mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

12 dekabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ətraflı: https://bit.ly/3ZSRWGI

#RİNN #HeydərƏliyev
❤4👍2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “AzInTelecom“un Məhsul və xidmətlər şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli və Bulud həlləri üzrə məhsul sahibi Rəhim Xasıyev “Rəqəmsal transformasiya – “bulud” texnologiyaları və SİMA-nın timsalında“ mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤2👍1👎1
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat və anbar sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,7% artaraq 13,0 milyard manat təşkil edib.

#RİNN
👍3❤1
#Telekommunikasiya və Yerin müşahidəsi sahələrində qabaqcıl #peyk xidmətləri və həlləri təqdim edirik.

Məqsədimiz Azərbaycanın milli #kosmik ekosisteminin gücləndirilməsinə töhfə vermək və ölkəmizin kosmik sahədə beynəlxalq nüfuzunu möhkəmləndirməkdir.

#RİNN #Azərkosmos #MilliKosmikEkosistem
❤6🙏1
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,8% artaraq 3,2 milyard manat təşkil edib.

#RİNN
❤4👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi və #Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif #təhsil səviyyələri üzrə #müsabiqə elan olunur.

Müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (#МИИТ)) təhsil almaq üçün #təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.

Ətraflı məlumat və qeydiyyat üçün: https://bit.ly/3OZPiIC

#RİNN
❤4👍1
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan üzərindən keçən #tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 13,3 milyon ton təşkil edib.

#RİNN
❤3
6 dekabr – #rabitə və #informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan sahə işçilərinə mükafatların təqdimolunma mərasimi keçirilib.

Ətraflı: https://bit.ly/4iNqLED

#RİNN
❤7
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Rusiyaya işgüzar səfər edib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə #tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında #Saziş imzalanıb.

Ətraflı: https://bit.ly/3VSuQgJ

#RİNN
👍7❤3👏1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal məhsulların inkişafı departamentinin baş məhsul meneceri Tural Həsənov “mygov”da rəqəmsallaşan dövlət xidmətləri” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3👍1
Ölkədə #innovativ mühitin inkişafı məqsədilə layihələrin icrasını davam etdiririk.

Məqsədimiz #innovasiya mərkəzləri, #akselerasiya proqramları, #vençur fondları və #texnopark rezidentlərinin fəaliyyətini dəstəkləmək və inkişafına imkan yaratmaqdır.

#RİNN #İRİA
❤5
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.

Dövlət başçımıza cansağlığı, xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.

Doğum gününüz mübarək, cənab Prezident!

#24Dekabr
❤8🤡1🖕1