mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 31 yanvarda Qusar şəhərində #Quba, #Xaçmaz və #Qusar rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤6
Ölkəmizdə gənc və #innovativ kadrların inkişafına dəstək məqsədilə müxtəlif #layihə və proqramlar həyata keçiririk.
 
2 Fevral – #Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!
 
#AzərbaycanGəncləriGünü
❤6🙏1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin Xidmətin təşkili sektorunun böyük mütəxəssisi Fərid Quluzadə “Gənclərin #İT sektoruna təsiri” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤4👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 6 fevral 2025-ci il tarixində saat 09:30-da Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Salyan, #Kürdəmir, #Hacıqabul rayonları və #Şirvan şəhər sakinlərini qəbul edəcək.

Qəbula 5 fevral 2025-ci il tarixinə qədər Çağrı Mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤5👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 6 fevralda Hacıqabul şəhərində #Salyan, #Kürdəmir, #Hacıqabul rayonları və #Şirvan şəhər sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤6
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 8 fevral tarixindən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm #avtobus reysi istifadəyə veriləcək.

Məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli #nəqliyyat xidmətlərinin göstərilməsi, habelə #Qarabağ və Şərqi #Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Ətraflı: https://bit.ly/3Eubl8q

#RİNN #AYNA #BöyükQayıdış
👍4❤1
“Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair #brifinq keçirib.

Brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumat verib.

Ətraflı: https://bit.ly/42LaWbP

#RİNN #Azərpoçt
❤3👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov “Bakı şəhərində nəqliyyatın inkişafı” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Orta Dəhliz və onun inkişafı ilə bağlı Azərbaycanın planları barədə danışıb.

Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Texniki tənzimləmə şöbəsinin müdiri Asim Namazov və media ilə iş üzrə baş mütəxəssisi Tural İbadlı “Rəqəmsal dünyada vətəndaş məmnunluğu” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤2👍1👎1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər edib.

Səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən #dəmiryolu ilə sərnişindaşıma məsələləri müzakirə olunub.

Eyni zamanda yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə dair fikir mübadiləsi aparılıb.

#RİNN
👍3❤2