mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Daha ətraflı: https://bit.ly/43NmbxB

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKT
👍9👏3
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə şəhid ailələrinin əl işlərindən ibarət sərgi-yarmarka təşkil edib.

“Ürəklə gəl, ürəklə al” şüarı altında keçirilən tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların ailələrinə dəstək məqsədi daşıyıb.

Daha ətraflı: https://bit.ly/3N5oFkn

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ZəfərİB #yarmarka
👏8❤2👍1
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də AYNA-nın İdarə heyətinin sədr müavini Heydər Rüstəmov sərnişindaşıma sahəsində görülən işlər, taksi xidmətinin tənzimlənməsi haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #AYNA #nəqliyyat
👍12
Lənkəranda təşkil edilən “Avropa şəhərciyi” adlı tədbirdə Polşa, Litva, Almaniya, Belçika, Latviya, Estoniya və digər Avropa İttifaqı ölkələrinin mədəniyyət və ənənələri ilə daha yaxından tanış olmaq imkanı yaradılıb.

Daha ətraflı: https://bit.ly/3CuNRvv

#MDDTAzerbaijan #RİNNAzərbaycan #tvininq #nəqliyyat
👍9👏3
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 30 il ötür.

Məhz 30 il əvvəl Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında inkişaf dövrünün təməli qoyuldu.

#HeydarAliyev #HeydərƏliyev100 #QurtuluşGünü
👍11👏1
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin departament direktoru Oktay Məhərrəmov İKTA-nın fəaliyyət istiqamətləri haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKTA
👍8
Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq təqdim edildi.

Daha ətraflı: https://bit.ly/3CDzkhl

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #BakıKart #nəqliyyat
👍13👏2
Texnopark rezidentliyi çərçivəsində iri beynəlxalq İKT şirkətləri Azərbaycana maraq göstərməyə başlayır.

20 iyunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke və şirkətin Avropa, Böyük Britaniya və İrlandiya üzrə strategiya rəhbəri Şobita Şetti ilə görüşüb.

Daha ətraflı: https://bit.ly/44bZGTt

#MDDTAzerbaijan #RİNNAzərbaycan #IDDA #İRİA
👍9👏2❤1
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən 23 iyun ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Bu münasibətlə bütün dövlət qulluqçularını təbrik edir və onlara işlərində müvəffəqiyyətlər arzulayırıq.

#23iyun
👍8❤2👏1