mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
COP29-da #Urbanizasiya, #Turizm və #Nəqliyyat Günü çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Tədbirdə karbonlaşmanın qarşısının alınması, ətraf mühitə daha az zərər verən nəqliyyat vasitələrinin təşviqi istiqamətində Azərbaycanda görülən əhəmiyyətli işlər barədə məlumat veriləcək.

#RİNN #COP29 #COP29Azerbaijan #YaşılRəqəmsalNəqliyyat #GreenUrbanTransport
❤3👍1
Media is too big
VIEW IN TELEGRAM
COP29 çərçivəsində “Beynəlxalq #aviasiya və #iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək.

Paneldə nələr müzakirə ediləcək?

#RİNN #COP29 #COP29Azerbaijan #InternationalAviationandClimateChange
❤2👍1
Noyabrın 20-də COP29-un #Urbanizasiya, #Nəqliyyat və #Turizm Günü çərçivəsində “Beynəlxalq #aviasiya və #iqlim dəyişikliyi” adlı yüksəksəviyyəli panel müzakirəsinin gündəliyini təqdim edirik.

Bu panel müzakirəsində COP29-da Mavi Zonaya giriş üçün akkreditasiyası olan şəxslər iştirak edə bilərlər.
-
Here is the agenda for the high-level panel discussion on International #Aviation and #Climate Change, which will take place on 20 November during the COP29 #Urbanization, #Transport and #Tourism Day.

The panel discussion is open to those who have been pre-accredited for access to the Blue Zone at COP29.

#RİNN #COP29 #COP29Azerbaijan #InternationalAviationandClimateChange
❤4👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Umberto de Pretto ilə görüşüb.

Görüş zamanı Orta Dəhlizin inkişafı və rəqəmsallaşdırılması üzrə müvafiq tədbirlərin görülməsi istiqamətində təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Ətraflı: https://bit.ly/4hW9cl1

#RİNN
❤4👍4
20 noyabr #Ağdam Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

#RİNN
❤4🙏1
Azərbaycan Orta Dəhlizin dayanıqlılığının təmin olunması üçün hansı işləri görür?

Ətraflı məlumat paylaşımda ⬆️

#RİNN #COP29 #COP29Azerbaijan #DigitalMiddleCorridor #RəqəmsalOrtaDəhliz
👍3❤2
20 noyabr tarixində COP29-da #Urbanizasiya, #Nəqliyyat və #Turizm Günü çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçirilib.

Tədbir #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi, Beynəlxalq Nəqliyyat Forumu (#ITF) və #BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunub.

Ətraflı: https://bit.ly/4ibuTOv

#RİNN #COP29 #COP29Azerbaijan #GreenUrbanTransport
❤2👍2
Noyabrın 20-də #BMT-nin #İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) #Urbanizasiya, #Nəqliyyat və #Turizm Günü keçirilib.

Bu gün çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası təşkil edilib.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (#UNECE), BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (#ESCAP) olub.

Dəyirmi masanın yekunlarına dair #kommunike qəbul olunub. Kommunike regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya prosesini irəlilətmək üçün kollektiv öhdəliyi əks etdirir.

Ətraflı: https://bit.ly/4hPGSkm

#RİNN #COP29 #COP29Azerbaijan #DigitalMiddleCorridor
❤3👍2