mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür.

Bəşəri faciə olan soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirik!

#RİNN #31Mart
❤3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev #Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında sakinlərlə görüşüb.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.
❤6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi heyəti departamentinin direktoru Səid Orucov “Son illər dənizçilərin hazırlanması və sertifikatlaşdırılması istiqamətində hansı işlər görülür?” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.

Səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev, #innovasiya, elm və #texnologiya naziri Qila Qamliel, vençur fondları, texnoloji şirkətlər, Təl-Əviv Universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.

Eyni zamanda innovasiya, süni intellekt, #kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.

#RİNN
❤7
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri çərçivəsində #innovasiya, #elm və #texnologiya naziri Qila Qamliel ilə görüş keçirib.

Görüş zamanı iki ölkə arasında innovasiya, süni intellekt, #kibertəhlükəsizlik, #kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Nazir Rəşad Nəbiyev İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, #İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət edib.

Görüşün nəticəsi olaraq iki ölkə arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.

#RİNN
❤6
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbər heyəti ilə görüş keçirib.

Görüş zamanı “ICL Group” təmsilçiləri ilə #avtomobil və #dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Orta Dəhliz çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Elbit Systems” nümayəndələri ilə görüşdə isə #kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni #intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin ölkəmizdə mükəmməllik və #təlim mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirilib.

#RİNN
❤6👍1
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru“ mövzusunda beynəlxalq forum keçirilib.

Dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.
❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin #yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi ilə görüş keçirib.

Görüş zamanı İsrailin şəhər nəqliyyatının idarəedilməsi daxil olmaqla #avtomobil və #dəmiryolu üzrə icra olunan layihələrə dair təqdimatlar edilib, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verilib.

Qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparılıb.

#RİNN
❤6
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru“ mövzusunda beynəlxalq forum keçirilib.

Dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.
❤6
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib.

❤4
12 Aprel – Ümumdünya #Aviasiya və #Kosmonavtika Günüdür.

Müstəqil Azərbaycanın müasir #kosmik yolu 2008-ci ildən start götürüb.

Bu gün kosmik sahədə əldə etdiyimiz nailiyyətlər, Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi və inkişaf edən milli kosmik ekosistem ölkəmizin bu sahədə qlobal mövqeyinin möhkəmləndiyini göstərir.

#12Aprel
❤3👍3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) İT və informasiya təhlükəsizliyinin idarə edilməsi şöbəsinin müdiri İlkin Əzizov və Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynova “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi: yeni qeydiyyat dalğası” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤1👍1
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
❤5
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
❤6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (#AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov “Sifarişli sərnişindaşımanın qaydaları” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤4
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib.
❤3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib.
❤2