mincom.gov.az
✔
521 subscribers
2.57K photos
115 videos
460 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Bu gün müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.

Bununla əlaqədar #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

#10May #HeydərƏliyev102 #HeydarAliyev102
❤4
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxış edib.
❤4
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxış edib.
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərpoçt” MMC-nin İdarə heyətinin üzvü Çingiz Qurbanov “Azərpoçt”un maliyyə xidmətləri” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤4
“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

2025-ci il mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq #Ağdam, #Füzuli, #Xocavənd, #Cəbrayıl, #Zəngilan, #Xankəndi, #Xocalı və #Ağdərə istiqamətlərində də səfər edə biləcəklər.

Bundan əvvəl portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.

Ətraflı: https://bit.ly/44z6SfP

#RİNN #BöyükQayıdış
❤5
17 may Ümumdünya #Telekommunikasiya və #İnformasiya Cəmiyyəti Günüdür.

İnformasiya-kommunikasiya texnologiyaları cəmiyyətimizin dayanıqlı inkişafında və innovativ həllərin tətbiqində mühüm rola malikdir.

Ölkəmizdə #rəqəmsal transformasiyanın sürətləndirilməsi, hər kəs üçün əlçatan və təhlükəsiz rəqəmsal mühitin yaradılması istiqamətində təşəbbüslər həyata keçirməyə davam edirik.

#RİNN #TelekommunikasiyaGünü
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəis müavini Vüsal Kərimov “Radiomonitorinq sahəsində yeni texnologiyaların tətbiqi və əlavə xidmətlərin təşkili” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin 23 may 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində #Tərtər, #Ağdam, #Bərdə, #Ağcabədi, #Goranboy, #Xocalı rayonları və #Naftalan şəhərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

#RİNN #VətəndaşQəbulu
❤4
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,9% artaraq 1,122.3 milyon manat təşkil edib.

#RİNN
❤4
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9% artaraq 4,389.4 milyon manat təşkil edib.

#RİNN
❤5
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.
❤3
Daha yaşıl, dayanıqlı və əlçatan şəhər mühiti yaratmaq məqsədilə təşəbbüsləri davam etdiririk.

#Mikromobillik vasitələri yalnız əyləncə üçün deyil, qısa məsafələrdə alternativ #nəqliyyat vasitəsidir.

Qısa məsafələrin sürətli həlli üçün mikromobillik vasitələrindən istifadə edək!

#RİNN #Velosiped #Skuter
❤2
Mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində keçirilən “Beynəlxalq #Nəqliyyat Forumu 2025” Sammitində ölkəmizi #rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

“Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunmuş sammitə 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə qatılıb.

Tədbirdə 2025 – 2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb.

Ətraflı: https://bit.ly/3H2nbIn

#RİNN
❤3