#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin 23 may 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində #Tərtər, #Ağdam, #Bərdə, #Ağcabədi, #Goranboy, #Xocalı rayonları və #Naftalan şəhərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
#RİNN #VətəndaşQəbulu

❤4
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,9% artaraq 1,122.3 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤4
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9% artaraq 4,389.4 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤5
Daha yaşıl, dayanıqlı və əlçatan şəhər mühiti yaratmaq məqsədilə təşəbbüsləri davam etdiririk.
#Mikromobillik vasitələri yalnız əyləncə üçün deyil, qısa məsafələrdə alternativ #nəqliyyat vasitəsidir.
Qısa məsafələrin sürətli həlli üçün mikromobillik vasitələrindən istifadə edək!
#RİNN #Velosiped #Skuter

❤2
Mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində keçirilən “Beynəlxalq #Nəqliyyat Forumu 2025” Sammitində ölkəmizi #rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
“Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunmuş sammitə 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə qatılıb.
Tədbirdə 2025 – 2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb.
Ətraflı: https://bit.ly/3H2nbIn

❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (#AYNA) Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov “Nə üçün #mikromobillik vasitələrini seçməliyik?” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio

👍4❤1
Azadlıq və milli birliyimizin rəmzi olan #Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edirik!
Dövlət müstəqilliyimiz əbədi və möhkəm olsun!
#28May

Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib.
Dövlətimizin başçısı Zirvə görüşündə çıxış edərək bildirib ki:
• Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.
• Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən #Nəqliyyat, #rabitə və yüksək #texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Ağdamda keçirilib.
İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası ilə bağlı cari vəziyyət, qarşıda duran işlər və onların həlli yolları ətraflı müzakirə edilib.
Ətraflı: https://bit.ly/3FwjZUO

Gələcəyimiz olan uşaqların rifahı hər birimizin məsuliyyətidir.
Ölkəmizdə uşaqların #İKT sahəsində bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların #rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək məqsədilə təşəbbüslər həyata keçirməyə davam edirik!
#RİNN #1İyun #İnsanHüquqlarıAylığı #HumanRightsMonth

1 iyun Azərbaycan #poçt sisteminin formalaşmasında və #rabitə sahəsinin inkişafında xüsusi əhəmiyyət kəsb edən tarixdir.
Bu gün müasir çağırışlara cavab verən, #innovativ yanaşmalara əsaslanan poçt xidməti vətəndaşlara keyfiyyətli xidmət göstərmək məqsədilə fəaliyyətini davam etdirir.
Bu yolda əzmlə çalışan bütün poçt və rabitə işçilərini peşə bayramları münasibətilə təbrik edirik!
#RİNN #1İyun
Bu gün müasir çağırışlara cavab verən, #innovativ yanaşmalara əsaslanan poçt xidməti vətəndaşlara keyfiyyətli xidmət göstərmək məqsədilə fəaliyyətini davam etdirir.
Bu yolda əzmlə çalışan bütün poçt və rabitə işçilərini peşə bayramları münasibətilə təbrik edirik!
#RİNN #1İyun
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də “Azərbaycan Hava Yolları” QSC-nin Rəqəmsal Kommersiya İdarəsinin rəis müavini Vasif Məmmədov “Milli aviadaşıyıcının rəqəmsal xidmətləri” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio
Bu gün saat 19:05-də “Azərbaycan Hava Yolları” QSC-nin Rəqəmsal Kommersiya İdarəsinin rəis müavini Vasif Məmmədov “Milli aviadaşıyıcının rəqəmsal xidmətləri” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio
👍3❤1
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “#Texnologiya və #innovasiyalar” İşçi qrupunun tərkibində “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin (#KXVİS) yaradılması üzrə Altqrupun növbəti iclası keçirilib.
Ətraflı: https://bit.ly/3T3Enjd
#RİNN
Ətraflı: https://bit.ly/3T3Enjd
#RİNN
❤3🤡1