mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində keçirilən “Beynəlxalq #Nəqliyyat Forumu 2025” Sammitində ölkəmizi #rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

“Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunmuş sammitə 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə qatılıb.

Tədbirdə 2025 – 2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb.

Ətraflı: https://bit.ly/3H2nbIn

#RİNN
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (#AYNA) Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov “Nə üçün #mikromobillik vasitələrini seçməliyik?” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
👍4❤1
Azadlıq və milli birliyimizin rəmzi olan #Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edirik!

Dövlət müstəqilliyimiz əbədi və möhkəm olsun!

#28May
❤4
Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış edərək bildirib ki:

• Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.
• Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.
❤4
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən #Nəqliyyat, #rabitə və yüksək #texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Ağdamda keçirilib.

İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası ilə bağlı cari vəziyyət, qarşıda duran işlər və onların həlli yolları ətraflı müzakirə edilib.

Ətraflı: https://bit.ly/3FwjZUO

#RİNN
❤4
Gələcəyimiz olan uşaqların rifahı hər birimizin məsuliyyətidir.

Ölkəmizdə uşaqların #İKT sahəsində bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların #rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək məqsədilə təşəbbüslər həyata keçirməyə davam edirik!

#RİNN #1İyun #İnsanHüquqlarıAylığı #HumanRightsMonth
❤5
1 iyun Azərbaycan #poçt sisteminin formalaşmasında və #rabitə sahəsinin inkişafında xüsusi əhəmiyyət kəsb edən tarixdir.

Bu gün müasir çağırışlara cavab verən, #innovativ yanaşmalara əsaslanan poçt xidməti vətəndaşlara keyfiyyətli xidmət göstərmək məqsədilə fəaliyyətini davam etdirir.

Bu yolda əzmlə çalışan bütün poçt və rabitə işçilərini peşə bayramları münasibətilə təbrik edirik!

#RİNN #1İyun
❤4
Bu gün insanların həyatını, məsafələri və imkanları birləşdirən mülki #aviasiya işçilərinin peşə bayramı qeyd olunur.

Ölkəmizin hava nəqliyyatının təhlükəsiz və dayanıqlı inkişafında əhəmiyyətli rol oynayan mülki aviasiya işçilərini təbrik edir, hər zaman açıq səma arzulayırıq!

#RİNN #2İyun
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərbaycan Hava Yolları” QSC-nin Rəqəmsal Kommersiya İdarəsinin rəis müavini Vasif Məmmədov “Milli aviadaşıyıcının rəqəmsal xidmətləri” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
👍3❤1
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “#Texnologiya və #innovasiyalar” İşçi qrupunun tərkibində “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin (#KXVİS) yaradılması üzrə Altqrupun növbəti iclası keçirilib.

Ətraflı: https://bit.ly/3T3Enjd

#RİNN
❤3🤡1
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində şəhid ailələrinin əl işlərinin IV sərgi-satış yarmarkası keçirilib.

Layihənin məqsədi bu ailələrin sosial rifahının və həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaq, həmçinin onların yaradıcılıq potensiallarını üzə çıxararaq cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.

Ətraflı: https://bit.ly/3SAnOLG

#RİNN
❤4
Qurban bayramı günlərində əhalinin #nəqliyyat, #poçt, #telekommunikasiya, o cümlədən #internet, mobil #rabitə xidmətləri və #radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Bununla bağlı #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də #mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

#RİNN
❤3
#Qurban bayramı xeyirxahlığın, sülhün və birliyin təntənəsidir.

Bu müqəddəs bayram münasibətilə xalqımızı təbrik edir, sağlamlıq, sülh və bərəkət dolu günlər arzu edirik!

#RİNN #QurbanBayramı
❤4
Media is too big
VIEW IN TELEGRAM
🌐 Dünya Bankı Qrupunun (World Bank) və Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund) 2025-ci il Yaz İclasında Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün son illər aparılan islahatlar nümunə kimi göstərilib.

🚆Bu islahatlar ölkədə qadınların #əmək bazarında iştirakı ilə bağlı böyük irəliləyiş kimi qeyd olunub. Qadınların bir çox peşə sahələrində (#dəmiryol mühəndisi, #avtobus sürücüsü və s.) işləməsi ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətlərin artıq müvafiq qanun dəyişiklikləri ilə aradan qaldırıldığı bildirilib.

✅ Nəticədə qadınların dəmiryol sahəsində məşğulluq imkanlarının artdığı vurğulanıb.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth
❤4
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “#Texnologiya və #innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.

Ətraflı: https://bit.ly/3SKEtwg

#RİNN
❤4