mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
2025-ci ilin yanvar-may aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 1,416.9 milyon manat təşkil edib.

#RİNN
❤4
2025-ci ilin yanvar-may aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3% artaraq 5,590.1 milyon manat təşkil edib.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyunda Ağdam rayonunda #Tərtər, #Ağdam, #Bərdə, #Ağcabədi, #Goranboy, #Laçın, #Xocalı rayonları və #Naftalan şəhərinin sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤6
İyunun 19-da Bakı şəhərində #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq nümunəli Elektron Əmtəə-Nəqliyyat Qaiməsi (#eCMR) pilot layihəsinin icrasına dair üçüncü texniki görüş keçirilib.

Tədbirdə Azərbaycan tərəfdən dövlət rəsmiləri, texniki mütəxəssislər, özəl sektor nümayəndələri, həmçinin “eCMR” üzrə pilot layihənin tərəfdaşı olan Türkiyə Respublikasının nümayəndə heyəti və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (#UNECE) eksperti iştirak ediblər.

Görüş zamanı “eCMR” yol xəritəsinin icrası üzrə əldə edilən irəliləyişlər və iki ölkə arasında həyata keçiriləcək pilot mərhələyə hazırlıq işləri müzakirə olunub.

Ətraflı: http://bit.ly/3Txh0if

#RİNN
❤2👍2
Dövlət qulluğu məsuliyyət, dürüstlük və vətəndaşlara xidmət prinsipləri üzərində qurulan şərəfli bir yoldur.

Cəmiyyətin rifahı və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə çalışan bütün dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edirik!

#RİNN #23İyun
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Dəmir Yollarının (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov “Sərnişin məmnuniyyəti” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤1
Nazir Rəşad Nəbiyev Bakıda səfərdə olan “Ookla” şirkətinin prezidenti və eyni zamanda baş icraçı direktoru Stefen Bay ilə görüşüb.

Görüşdə #İKT sahəsində əməkdaşlıq və birgə layihələrin icrası müzakirə edilib. Stefen Bay Azərbaycanda son 4 il ərzində #genişzolaqlı internetə çıxış imkanının 4 dəfə artdığını və bunun əhəmiyyətli göstərici olduğunu bildirib.

“Ookla” şirkətinin rəhbərliyi Azərbaycanda #internet xidmətinin keyfiyyət göstəricilərinin operator və provayderlər tərəfindən “Speedtest” alətindən istifadə edilməklə ölçüldüyünü vurğulayıb. Nəticələrə əsasən son 1 il ərzində sabit genişzolaqlı internetin median sürətinin 2 dəfə artdığını qeyd edib.

#RİNN
❤3
Hökumətlə vətəndaş arasında körpü yaradan “mygov” platforması ilə bütün vacib sənədlərə və dövlət xidmətlərinə #rəqəmsal formada çıxış imkanı yaradırıq.

Məqsədimiz fiziki müraciətlər, uzun növbələr və kağızla sənəd proseslərinin onlayn, rahat və sürətli şəkildə həllinə nail olmaqdır.

#RİNN #mygov
❤5
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr mütəmadi olaraq davam etdirilir.

Müayinələr zamanı bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması halları qeydə alınmayıb.

Ətraflı: http://bit.ly/4k7eSsm

#RİNN
❤2
Dənizçilərin fəaliyyəti iqtisadiyyatın, qlobal təhlükəsizliyin və dayanıqlı inkişafın ayrılmaz hissəsidir.

Ölkəmizin dəniz nəqliyyatı sahəsində etibarlı və peşəkar xidmət göstərən dənizçiləri peşə bayramları münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

#RİNN #25İyun #DənizçilərGünü
❤4
Xalqımızın iradəsini, birliyini və gücünü təcəssüm etdirən Müzəffər Ordumuzu Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, cansağlığı, şərəfli xidmətlərində uğurlar arzu edirik!

#RİNN #26İyun #SilahlıQüvvələrGünü
❤5
Türkiyənin İstanbul şəhərində beynəlxalq səviyyəli “Global Transport Connectivity Forum” öz işinə başlayıb.

Tədbirdə beynəlxalq #nəqliyyat dəhlizlərinin inkişafı və optimallaşdırılması, eləcə də #logistika sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində yüksəksəviyyəli müzakirələr aparılır.

Forum çərçivəsində BMT və Dünya Bankının iştirakı ilə Orta Dəhliz üzrə nazirlərin qapalı görüşü də baş tutub. Görüşdə çıxış edən #rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, dəyişən geosiyasi reallıqlar fonunda Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını təmin edən əsas marşrutlardan birinə çevrilib.

Ətraflı: http://bit.ly/4l8ftvk

#RİNN #OrtaDəhliz
❤3👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Maarifləndirmə və tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərov “Aktual #kibertəhlükələr” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤1