistemini inkişaf etdirmək, vətəndaşların artıq fiziki şəkildə ofislərdə vaxt keçirməyə ehtiyac duymamasını təmin etməkdir.

#RİNN #mygov #SİMA
❤4👍2
20 sentyabr #Xankəndi, #Xocalı, #Xocavənd və #Ağdərə şəhərləri günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamı əsasında qeyd edilir.

#RİNN
❤6
20 sentyabr #Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür.

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

#20Sentyabr
❤6
Təltif olunan #rəqəmsal inkişaf və #nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib.

Ətraflı: https://shorturl.at/kIGaf

#RİNN
❤7
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İnformasiya texnologiyaları departamentinin direktoru İslam Bağırov və media ilə iş üzrə baş mütəxəssisi Tural İbadlı “Telekommunikasiya və poçt (karqo) sahəsində istehlakçı hüquqlarının qorunması istiqamətində hansı işlər görülür?” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İKTA
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Çində işgüzar səfərdədir.

Ətraflı: https://shorturl.at/MDkmw

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Çinə işgüzar səfəri çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanqla görüşüb.

Görüşdə iki ölkə arasında #dəmiryolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.

Ətraflı: https://shorturl.at/2A0I3

#RİNN
❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevlə Çinin nəqliyyat naziri Li Siopen arasında görüş keçirilib.

Görüşdə #Azərbaycan və #Çin arasında nəqliyyat sahəsində münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Orta Dəhliz çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Ətraflı: https://shorturl.at/oP7sp

#RİNN #OrtaDəhliz
❤6