mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
“Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair #brifinq keçirib.

Brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumat verib.

Ətraflı: https://bit.ly/42LaWbP

#RİNN #Azərpoçt
❤3👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov “Bakı şəhərində nəqliyyatın inkişafı” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Orta Dəhliz və onun inkişafı ilə bağlı Azərbaycanın planları barədə danışıb.

Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Texniki tənzimləmə şöbəsinin müdiri Asim Namazov və media ilə iş üzrə baş mütəxəssisi Tural İbadlı “Rəqəmsal dünyada vətəndaş məmnunluğu” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤2👍1👎1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər edib.

Səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən #dəmiryolu ilə sərnişindaşıma məsələləri müzakirə olunub.

Eyni zamanda yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə dair fikir mübadiləsi aparılıb.

#RİNN
👍3❤2
2025-ci ilin yanvar ayında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9% artaraq 273,5 milyon manat təşkil edib.

#RİNN
❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Şahin Babayev Asiya İnkişaf Bankının (AİB) özəl sektorun inkişafı üzrə regional direktoru Enriko Pinalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkəmizdə nəqliyyat sektorunun inkişafı, bu sahədə AİB tərəfindən icra olunan layihələrlə bağlı müzakirələr aparılıb.

Eyni zamanda nəqliyyat sahəsində AİB-nin Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#RİNN
❤3👍1
2025-ci ilin yanvar ayında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 1,079.4 milyon manat təşkil edib.

#RİNN
❤4
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə #telekommunikasiya sahəsinin inkişafıdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən #Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, #internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.

Ətraflı: https://bit.ly/3EYuqQe

#RİNN
❤5
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupunun görüşü baş tutub.

Ətraflı: https://bit.ly/3CZ98BC

#RİNN
❤5👎1
22 fevral #avtomobil yolları işçilərinin peşə bayramı günüdür.

Ölkədə mobilliyin təmin edilməsində, müasir və təhlükəsiz yolların qurulmasında əvəzsiz rolu olan bütün yol işçilərinə minnətdarlığımızı bildiririk!

#RİNN
❤3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Bakıda keçirilmiş Azərbaycan – Pakistan biznes forumunda çıxış edib.
❤2👍2
#Xocalı soyqırımından 33 il keçir.

Faciə qurbanlarını ehtiramla anırıq.

Xocalı soyqırımı heç vaxt unudulmayacaq.

#XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət
❤2👍1