mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan üzərindən keçən #tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 13,3 milyon ton təşkil edib.

#RİNN
❤3
6 dekabr – #rabitə və #informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan sahə işçilərinə mükafatların təqdimolunma mərasimi keçirilib.

Ətraflı: https://bit.ly/4iNqLED

#RİNN
❤7
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Rusiyaya işgüzar səfər edib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə #tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında #Saziş imzalanıb.

Ətraflı: https://bit.ly/3VSuQgJ

#RİNN
👍7❤3👏1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal məhsulların inkişafı departamentinin baş məhsul meneceri Tural Həsənov “mygov”da rəqəmsallaşan dövlət xidmətləri” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3👍1
Ölkədə #innovativ mühitin inkişafı məqsədilə layihələrin icrasını davam etdiririk.

Məqsədimiz #innovasiya mərkəzləri, #akselerasiya proqramları, #vençur fondları və #texnopark rezidentlərinin fəaliyyətini dəstəkləmək və inkişafına imkan yaratmaqdır.

#RİNN #İRİA
❤5
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.

Dövlət başçımıza cansağlığı, xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.

Doğum gününüz mübarək, cənab Prezident!

#24Dekabr
❤8🤡1🖕1
“#Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub.

Ətraflı: https://bit.ly/3ZQ11yD

#RİNN
❤5👎1
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal bələdçi” layihəsi davam edir.

Layihənin məqsədi qurumların əsas fəaliyyət istiqamətləri, eləcə də nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ictimaiyyətin məlumatlılığını artırmaqdır.

Layihənin növbəti videoçarxı “#İKT LAB” Tətbiq və Tədris Mərkəzinin fəaliyyətinə həsr olunub.

#RİNN #RəqəmsalBələdçi #İKTLAB
❤3👍1
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik.
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Maarifləndirmə və tədqiqat sektorunun müdiri Esmira Qasımova “Rəqəmsal dünyada təhlükəsizliyimizi necə qoruyaq?” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3👍2
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin #nəqliyyat, #poçt, #telekommunikasiya, o cümlədən #internet, #mobil #rabitə xidmətləri və #radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Bununla əlaqədar #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

#RİNN
❤5🙏1
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xalqımızı təbrik edirik.

Ölkəmizə sülh və əmin-amanlıq arzulayırıq!

#31Dekabr
❤4👍1🙏1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Xəyyam Əli-zadə “Azərpoçt”da #rəqəmsallaşma dövrünün layihələri” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤2👍2