mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Qurban bayramı xeyirxahlığın, sülhün və birliyin təntənəsidir.

Bu müqəddəs bayram münasibətilə xalqımızı təbrik edir, sağlamlıq, sülh və bərəkət dolu günlər arzu edirik!

#RİNN #QurbanBayramı
❤4
Media is too big
VIEW IN TELEGRAM
🌐 Dünya Bankı Qrupunun (World Bank) və Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund) 2025-ci il Yaz İclasında Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün son illər aparılan islahatlar nümunə kimi göstərilib.

🚆Bu islahatlar ölkədə qadınların #əmək bazarında iştirakı ilə bağlı böyük irəliləyiş kimi qeyd olunub. Qadınların bir çox peşə sahələrində (#dəmiryol mühəndisi, #avtobus sürücüsü və s.) işləməsi ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətlərin artıq müvafiq qanun dəyişiklikləri ilə aradan qaldırıldığı bildirilib.

✅ Nəticədə qadınların dəmiryol sahəsində məşğulluq imkanlarının artdığı vurğulanıb.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth
❤4
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “#Texnologiya və #innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.

Ətraflı: https://bit.ly/3SKEtwg

#RİNN
❤4
Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və #texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası keçirilib.

İclasda Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib.

Ətraflı: https://bit.ly/43Fs96F

#RİNN
❤5👎1
Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və #texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası çərçivəsində hər iki ölkənin biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb.

Ətraflı: https://bit.ly/3SNKlol

#RİNN
❤5😁1
Milli Qurtuluş Günü Azərbaycanın sabitlik və inkişaf yoluna qədəm qoyduğu tarixdir.
 
Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizə əmin-amanlıq və rifah arzulayırıq!
 
#RİNN #15İyun #MilliQurtuluşGünü
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri arasında görüş keçirilib.

Görüşdə 2024-cü il 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub.

Həmçinin #aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə nəzərdə tutulan planlar barədə fikir mübadiləsi aparılıb.

Ətraflı: http://bit.ly/4nn2CqP

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyun 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində #Tərtər, #Ağdam, #Bərdə, #Ağcabədi, #Goranboy, #Laçın, #Xocalı rayonları və #Naftalan şəhərinin sakinlərini qəbul edəcək.

Qəbula 19 iyun 2025-ci il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤3
#Azərbaycan Çinin Karamay şəhərində keçirilən #Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərinin #İKT sahəsinə məsul nazirlik və agentlik rəhbərlərinin 4-cü görüşündə təmsil olunub.

Ətraflı: http://bit.ly/44kVGCN

#RİNN
❤3